Bakıda hava
USD 0.7843 AZN
EUR 1.0609 AZN
RUB 0.0223 AZN
TRY 0.3665 AZN
Söhbət otağı
Həftəbecər turşusu
Həftəbecər turşusu
Müəllif: Ayten Melek
Şərhlər: 30
Baxılıb: 4165
Səs ver:
(səs: 1)
Düzdür, turşu sezonu qurtarmaq üzərədir, amma mən yenə də sizə bir turşu resepti yazmaq istədim. Turşu həvəskarıyam (yeməyi nəzərdə tuturam). Uşaqlıqda Bakıdakı həyətimizdə pərpətöyün bitərdi. Bacım və mən ondan yığıb bankalara doldurar, üstünə də sirkə tökərdik. Bİr həftəyə turşumuz hazır olardı. Fəxrlə yeyərdik. Özü də heç də pis alınmırdı. Təəssüflər olsun ki, Amerikada pərpətöyündən istifadə etmirlər. Onu yararsız ot hesab edirlər. Amma günlərin bir-günü Meksikan marketlərinin birində (burada Meksikalıların sayı çox olduğundan, çox sayda marketləri də var) gözümə tanış ot sataşdı. Üstündə ispan dilində "verdolaga”  yazılmışdı.  Diqqətlə baxdığımda gördüm ki, elə  bizim Bakıdakı həyətdə bitən pərpətöyünün eynisidir.  Sən demə, Meksika mətbəxində də pərpətöyündən istifadə edirlər, amma turşu üçün deyil - onun yeməyini bişirirlər. Nə isə, deyəsən pərpətöyün haqqında çox danışdım. Axı bu günkü turşu pərpətöyün turşusu deyil. Keçək turşumuzun izahına. Həftəbecər turşusunda bütün tərəvəzlər doğranıb bankalara yığılır. Bu turşunu hazırlamaq o qədər də çətin deyil. Sadəcə olaraq, tərəvəzləri doğramaq bir az vaxt aparır, amma eybi yoxdur, dəyər, çünki nəticədə öz əllərinizlə hazırladığınız turşunu süfrəyə çıxarmış olacaqsınız, özü də böyük fəxr hissiylə, eyniylə mənim pərpətöyün turşusunu hazırladığımdakı kimi:)

 

Həftəbecər  turşusu

2 litrlik banka üçün

500g badımcan (təxminən 3 ədəd) - kiçik kublara doğranmış
1 kg (1 orta boy) kələm - yarı bölünüb nazik-nazik  doğranmış
250 g (2 ədəd) yaşıl bibər - iri-iri doğranmış
1 acı bibır (əgər turşunuzun bir az acı olmasını istəyirsinizsə istifadə edin) - iri-iri doğranmış
500 g (4 ədəd) göy pomidor - iri-iri doğranmış
500 g (4 ədəd) yerkökü - uzunsov nazik-nazik doğranmış (digər tərəvəzlər kimi də doğraya da bilərsiniz)
1 kərəvizin sapı - iri-iri doğranmış
1 baş sarımsaq - doğranmış
1 stəkan xırda doğranmış nanə
1 stəkan xırda doğranmış cəfəri
4 xörək qaşığı duz

təxminən 300 ml ( 1/3 litr) və ya bankanı dolduracaq qədər sirkə


1. Doğranmış badımcanı aşsüzənə yığın və üstünə təxminən 2 xörək qaşığı duz səpin. Üzərinə ağırlıq (qapaq və ya qab) qoyun və 20 dəqiqə müddətində kənarda saxlayın. Sonra badımcanları yuyun,  yaxşıca süzün, suyunu sıxın və qalın salfet və ya kağız dəsmalla qurulayın.


 

2. Doğradığınız bütün tərəvəz və göyərtiləri iri ləyənə qoyun. Üstünə 2 xörək qaşığı duz səpin və əlinizlə ərzaqları yaxşıca qarışdırın. 20 dəqiqə müddətinə kənara qoyun.  Bu müddət ərzində tərəvəzlər sulanacaq.

 

3. Tərəvəzləri əlinizlə sıza-sıxa suyunu çıxardın. Sıxılmış ərzaqları bankaya doldurun. Üstünə sirkə töküb bankanı bağlayın. Turşunu sərin yerə qoyun. 1-2 həftəyə hazırdır.

 


/Mənbə: Fəridənin yemək kitabı/
(səs: 1)
Şərhlər: 30
Baxılıb: 4165
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
gulay_ceferova
mende yemisem cox dadlidir burdan herkese deyirem yeyin dadini bilenden sonra isteyeceksiniz
22 avqust 2014 12:40
# 30
Offline
gnl
hazirliyiriq qeseng olur
22 avqust 2014 12:38
# 29
Kaş ki Dünyada Tək 'O' və 'Mən' Olsaydı..
Adəm Və Həvva Kimi;
-O Mənə Məcbur - Mən O'na.

Online
SEVGI DENIZIM
maraqlidir
8 avqust 2014 11:05
# 28
Çox üzr istəyirəm əllərini tutduğum üçün, çox üzr istəyirəm gözlərinə baxdiğım üçün, çox üzr istəyirəm səni insan yerinə qoyub sevdiyim üçün!
Offline
lili)
cox sevirem hazirlayiram
8 avqust 2014 09:43
# 27
Online
KRALİCEM
tskkkk
6 mart 2014 17:22
# 26
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Offline
ZuZu_1989
Dadli olur mama hazirlayir
31 yanvar 2014 13:41
# 25
Mən Öz Nişanlımı Yəni Əli-mi Çox Sevirəm. Ömrümün Mənası, Yaşama Sevindim Yaxşıki Varsan Mənimsən və Mənimləsən.
Offline
Dianka
mutleq edecem
18 sentyabr 2013 21:56
# 24
Offline
___CEMA___
mama bele hazirlayir cox sevirem
30 iyul 2013 11:19
# 23
Sevginin MUKEMMEL olmasına ehtiyac yoxdur...
QARSHILIQLI olsun veee insana YERSiZ QADAGALAR deyil de,,, ESL XOSHBEXTLiK getirsin yetər..
Offline
feride 23
bele qariwiq turwulari cox sevirem
30 iyul 2013 10:12
# 22
QUBALI QIZ.....seni hec vaxt bagiwlamayacam meni bawqasi ile xowbext olmaq mecburiyyetinde qoydugun ucun....
Offline
anamin sirini
men tursu cox sevirem
29 iyul 2013 11:48
# 21
SENİ SEVMEYİ SEVDİM !
Offline
Мальвина
Niye gecdir ki.indi lap vaxtidir qis ucun hazirlayariq,qisda yeyib canina dua oxuyariq
29 iyul 2013 03:08
# 20
Offline
ZehraguLu
BEYENMEDIM
29 iyul 2013 00:59
# 19
KARANLIKLAR ULKESININ AYDINLIK PRENSESI.
Offline
NELYA
TURSU ELE DE SEVMIREM
29 iyul 2013 00:00
# 18
Offline
DUYQU
turwucun olurem behbeh
28 iyul 2013 22:50
# 17
KONE NIKIM BAKINKA-ANGEL 20
..Biri ak biri kara. Kız güzel oğlan zampara.
Derler imkansız unut bu yolu.
Bakarsın aşk olur, olmayacak bir anda."
Offline
vipbetul
qisda yemekle yemeyi xoslayiram
28 iyul 2013 20:38
# 16
dost ishiqda kolgesi dushen deyil.qaranliqda ishiq salandir
Offline
ira.huseynova
tesekkurler Mamam cox gozel hazirlayir 22
28 iyul 2013 18:56
# 15
Basqasi olub ozume nifret edince ozum olub basqasina nifret ederem.


Insanlar yorgun heyat terefinden cezalandirilmislar ya sevgi ile yada sevgisizlikle



Xosbext bir teklik bedbext bir birlikden yaxsidir
Offline
Papasinin Nazli Qizi
ne qeder versez yeyerem turwunu
28 iyul 2013 18:24
# 14
Offline
Musliminka
Tursu delisiyem, en coxda kelem turşusu sevirem:))
28 iyul 2013 17:48
# 13
Offline
NARA
cox sevirem turwu
28 iyul 2013 16:31
# 12
Offline
sema90
Tursunu seven deyilem
28 iyul 2013 16:22
# 11
Одни будут приходить, другие уходить.
Не беги следом.
Кто захочет, тот рано или поздно уйдет.
И останется только тот, кто действительно хочет быть рядом.
Offline
A Love Story
cox sagolun
28 iyul 2013 16:05
# 10
Bax belə sevdim səni. Biraz qısqanc biraz dəli,ama sevdim səni.
Əslində istəmədən sevdim.
Online
BARBI
OLUREM TURSULARCUN MMM OLSA YEYERDIM.
28 iyul 2013 15:04
# 9
Offline
Nuray
mende sevmirem
28 iyul 2013 14:47
# 8
Life's better with friends!
Offline
Heqiw I-va
turwu sevirem ama belesini yememiwem
28 iyul 2013 14:47
# 7
08
Offline
Roza-Angel
sevirem twk
28 iyul 2013 14:40
# 6
Offline
nermine83
turwu sevmirem ve hec yemirem.
28 iyul 2013 14:31
# 5
Offline
Nigulya
Xowluyuram bu turwunu
28 iyul 2013 14:16
# 4
Qızlar nehayet 6ay sonra aranıza dondum menı unutmayanlar yazsın sayt 1az gorkemını deyıwıb deye men helekı heckımı tapa bılmırem coox darıxmıwam sızler ucun(((o qeder weyler yawadım ama wukur ındı ayaqdayam guclu 1qız olaraq aravıza tekrar dondum.
Offline
Deniz_24
Umumiyyetle turwu sevmirem ve hec yemirem. Twk..

Perpetoyunun dovgasi cox dadli olur
28 iyul 2013 14:11
# 3
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Offline
Wiyinka
xowlayiram bu turwunu,qiwda yimeynen dadli gedir 08
28 iyul 2013 14:06
# 2
♔ KrAL KiM OLuRSa OLsuN ♔

♔ KrALiçA HəMiŞə MəNəM..!! ♔



✰FasHioNisTKa✰
pilka parfum suslu
Offline
leman222
hec de sevmirem bu tursunu
28 iyul 2013 14:05
# 1
SEVGI HAZIRLIQ DEFTERINE BENZEYIR:HEMISE ILK SEHIFEDEN GOZEL BASLAYIR,ORTADAN CUT CUT VEREQLER CIXARILIR,AXIRI ISE QARALAMA OLUR
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
Səsvermə
 

Fiziki görünüşünüz uyğun olarsa, hansı geyimi seçərdiniz?

Uzun don
Mini yubka
Hər ikisi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
    Boyunuz: sm
    Çəkiniz: kq
    Yaşınız:
    Cinsiniz:
    İdeal Çəkiniz: kq
    Fərq: kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz