Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çayın xeyiri və ziyanı
Çayın xeyiri və ziyanı
Göndərən: yasemin
Şərhlər: 16
Baxılıb: 1293
Səs ver:
Çayın insan orqanizminə xeyirli tərəfləri haqqında yəqin ki, çox eşitmişiniz, amma onun insan orqanizmi üçün zərərli cəhətləri də vardır və məhz hansı hallarda çay içməyin fayda deyil, ziyan verdiyini bilmək gərək ki, maraqlı olar. Ona görə də bu içkinin qəbuluna düzgün yanaşma tətbiq etmək lazımdır. Çin çay mədəniyyətində çayın zərər yetirə biləcəyi hallar ilə bağlı xüsusi mühakimələr formalaşıb və onlar "On çay qadağasında" toplanmışdır.

1. Ac qarına çay
Ac mədəyə tünd çay içdikdə, çayın sərinləşdirici təbiəti insan orqanizminə daxil olur və bu zaman o, mədə və dalağı soyuda bilər, bu isə "ac canavarın evə girməsinə" bərabərdir. Hələ qədim dövrlərdə Çində ac qarına çay içməməyi tövsiyə edirdilər

2. Qaynar çay
Həddindən artıq isti çay boğazın, qida borusunun və mədənin qıcıqlanmasına səbəb olur. Qaynar çaydan uzunmüddətli və davamlı istifadə bu orqanların ciddi xəsarət almasına və şəkil dəyişməsinə səbəb ola bilər. Əcnəbi alimlərin araşdırmasına əsasən 62 dərəcədən yüksək temperatura malik çay içdikdə, bu mədə divarlarının həssaslığını və zədələnmə meylini artırır və müxtəlif mədə xəstəliklərinin əlamətləri ilə müşayiət olunur. Çayın temperaturu 56 dərəcəni aşmalı deyil.

3. Soyuq çay
Eyni zamanda isti və qaynar çay insana gümrahlıq gətirdiyi və insanın şüur və nəzərlərini daha açıq və oyaq etdiyi halda, soyuq çat əks effektlər verir: soyuqdan durğunluq yaranır və rütubətlik artır.

4. Olduqca tünd çay
Çayın tərkibindəki yüksək kofein və tanin miqdarı baş ağrısına və yuxusuzluğa gətirib çıxara bilər.

5. Çox dəm almış çay
Əgər çayı həddindən artıq uzun müddət ərzində dəmləsən, çay polifenolları və efir yağları öz-özünə turşulaşmağa başlayır. bu çayı təkcə şəffaflıqdan, ləziz daddan, keyfiyyət və gözəl ətirdən məhrum etmir, həm də çayın yarpaqlarındakı C və P vitaminlərinin, amin turşularının və digər dəyərli maddələrin turşulaşması nəticəsində çayın qidalandırıcı xüsusiyyətini əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə dəmdə olarkən çay ətraf aləmin təsirinə məruz qalır, əgər çay istidə həddindən artıq əldən düşərsə, onda onun tərkibindəki mikro orqanizmlərin (bakteriya və göbələklər) artmasına səbəb olur.

6. Təkrar və dəfələrlə dəmlənmiş çay
Adətən üçüncü və ya dördüncü dəmdən sonra çay yarpaqlarında demək olar ki, heç nə qalmır. Eksperimentlər göstərir ki, birinci dəmləmə çay yarpaqlarındakı xeyirli maddələrin demək olar ki 50%-nı çıxarır, ikincisi isə 30%, üçüncü dəmdə bu cəmi 10% edir. Dördüncü dəmdə də 1-3% əldə etmək mümkün ola bilər.

Əgər çayı dəmləməyə davam etsəniz, onda içkinin tərkibində zərərli maddələr də peyda olacaq, bu maddələr çay yarpaqlarının çox cüzi hissəsinin tərkibində olur. Çay dəmləndikdə onlar ən axırda cövhərin tərkibinə daxil olur.

7. Yeməkdən öncə çay
Yeməkdən öncə içilmiş böyük miqdarda çay selikli qişanın yuyulmasına səbəb olur ki, bu zaman yemək sizə dadsız görünür, həmçinin həzm orqanları tərəfindən proteinin mənimsənməsində ləngimə baş verə bilər. Beləliklə, çayı ən azı yeməkdən 20-30 dəqiqə əvvəl içsəniz daha yaxşıdır

8. Yeməkdən dərhal sonra çay
Yeməkdən dərhal sonra istənilən zəngin içki mədə şirəsinin konsentrasiyasının nəzərə çarpacaq qədər azalmasına gətirib çıxarır, bu isə həzmi zəiflədir və bütün həzm orqanlarının fəaliyyətini pozur. Əgər yeməkdən sonra çay içmək istəsəniz 20-30 dəqiqə gözləyin.

9. Çayla dərman içmək
Çayın tərkibində olan aşılayıcı maddələr parçalanaraq tanin əmələ gətirir, bu maddənin təsiri nəticəsində isə bir çox dərmanlar qalıq verir və yaxşı həll olunmur.

Buna görə də çinlilər deyir ki, çay dərmanı dağıdır.

10. Dünəndən qalmış (köhnə) çay
Bir sutkadan artıq ömrü olan çay nəinki tərkibindəki vitaminləri itirir, həm də bakteriyaların formalaşması üçün ideal ortama çevrilir. Əgər çay korlanmayıbsa onu müalicəvi məqsədlər üçün istifadə etmək olar, amma yalnız zahirdən istifadə olunan vasitə kimi. Belə ki, gün ərzində qalmış çayın tərkibi turşular və ftorla zəngindir, onlar isə kapillyarlardan qanaxmanın qarşısını alır. Ona görə dünəndən qalma çay ağız boşluğunda iltihablar, dildə ağrılar, ekzema, damaqların qanaması, dəri səthində zədələr zamanı kömək edir. Həmçinin göz qapaqlarında müəyyən qızartılar yarandıqda və ya ağladıqdan sonra gözləri çayla silmək xeyirlidir.


Şərhlər: 16
Baxılıb: 1293
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Arzu1996
men cay cox icirem wkaladla 06
4 iyun 2015 21:24
# 16
Lucia
Bilirəm bunları,əməl də edirəm.
30 aprel 2015 16:23
# 15
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
vipbetul
lazimli melumatdi
30 aprel 2015 16:11
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
cay cox da icmirem evvel hec icmirdim yeni ele bele arada icirdim. qonaq gedende de cay suzende icmirdim cox vaxt. amma indi bir az duzelmisem)
30 aprel 2015 13:39
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nezka
Çay çoox içirəm
30 aprel 2015 12:42
# 12
İçimi görsən mənə aptek alarsan.
emis
Çayla aram yox idi. Axır vaxtlar mənə çay sevgisi gəldi bilmirəm hardan .çayın ziyanını bilə bilə hamımız içirik ,mən açıq çay sevirəm tünd içə bilmirəm, çay ən çox ürəyə ziyandı əsasəndə qaraçay ürəyin evni yıxır, bizdə əsl çay yoxdu əsl çayın rəngi qara olmur. Çayı birinci dəfə demleyend ə içmək lazımdır sora yox ona görə də biz həmişə tez tez və az az demleyirik, bizdə cay demlemek mənə qalanda həmişə qaynadır am. Mamamın bir sözü var deyirki bizdə ağ qaynamasada dəm mütləq hemise qaynayır122Təşəkkür
29 aprel 2015 22:40
# 11
amazing
Cayi cox isti icmeyi xoslayiram ve yemeyimin yaninda da mutleq cay olmalidir.ancaq bilirem ki ziyandir
29 aprel 2015 21:21
# 10
xeyalperest
Men cayi ders edende icirem cox vaxt oda isti ama yandirici yox.sanki beynimi sakitleşdirir
29 aprel 2015 19:55
# 9
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
aliceWOnDer
caydan coxda istifade etmirem
29 aprel 2015 19:02
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nergız33
Men de gün boyu cay icirem, isti de icirem ,yemeyden sorada hetda ele olur ki yeyeynende cay icirem düz etmirmişem.
29 aprel 2015 18:34
# 7
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
qanadli melek
Cayi cox icirem ozude rengi tund ve qaynar
29 aprel 2015 18:08
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
men qaynar icirem demeli ziyan imis...ac qarina axi deyirdiler ziyandi?? 29
29 aprel 2015 17:49
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
rəmsə
Aaaaa biz de eksine kiminse basi agriyanda tund cay icmesini meslehet gorurduk,sen deme eksine imis,tund cay bas agrilarina sebeb olurmus 27
29 aprel 2015 17:47
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Dosta_inam
çayi çox içirem hemde qaynar olsun gerek,soyuq halda xoşum gelmir,birde teze demleyib doyunca içirem köhne dem mene aid deyil,bele bezi ziyanlarini bilsemde emel etmek çetindir,qaynar içmek olmaz ama men içirem.
29 aprel 2015 17:12
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Gün ərzində sadəcə bir fincan olur, oda səhərlər ancaq, zərərləri haqqında isə məlumatım var təşəkkür.
29 aprel 2015 16:40
# 2
BARBI
Cayi cox sevirem gunde en az 5 stekan icirem
29 aprel 2015 16:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz