Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlamlıq üçün ən faydalı içkilər
Sağlamlıq üçün ən faydalı içkilər
Göndərən: Wiyinka
Şərhlər: 13
Baxılıb: 939
Səs ver:
Hansı içkilər sağlamlıq üçün faydalıdır? Bu sual maye qəbuluna tələbatın artdığı yay fəslində insanları daha çox düşündürür. Hazırda marketlərdə əhali üçün çoxsaylı çeşidlərdə içkilər təklif olunur. Bununla yanaşı ev şəraitində də müxtəlif içkilər hazırlanır. Belə böyük seçim qarşısında hansı içkilərə daha çox üstünlük verilməlidir?

Təbii ki, bu sırada birinci yeri orqanizm üçün faydalı və zəruri olan adi təmiz su tutur. Su bütün orqanların və orqanizmdəki bütün sistemlərin fəaliyyətini təmin edir, maddələr mübadiləsini tənzimləyir və zərərli maddələrin orqanizmdən xaric olunmasında əsas rol oynayır. Söhbət təmiz, qaynadılmamış sudan gedir.

İstinadən bildirilir kii, faydalı içkilərin sırasında gündəlik istifadə olunan çaylar mühüm yer tutur. Ancaq burda da seçimi düzgün etmək lazımdır. Çoxçeşidli çayların siyahısında yaşıl çay birinci yerdə durur. Yaşıl çayın orqanizm üçün faydaları hamıya məlumdur. Uzunömürlülərin içkisi olan yaşıl çay ilin bütün fəsillərində insan üçün müsbət enerji, xoş əhval, gümrahlıq deməkdir.

Çayların arasında nanə çayını da faydalı içki kimi qəbul etmək olar. Nanə çayı həzm sisteminin fəaliyyətini normallaşdırır, ürək damar sistemi üçün olduqca faydalıdır və ən başlıcası isə sakitləşdirici xassəyə malikdir.

Faydalı içkilərdən danışarkən təzə çəkilmiş meyvə şirələrini xüsusilə vurğulamaq lazımdır. Təbii meyvə şirələri orqanizmin vitaminlərə tələbatını ödəməklə yanaşı ayrı-ayrı orqanların fəaliyyətini normallaşdırır, bədənin ümumi tonusunu stimullaşdırır. Metvə şirələrinin arasında ən faydalısı alma, nar, narıngi, qreypfrut, ananas şirələri sayılır. Düzdür, bütün meyvə şirələri xeyirlidir, amma sadaladığımız meyvələrin tərkibi daha zəngindir.

Kök şirəsinin insan orqanizmi üçün faydaları saysız hesabsızdır. Kök şirəsi immuniteti gücləndirir, qanı təmizləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, ödqovucu xassəyə malikdir, görmə qabiliyyətinə müsbət təsir göstərir, dərinin sağlam və gümrah görünməsində mühüm rol oynayır.

Pomidor şirəsi də faydalı içkilər sırasındadır. Orqanizmi A və C vitamininləri ilə təmin etmək üçün bu şirə ən yaxşı içki sayıla bilər. Bununla yanaşı pomidor şirəsi xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir. Ancaq bir şərtlə ki, duz qatılmadan.

Süd sağlamlıq üçün faydalı olmaqla yanaşı artıq çəkidən xilas olmaq istəyənlər üçün də ən yaxşı içkilərdən biridir. Çünki insan süd içərkən onda toxluq yaranır və yeməyə ehtiyac duyulmur. Süd orqanizm üçün vacib olan karbohidratlar, protein, kalsium və D vitamini ilə zəngindir. Ancaq nəzərə almaq lazımdır ki, az yağlılığı olan süddən istifadə edilməlidir.

Yay mövsümündə daha çox istifadə olunan ayran susuzluğu yatıran ən yaxşı içki olmaqla yanaşı, o həm də tənəffüs yolları, ağciyərlər üçün olduqca xeyirlidir. Ayran həmçinin mədə və bağırsaq, əsəb sistemi üçün də faydalıdır.

Zövqünüzə görə qarşıdan gələn yay günlərində yuxarıda adlarını çəkdiyimiz içkilərə daha çox üstünlük verin. Xərclədiyininz vəsaiti faydalı içkilərə sərf edin. Ən başlıcası isə geninə-boluna reklam olunan qazlı şirin içkilərdən imtina etməyi bacarın.


Şərhlər: 13
Baxılıb: 939
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
en cox sevdiyim partaxal shiresidi
11 mart 2015 15:59
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ece uslu
pomidor siresi ve sud hec icmerem
31 yanvar 2015 19:24
# 12
ayan97
Menlik deil bular
31 yanvar 2015 18:27
# 11
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
lili)
men elede sok icen deyilem meyveleride tebii sekilde yemeye usdunluk verirem
31 yanvar 2015 18:16
# 10
rəmsə
Pamidor şirəsini çıxsaq,o birilərini sevirəm.olsa içərəm
31 yanvar 2015 17:51
# 9
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
EsmaNur
yawil caydan zehlem gedir
31 yanvar 2015 16:38
# 8
emis
faydali meslehet ucun tesekkurler
31 yanvar 2015 15:07
# 7
sona
Wiredense meyveni butov yemeye ustunluk verirem. Wire olaraq vezem cugundur ve kok wiresi kcirem tewekkur
31 yanvar 2015 14:26
# 6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Tomris Müslümova
faydalidi ama...
31 yanvar 2015 12:54
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Hazır şirələrdən demək olar ki istifadə etmirəm,meyvəni də təbii şəkildə yeməyə üstünlük verirəm,məsələn kök və alma mənim gündəlik qida rasionumun tərkib hissəsidir.Yayda da su və ayrandan çoxistifadə edirəm...
31 yanvar 2015 11:46
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Şirələrdən istifadə edirəm çaylardanda nanənin digər bir növü var onun çayından istifadə edirəm insana sakitləşdirici təsir bağışdıyır.
31 yanvar 2015 10:55
# 3
BARBI
Bu sirelerin her birinnen istifade edirem
31 yanvar 2015 10:34
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Melissa
tskrler men apelsin sokunu sevirem
31 yanvar 2015 09:11
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz