Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sahurda çay içənlər-diqqət!
Sahurda çay içənlər-diqqət!
Göndərən: Fialka
Şərhlər: 16
Baxılıb: 1558
Səs ver:
Xüsusilə, sahurda maye ehtiyacını aradan qaldırmaq üçün bol miqdarda içilən çay bədəni susuz buraxa bilər.

Erciyes Universiteti Tibb Fakültəsi Kardiyoloji Fundamental elm sahəsi rəhbəri Prof. Dr. Əbdürrəhman Oğuzhan çayın sidik sökdürücü təsiri olduğunu ifadə edərək, xüsusilə sahurda maye ehtiyacını aradan qaldırmaq üçün bol miqdarda içilən çayın bədəni susuz buraxa biləcəyini bildirdi.

Oğuzhan etdiyi şərhdə ramazan ayında iftardan sonra istənildiyi qədər çay içilə biləcəyini, ancaq sahurda bunu məhdudlaşdırmaq lazım olduğunu ifadə etdi.

Bir çox ailədə geniş şəkildə iftarda və sahurda yeməklə birlikdə çay istehlak edildiyini ifadə edən Oğuzhan bunları izah etdi:

Çayın sidik sökdürücü təsiri var. Xüsusilə, sahurda maye ehtiyacını aradan qaldırmaq üçün bol miqdarda içilən çay bədəni susuz buraxa bilər. Bu səbəblə sahurda çay yerinə su seçilməlidir. Bədəninizə su yığmaq istəyərkən su itkisiylə qarşılaşa bilərsiniz.

Bunun yanında iftar, ya da sahurda da yeməklə birlikdə çay içilməməlidir. Yeməklə birlikdə çay içilməsi həm yetkinlərdə, həm də uşaqlarda dəmir əmilməsinə təsir edə bilir. Dəmir qan istehsalında əhəmiyyətli bir mineraldır. Bu səbəblə çayın da iftarda yeməklə birlikdə deyil, ən az yeməkdən 45 dəqiqə sonra içilməsini tövsiyə edirik.

İftar və sahur arasında da bol maye istehlak edilməsi lazım olduğunu vurğulayan Oğuzhan yağ tərkibi az olan ayran, su, ürək və təzyiq narahatlığı yoxsa mineral su, az şəkərli kompot istifadə edilə biləcəyini, hazır meyvə suları yerinə də təzə sıxılmış meyvə sularının seçilməsi lazım olduğunu qeyd etdi.


Xəmir bişintiləri deyil, yumurta tox tutur.

İftarda orucun bir stəkan su ilə açılmasının ardından şorba və salat yeyilməsini təklif edən Oğuzhan belə davam etdi:

"10-15 dəqiqəlik sonra ana yeməklərə keçilməsində fayda var. Təbii ki, 16-17 saat aclıq və susuzluq var burda".

Bu səbəblə mütləq sahura qalxılmalıdır. Sahurda da xəmir işlərinin tox tutacağına inanılır, ancaq bu səhvdir. Həddindən artıq karbonhidratla bəsləndiyimizdə ilk mərhələdə bir doygunluq hissi olur, amma sonrasında tez bir acma meydana gəlir. Təbii ki, tort, xəmir işi yeyək, amma yanında zülal da olsun. Bizi tox tutacaq olan zülaldır. Yeməyimiz unlu məmulatları qatıq, az yağlı süd, ölçülü miqdarda yumurta ilə birlikdə olmalıdır" deyə danışdı.


İftar zamanını əlində siqaret və alışqanla gözləyənlər var.

Prof. Dr. Oğuzhan siqaret çəkmənin yalnız ürək xəstəliyinin deyil, bir çox xərçəng növünün səbəbi olduğunu ifadə etdi.

Oğuzhan bir çox siqaret "narkomanının" iftar vaxtını əlində siqaret və alışqanla gözlədiyinə diqqət çəkərək bunları qeyd etdi:

''Bu son dərəcə risklidir. Sanki bir bombanın fitilinin odlanılması kimi bir şeydir. Çünki maddələr mübadiləsi həssas, aclıq vəziyyəti vardır, tarazlıqlar dəyişmiş, bədən sanki partlamağa hazır bir bomba kimidir. Siz də bu bombanın fitilini odlayırsınız. Bu ani ürək böhranlarına səbəb ola bilər. Bu səbəbdən vərdişkarlara siqareti mütləq buraxmalarını təklif edirik, amma buraxa bilmirlərsə də, oruclarını siqaretlə açmasınlar.''

Türkiyə TRT1 ekranlarında efirə gedən "Ramazan Sevinci" proqramının qonağı ürək və damar Cərrahı Xalid Yerebakan idi.Yerebakan Ramazanın ən çox soruşulan sualına açıqlıq gətirdi.

"Çay suyun yerini verməz" deyən Yerebakan sözlərini belə davam etdirdi;

"Bu mövzuda məlumat müxtəlifliyi də çox olur, hər kəs bir şey söyləyir, amma ədəbiyyat oxuyan yoxdur. Çayın içərisindəki bir maddə sidik sökdürücü xüsusiyyətə sahibdir və siz çay içsəniz, bədəninizin daha çox su itirməsinə səbəb olarsınız. Mən də deyirəm ki, belə bir şey mümkün deyil".

Siz nə qədər miqdarda olan çaydan bəhs edirsiniz? Bununla əlaqədar kitabları araşdırdım. Şimal ölkələrindən olmasına baxmayaraq Norveçdə bir araşdırma etmişlər. Araşdırmaya görə 1-2 saat içərisində 14 stəkan çay içməniz lazımdır ki, çay sidik sökdürücü hala gəlsin və bədəninizdən su itirmə qabiliyyətinə sahib olsun.


Şərhlər: 16
Baxılıb: 1558
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
hec esitmemisdim yaxsiki cox cay icen deyilem
18 iyun 2015 12:22
# 16
Catwoman666
sahur dediyimiz sey yeni gece durub yemek yemekdi? hmm adini indi oyrendim)) men oruc tutanda qerkulesden qargidaliya qeder her sey yeyirdim sahurda122 amma bu il inanmiram ki oruc tutum
16 iyun 2015 19:44
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Rəbbim Ramazan ayında edilən ibadətləri qəbul edər inşAllah.
Ayrıca burda unlike etməli nə vardı onu anlamadım.
redaktə edənə təşəkkür.
16 iyun 2015 17:19
# 14
ayka95
lazimli melumatdi

lazimli melumatdi
16 iyun 2015 17:19
# 13
NeL
INŞALLAH ALLAH gismet elesin bu il oruc tutacam
16 iyun 2015 17:07
# 12
yarpaq33
Elbette cayin yerin hec ne vermir yenede diqqet etmek lazimdi
Her kese xeyirli Ramazanlar
16 iyun 2015 15:40
# 11
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
lazimli melumat oldu
16 iyun 2015 15:01
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Men 1 stekan cay 1 stekan da su icirem...
16 iyun 2015 14:38
# 9
Kadın derin ama adam yüzme bilmiyor...
WiRiN BaLaM
mən çay içirəm ən çox suyuda gece içirem
16 iyun 2015 14:32
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
qanadli melek
Hec vaxt sahurda nese yememiwem yeye bilmemiwem
16 iyun 2015 13:50
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
gulka azeri
hm men sahurda cox wey yeye bilmirem hec vaxt yemek yemirem pendirle smatanla corek cayla yeyirdim ifsyo.1de pecenya ifsyo.yagli yemek seher yeye bilmirem.su icende adam sanki dah ada susuyur ama caydan sonra sanki susuzlugun kecir.demek ziyanli imis.insallah bu defe bol su icerem tessekkur melumatcun

Sitat: aziz a
Lazimli melimat idi, Allahin izniyle iki gun sonra baslanir Ramazanimiz!!!
Hami kimi mende cayin daha faydali oldugunu dusunmusdum, ama gorunurki yanilmisam, ona gorede menyuda deyisiklik olacaq.....Allah Teala iftari gozleyen her bir kese dozum ve sebr versin Amin.Oruc ve namazlarimizi qebul elesin.Amin.

amin insallah
16 iyun 2015 13:35
# 6
...AdaDunyam``
kecen il 2 gun ust-uste sahurda yumurta yemisdim,cox pis olmusdum,hemin vaxtdan sonra artiq yumurta nedir bilmirem,hec yemirem artiq
16 iyun 2015 11:40
# 5
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Tomris Müslümova
maraqli arasdirmadi xususen de1-2 saat içərisində 14 stəkan çay içməniz lazım oldugunu bilmirdim tesekkur edirem
16 iyun 2015 11:00
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
rəmsə
Sahurda yumurtanın tox tutduğunu bilirdim,onun üçün də çox vaxt sahurda 1 ya 2 yumurta yeyirəm.Çaya gəldikdə isə nə 14 stəkan ,ən çox içsəm içsəm 3 stəkan filan içərəm sahurda,sonra su içirəm,o da ziyan deyilmiş...
16 iyun 2015 09:49
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
Ramazan ayinda hec su ice bilmirem. Yalniz ac hiss edirem. Susuzluga dozumluyem
16 iyun 2015 09:36
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Lazimli melimat idi, Allahin izniyle iki gun sonra baslanir Ramazanimiz!!!
Hami kimi mende cayin daha faydali oldugunu dusunmusdum, ama gorunurki yanilmisam, ona gorede menyuda deyisiklik olacaq.....Allah Teala iftari gozleyen her bir kese dozum ve sebr versin Amin.Oruc ve namazlarimizi qebul elesin.Amin.
16 iyun 2015 09:26
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz