Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Portağallı Ərik Cemi
Portağallı Ərik Cemi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3128
Səs ver:

 

Evimizin arxasındakı həyətdə böyük ərik ağacı var. Bu həyətimizdəki yeganə ağacdır. Bir neçə il əvvəl bu evə köçdüyümüz zaman ona çox ümid edirdik. Təsəvvürümüzə gətirirdik ki, hər yay ağac əriklə dolu olacaq və biz də sevinə-sevinə onları dərərək səbətə yığacaq, hətta acgözlüklə yeyəcəyik. Lakin qonşuluqdakı bağban deyəndə ki: "Bu ağacı illərdir ki, görürəm və heç vaxt bar verməyib”- xəyallarımız elə bil alt-üst oldu. Çox məyus olmuşduq. Lakin mənə belə gəlirdi ki, hər birimiz öz-özlüyümüzdə hələ də ağacın dadlı,şirin əriklərinin olmasını arzulayırıq. Bir il ağac bar gətirmədi. Lakin bir düşünün növbəti il nə oldu - ağacda çoxlu ərik var idi. Şirin,sulu və ləzzətli əriklər! Və beləliklə ağac ildən-ilə daha çox bar verdi. Bu təbiətin bizə bəxş etdiyi ən gözəl hədiyyəsi idi.



Bu il yenə də ağacımız çoxlu ərik verib. Onları biz həm özümüz yeyir,həm də qapımıza gələnləri qonaq edirik. Daha yumşaq, sulu,şirəli olanlardan mən cem hazırlayıram.Bu il isə hazırladığım ərik ceminə yeni tam əlavə etmişəm- portağal! Portağalı xırda doğrayıb əriklə bişirmişəm. Portağal cemə olduqcə fərqli tam qatıb. Sitrusun xüsusi tamı əriyin şirinliyi ilə çox yaxşı uyğunlaşıb.  Həm də o qədər ətirlidir ki!


Portağallı Ərik Cemi

1.5 litrlik cem üçün

Çox yumşaq və yetişmiş əriklərdən istifadə olunmalıdır. Ərikləri doğramağa ehtiyac yoxdur,cem bişən zaman onlar yumşalacaq. Cemə əlavə etmək üçün seçilən portağal da sulu olmalıdır.Daha yaxşı olar ki,nazik qabıqlı və ətirli olsun. Şəkər tozunun miqdarı əriklərin şirinliyinə görə müəyyən edilir,zövqə görə şəkərin miqdarını artıra və ya azalda bilərsiz. Bizim əriklər şirin olduğundan reseptdəki ölçü cemə hazırlamaq üçün tam uyğun gəlir.


Ərzaqlar:

1.5 kq çəyirdəyi çıxarılmış ərik (yarıya ayırıb çəyirdəyi çıxarılmalıdır)
1 kq şəkər tozu
1 ədəd portağal - təxminən 1 fincan - qabığıyla birgə xırda doğranmış portağal (tumları çıxarılmalıdır)


Hazırlanması:

Çəyirdəyi çıxarılmış,yuyulmuş əriklər böyük tavaya tökülür. Meyvələrin üzərinə şəkər tozu əlavə edilir və 2-3 saat kənara qoyulur. Şəkər tozu tamamilə əriyəndə,əriklərin suyu çıxanda üzərinə doğranmış portağal əlavə olunur.

Tava sobanın üzərinə qoyulur. Orta dərəcəli odda, təxminən 2 saat qaynadılır. Qaynayan zaman mütəmadi olaraq tavaya yapışmasın və yanmasın deyə mürəbbə yavaş-yavaş qarışdırılır. Cemin üzərində köpük əmələ gəldikcə kəfgir qaşıqla yığılır. Bişməsinə az qalmış cemin üzərindəki qabarcıqlar daha da qatılaşır,suyu mətləşir. Bu zaman tava ocağın üzərindən götürülür. Otaq tempraturuna gətirildikdən, soyuduqdan sonra cem qaşıqla bankalara yığılır,ağzı bağlanır və sərin yerdə saxlanır.




Şərhlər:
Baxılıb: 3128
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz