Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı məhsulun şirəsi daha xeyirlidir?
Hansı məhsulun şirəsi daha xeyirlidir?
Göndərən: Sabrina
Şərhlər: 16
Baxılıb: 1049
Səs ver:
Hər birimiz təbii şirəni çox sevirik. Həm görünüşü, həm də tərkibi ilə hər birimizi cəlb edən bu şirələr, dietoloqların fikrinə görə o qədər də xeyirli deyil. Bu məqalədə sizə bunun  səbəbi və düzgün seçim etmək üçün lazımlı məlumat verəcəyik:

Ən düzgün seçim - tərəvəz şirələri.
Tərəvəz şirələri - qida rasionunuza təbii xeyirli bitki maddələrini əlavə etmək üçün ideal vasitədir. Tomat şirəsində olan likopin, prostat xərçəngi xəstəliklərinin təhlükəsini azaldır.Şəkər çuğunduru şirəsi isə arterial təzyiqi azalda bilir.Ümumilikdə isə tərəvəz şirəsinin tərkibində meyvə şirəsi ilə müqayisədə şəkər və kaloriy azdır, buna baxmayaraq natrinin miqdarı lazımım səviyyədədir.

100% - li meyvə şirəsi.
Heç kim xəstəliklərlə mübarizə üçün lazım olan vitamin və antioksidantlarla zəngin meyvə şirəsinin xeyirli olduğunu inkar etmir. Problem ondadır ki, təbii şirələrin tərkibində həmçinin  şəkər və kalorinin miqdarı çoxdur. 1  stəkan təbii alma şirəsində, yarım baton şokoladda olduğu qədər kaloriy vardır. Məhz bu səbəbdən mütəxəssislər gün ərzində belə içkini  1 dəfədən çox içməyi məsləhət görmürlər.

Yaxşı seçim - nar şirəsi.
Hər gün yalnız 1 stəkan şirə içməyi planladıqda, ən düzgün seçim etmək lazımdır. O zaman, qida dəyəri daha çox olan şirələrə nəzər salaq.  Nar şirəsi - bu cədvəldə birinci yerdədir. Onun tərkibində çox sayda şəkər və kaloriy vardır və o, orqanizmdə  antioksidant dozasını yüksək səviyyə təmin edir. Bu maddələr isə beyin funksiyasının qorumasını təmin edir və xərçəngin qarşısını ala bilir.

Yaxşı seçim - quşüzümü şirəsi.
Quşüzümü şirəsi  C vitamini ilə çox zəngindir, o isə immun sistem üçün çox lazımlıdır. Həmçinin xalq arasında şirin olmayan quşüzümü şirəsini, sidik yolları infeksiyalarının təhlükəsindən qorumaq üçün istifadə edirlər.

Qaragilə şirəsi.
Qaragilənin tərkibində olan maddələr, beyinin sağlam saxlanmasına kömək edir. Həmçinin bu şirə yaddaş  funksiyası üçün çox xeyirli sayılır.

Albalı şirəsi.
Antioksidantlarla  zəngin olması ilə bərabər, bir çox giləmeyvə şirələri  iltihab əleyhi xüsusiyyətlərinə də malikdirlər. Araşdırmalara əsasən fiziki işdən əvvəl və sonra içilən 1 stəkan albalı şirəsi məşqdən əldə olunmuş əzələ ağrılarını ağrılarını azalda bilirlər.

Qırmızı üzüm şirəsi.
Hamımız bilirik ki, normal dozada qırmızı çaxır ürəyə xeyirdir. Bunu həmçinin qırmızı üzüm şirəsinə də aid etmək olar. Onun tərkibində çox güclü flavonod-antioksidantları vardır.

Portağal şirəsi.
Səhər yeməyi zamanı çox populyar olan şirə, buna layıqdırmi? O, immun sistemə müsbə təsir göstərən C vitamini ilə çox zəngindir. Bundan əlavə  o, sümükləri  möhkəmləndirən kalsiy və D vitamini, qidalı maddələrlə zəngindir.

Uşaqlar və şirə.
Uşaqların çoxu təbii şirələri çox sevirlər, lakin, Amerikan Pediatriya akamiyasının mütəxəssiləri uşaqlar üçün olan gündəlik normaya mütləq əməl etməyə çağırırlar. 6 yaşdan aşağı olan uşaqlar üçün bu norma - 150 mlt, 7-18 yaş arası uşaqlar üçün isə 250-300 mlt təşkil edir.

Su əlavə edin.
Əgər siz və uşağınız gün ərzində bu içkidən bir neçə dəfə içmək istəyirsə, o zaman şirəyə su əlavə edin. Bununla siz, hər posiya üçün kaloriy sayını azaltmış olursunuz.

Bütöv meyvələrə üstünlük verin.
Dietoloqlar deyirlər ki, meyvə şirələri üçün əla alternativ bütöv meyvələrdir. Bütöv meyvə əti  ilə daha çox qidalı tellər və əlavə qidalı maddələrlə orqanizmi təmin edir. Təbii şirədən fərqli olaraq bütöv meyvələr aclıq hissini də azalmağa kömək edir.


Şərhlər: 16
Baxılıb: 1049
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
tek umidim sen
Cox sevirem tebi meyve sirelerini,tez tez de icirem,hem xeyirlidi,hem de cox dadli))
14 iyun 2015 13:00
# 16
Kadın derin ama adam yüzme bilmiyor...
tatyana
men sevmirem tebii meyve sirelerini,siresini suyunu icdiyime ozunu disliyib yemek daha lezzetlidir,hemin vitamin gedir da orqanizmaya
13 iyun 2015 21:43
# 15
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
ALESSANDRA
təbii sokları tebii meyve şirelerini çoox sevirem) özelliklede şefteli ve portağalınkını
13 iyun 2015 19:05
# 14
Don't trust anyone ∆
Dosta_inam
En çox portağal birde nar şiresi içirem,qalan meyveleri elece yemeyi xoşlayiram,teşekkür melumat üçün.
13 iyun 2015 17:52
# 13
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Niquw Abdulayeva
Men hec bir meyveni suyunu cixardib icmirem bele yeyirem
13 iyun 2015 17:30
# 12
Catwoman666
meyveleri ve meyve sirelerini cooxxxx seviremm
13 iyun 2015 17:14
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
cinqosh
Ən sevdiyim şirələr: portağal, nar, boranı və kök.faydalı xəbərdi.təşəkkür edirəm.
13 iyun 2015 16:08
# 10
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
vipbetul
bu soklarin xeyri olduqu qederde bezi orqanlara ziyani vardir esasende xesde insanlar gerek fikir versunler qebul etdikleri zaman
13 iyun 2015 15:32
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Narla portagalin faydasini bilirdim birde ewitdiyime gore borani wiresi cox faydalidi
13 iyun 2015 14:48
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
lelos
en sevdiyim nar şiresidi
13 iyun 2015 14:06
# 7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Leylican
faydali melumatlardir amma men hamisini yox bir qismini oxudum men daha cox terevez , nar ve portagal sirelerini daha cox sevirem ve icirem
13 iyun 2015 13:38
# 6
SEBR....
Tomris Müslümova
cugundur icmemisem duzu ama nar siresinin faydasini bilirdim ve icmisemde
13 iyun 2015 12:11
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
teri meri
mən nar çuğundur alma və kök şirəsinin xeyirli olduğunu bilirdim digərlərini isə yox yəşəkkürlər
13 iyun 2015 12:10
# 4
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
qanadli melek
Sireler faydali oldugu haqda bilirdim.ancaq men istifade etmirem mama ucun hazirlayiram
13 iyun 2015 10:57
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Meyve sirelerinnen en cox portagal siresini sevirem calisdiqca tez tez icirem
13 iyun 2015 10:20
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Faydalı məlumatlardır, ən çox meyvə şirələrindən portağal və nardan istifadə edirəm qalanını çalışıram şirəsini çəkmədən istifadə edim, tərəvəzlərdən də sadəcə hərdən bir kök və çuğundurdan istifadə edirəm təşəkkürlər.
13 iyun 2015 09:06
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz