Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Böyürtkən mürəbbəsi resepti
Böyürtkən mürəbbəsi resepti
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 15356
Səs ver:
Tərkibi:
Böyürtkən- 1 kq (təmizlənmiş)
Şəkər- 900 qr
Gülab 2 x.q
(Gülab yoxdursa su)

Hazırlanması:
Böyürtkənləri təmizləyin(saplaqlarını və əzilmişlərini),yuyun. Böyürtkənlər dənə -dənə durmalı və təmizləndikdən sonra 1 kq olmalıdır.  Bunun üçün siz 1.5 kq böyürtkən almalısınız. Büyürtkənlərin suyunu tamamilə süzüb iri cəmə tökün. Üzərinə 2 x/q gülab tökün. Gülab yoxdursa su tökün. Çox su tökmək olmaz.
2 x.q gülab mürəbbəni ilk oda qoyanda dibinin yanmaması üçündür. Sonra meyvələrin öz suyu çıxır.

Meyvələrin üzərinə 900 qr şəkərin yarısını tökün və cəmi qazın üzərinə qoyun. Qaz orta odda olmalıdır. Şəkərlər əriyənə kimi cəmin hər iki tərəfindən tutub silkələyin. Qaşıqla qarışdırmaq əsla olmaz!!! Şəkər əriyiyəndən sonra yerdə qalan şəkəri də üzərinə tökün o da ərisin. Böyürtkən mürəbbəsi qaynağa düşənə kimi arada cəmi silkələyin. Qaynağa düşəndə mürəbbənin üzərinə ağ kəf əmələ gələcək. Deşikli qaşıqla bu kəfi yığın.  Arada cəmi yenə silkələyin və yenə kəfi yığmağa davam edin. 15-17 dəqiqə.Bu vaxt ərsində mürəbbə həm bişəcək həm də kəfi getdikcə azalacaq. Vaxt bitən kimi cəmi qazın üzərindən götürün.
Kənara qoyun soyusun. Qeyd-kənarda olarkən əgər yenə üzərində kəf varsa qaşıqla götürün. Yığdığınız kəfi tullayın.  Mürəbbə təmiz olmalıdır. Böyürtkən mürəbbəmiz hazırdır.

Əgər mürəbbəni qışa saxlamaq istəyirsinizsə- Bankanı və qapağını əvvəlcə yaxşıca yuyun. Və təmiz qurulayın.
Bir damla belə su qalmasın. Tam soyuduqdan sonra mürəbbəni bankaya tökün.Ağzına kimi tam doldurun.
Hava qalacaq yeri olmasın. Üzərinə 1 x.q şəkəri səpin və üzərinə öncə salafan sonra da qapağı qoyun. Və ağzını bərk sıxın ki heç hava girməsin içinə. Soyuq yerdə qış üçün saxlaya bilərsiniz.

Nuş olsun!


Şərhlər:
Baxılıb: 15356
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz