Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dietik kokteyl | Smuzi reseptləri
Dietik kokteyl | Smuzi reseptləri
Göndərən: tek umidim sen
Şərhlər: 8
Baxılıb: 839
Səs ver:
Smuzi müxtəlif meyvə, tərəvəz, hətta göyərtidən hazırlanan qatı kokteyldir.

Smuzi blenderdə hazırlanır və onun hazırlanması zamanı süd, kefir, yoqurt, qaymaq, şokolad, qoz-fındıq, meyvə quruları, bal və s. əlavə oluna bilər. Smuzi pərəstişkarları deyirlər ki, smuzi hazırlamaq üçün irəyiniz istədiyi inqrediyentləri qarışdırmaq olar. Ən əsası — istək və yaxşı blender.

Hal hazırda smuzi bütün dünyada ən dəbli duru qida növüdür. Qərb ölkələrdə hətta xüsusi smuzi-restoranları açılır, smuzi haqqında çoxlu kitablar buraxılır, verlişlər çəkilir və s. «Smuzi» sözü «smoothie» (ingilis dilində — xoş, yumşaq, hamar) sözündən əmələ gəlib.

Smuzi sağlam, faydalı və dietik qida sayılır. Dietoloqlar və həkimlər bu fikiri təsdiq edir.

Təbii şirələrlə müqayisədə smuzinin çoxlu üstünlükləri var. Smuzi hazırlanması zamanı meyvə və ya tərəvəz tam şəkildə istifadə olunur. Bu isə o deməkdir ki, meyvə və ya tərəvəzdə olan bütün faydalı vitamin və mikroelementlər saxlanılır. Bundan əlavə smuzi sellülozla (meyvə və tərəvəzlərdə olan təbii liflər) zəngindir ki, bu səbəbdən smuzi orqanizm tərəfindən şirələrlə müqayisdə daha yaxşı mənimsənilir.

Smuzi orqanizmi çox yaxşı təmizləyir, orada yığılan toksinlər, şlaklar, ağır metallar, sərbəst radikallar və s. ziyanlı maddələri orqanizmdən çıxardır, xolesterinin səviyyəsini aşağı salır, insanı daha gümrah edir.

Smuzi uşaqların qidalanmasında geniş istifadə oluna bilər. Bir çox uşaqlar meyvə və tərəvəzləri xoşlamır, süd məhsullarını yemir. Lakin dadlı smuzi onların xoşuna gələ bilər.

Yaşlı, xəstə, zəiflənmiş insanların qidalanmasında smuzini çox faydalı dietik məhsul kimi istifadə etmək olar. Yaşlı insanların bir çoxusu diş problemlərindən əziyyət çəkir ki, bu onlara bərk meyvə və tərəvəzləri qəbul etmək imkan vermir. Bu halda smuzi ən yaxşı seçimdir.

Smuzinin heç bir ziyanı və ya əks-təsirləri yoxdur (insanda smuzi hazırlanmasında  istifadə olunan məhsullara allergiya və ya dözümsüzlük yoxdursa).

Smuzi tamdəyərli şam yeməyi və ya ikinci nahar kimi istifadə oluna bilər.

Arıqlamaq istəyən insanlar üçün smuzi ən yaxşı seçimdir. Müxtəlif smuzilərin istifadəsi həm orqanizmi lazım olan vitamin və minerallarla təmin edir, həm də arıqlamağa kömək edir. Lakin bu halda şirin kalorili meyvələrdən, qaymaqdan, şokoladdan, şəkərdən, təbii ki, istifadə olunmur.

Smuzi reseptləri

Bananlı smuzi
Lazım olan məhsullar: 3 dənə banan, 1 l süd, 1 xörək qaşığı şəkər, 1 paket vanil. Banan doğranılır, süd, şəkər tozu, vanil əlavə olunur və blenderlə yaxşı qarışdırılır.

Balqabaqlı smuzi
Lazım olan məhsullar:
təmizlənmiş balqabaq — 300 qr,
süd — 2 stəkan,
bal — 1-2 çay qaşığı (zövqə görə),
yulaf yarması — 2-3 xörək qaşığı,
darçın (zövqə görə).
Balqabaq doğranılır və digər ingredientlərlə birlikdə blenderlə əzilir.

Kivili smuzi

Lazım olan məhsullar:
3 dənə kivi,
1 dənə sulu alma,
200 qr duru yoqurt,
şəkər tozu (zövqə görə).

Öz zövqünüzə uyğun istədiyiniz inqredientlərdən müxtəlif smuzi hazırlaya bilərsiniz.


Şərhlər: 8
Baxılıb: 839
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Niquw Abdulayeva
Kivili smuzi xosuma geldi
23 may 2015 19:15
# 8
emis
kokteyl sevirem dadli gorunru hazirlamaq olar tesekkurnyam
23 may 2015 17:57
# 7
vipbetul
esasen dondurmali sokaladli kokteyilleri sevirem
23 may 2015 15:37
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
cinqosh
smuzi haqqında ilk dəfədi oxuyuram.smuzini sevdim.tərkibinə baxılınca dadlı olduğu bilinir.bananlı balqabaqlı olanı mütləq sınayacam.görən necə dadı var.əla xəbərdi.çox sağ olun.
23 may 2015 14:16
# 5
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
yarpaq33
Yaxwidi faydalidi twk
23 may 2015 14:13
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Catwoman666
bele ickiler orqanizme cooox faydalidir amma icmirem bele ickiler
23 may 2015 12:28
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Men banan olani beyendim. Bunlar cox faydalidir orqanizmi guclendirir
23 may 2015 10:13
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Smuzilər faydalıdır, cəfəri və pendirdən də krem kimi hazırlamaq olar, reseptləridə bəyəndim, təşəkkür.
23 may 2015 09:48
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz