Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Varşava qəhvəsi resepti
Varşava qəhvəsi resepti
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 650
Səs ver:
Tərkibi:
1 ç.q. üyüdülmüş qəhvə (cəzvədə bişirmək üçün)
300 ml təzə süd
1 ç.q. şəkər tozu (artıq da ola bilər, zövqə görə)
üyüdülmüş darçın - bıçağın ucunda
vanilli şəkər - o da bıçağın ucunda, amma darçından az

Hazırlanması:
Cəzvəyə süd, şəkər tozu, darçın və vanil tökün. (Şəkər sevməyənlər bunsuz da bişirə bilərlər, həm süd şirin olur, həm darçın şirinlik verir).
Orta itilikli ocaqda bişirin. Qaynara düşənə yaxın üzərində köpük əmələ gələcək. Onu qaşıqla götürüb fincana qoya, yaxud sevmirsinizsə, ata bilərsiniz.

Cəzvəni ocaqdan götürün, qəhvəni az-az əlavə edə-edə durmadan qarışdırın. Yenidən ocağa qoyun. Köpüyü qalxanda götürüb kənara qoyun, köpüyünün yatmasını gözləyin. Qarışdırın. Yenidən orta itilikli ocağa qoyun, köpük yenidən qalxanda götürüb fincanlara süzün. Üzərinə darçın səpə bilərsiniz.

Belə qəhvəni səhərlər içmək məsləhətlidir, o, adamı gümrahlaşdırır, enerjisini artırır, əhvalını yüksəkldir.

Qeyd:

* Bunu südlü qəhvə sevməyənlərə təklif etsəniz, südlü olduğunu deməyin, inanın ki, heç ayırd etməyəcəklər. Amma daha bir fincan istəyəcəklərinə əmin olun.

* Əgər bu qəhvəni əsl, təzə süddən (belə desək, qutudakı deyil, kənd südü) hazırlasanız, o daha dadlı və faydalı olacaq.

* Əgər cəzvəniz yoxdursa, qəmlənməyin, bu qəhvəni adi tayqulpda, yaxud qazançada bişirə bilərsiniz, dadı və ətri itməyəcək.

Nuş olsun!


Şərhlər: 7
Baxılıb: 650
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qehveyle aram yoxdu
14 mart 2015 16:09
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
mende sevirem ama coxdandi icmirem yalan olmasin 1 ildi 122
14 mart 2015 12:30
# 6
emis
umumiyyetle qehve sevmirem
14 mart 2015 11:40
# 5
Qlamurr
Qəhvə olsa içərəm,olmasa heç yadıma da düşməz..Ancaq resepti bəyəndim.tşk.
14 mart 2015 10:42
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Mutleq her gece yatmazdan evvel qehve icirem .

Bu reptide cox beyendim prob edecem
14 mart 2015 10:20
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
sudlu qehveleri sevirem
14 mart 2015 10:19
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Qəhvə sevənəm bu resepti çox bbəyəndim.
14 mart 2015 09:05
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz