Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Energetik içkilər haqqında 10 fakt
Energetik içkilər haqqında 10 fakt
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2024
Səs ver:
1. 1980-ci ilin əvvəllərində Avstriya vətəndaşı Ditrix Mateşiç uzun illər sonra sənaye məqsədlərində istifadə etməyə qərar verdiyi içkini icad edib və istifadəsinə başlamışdı. Hazırda isə Red Bull energetik içki bazarının 70 faizini əhatə edir.

2. Energetik içkilər əhvalın yaxşılaşmasına və əqli fəaliyyətin stimullaşmasına xeyirlidir. Hər kəs öz istəyinə uyğun energetik içki tapa bilər; onları 2 qrupa bölmək olar: tərkibində çox kofein olan(oxumağa və işləməyə daha çox meyilli olan tələbələr üçün nəzərdə tutulub), digərlərinin tərkibində isə daha çox vitamin və karbohidrat mövcuddur (asudə vaxtlarını idman zalında keçirtməyə üstünlük verən insanlar üçün nəzərdə tutulur).

3. Energetik içkilərin tərkibində vitamin və qlükoza kompleksi mövcuddur. Vitaminin üstünlükləri hamıya məlumdur. Qlükoza isə öz növbəsində, tez bir şəkildə qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Bir fincan qəhvənin təsiri 1-2 saat sürdüyü halda, energetik içkinin təsiri 3-4 saat davam edir. Bundan əlavə dəmək olar ki, bütün energetik içkilər qazlaşdırılmışdır və bu da onları qəhvədən fərqləndirən daha bir xüsusiyyətdir.

4. Bu içkiləri dozayla ciddi uyğunluqda istifadə etmək lazımdı. Günə 2 şüşə maksimal dozadır. Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Ürək xəstəlikləri və hiporteniyadan əziyyət çəkənlərə energetik içkilər məsləhət görülmür. Məhz buna görə Fransa, Danimarka və Norveçdə energetik içkilər rəsmi şəkildə qadağandır, adı çəkilən ölkələrdə bu məhsullar yalnız apteklərdə satılır.

5. Energetik içkilərin orqanizmi enerji ilə təmin etməsi fikri əsassızdır. İçki yalnız  bədənin daxili ehtyatlarına yol açır, bir növ açar funksiyası daşıyır.  Biz şəxsi enerji mənbəyimizdən istifadə edirik və ya sadə dillə desək, biz orqanizmdən enerji alırıq. Nəticədə, gec və ya tez biz orqanizmimizə olan borcumuzu yorğunluq, yuxusuzluq, əsəbilik və depressiya yolu ilə faizlə geri qaytarmağa məcbur oluruq.

6. Hər bir stimulyator kimi energetik içkilərin tərkibində olan kofeinlə əsəb pozğunluğuna gətirib çıxara bilər. Onun təsir gücü ortalama 3-5 saat sürür,sonra isə orqanizm istirahətə ehtiyac duyur. Bundan əlavə kofein asılılıqda yaradır. Tərkibində qlükoza və kofein birləşməsi olan içkilər cavan orqanizm üçün çox ziyandı.

7. Bir çox energetik içkilərin tərkibində surətli ürək döyüntüsü və titrətməyə səbəb olan B vitamini mövcuddur. Fitnes sevenlər unutmamalıdırlar ki, kofeinin bunlardan əlavə güclü sidikqovucu təsiri mövcuddur. Fiziki aktivlik zamanı orqanizm küllü miqdarda maye itirdiyi üçün məşqlərdən sonra energetik içki içmək düzgün deyil.

8. Energetik içkilərin tərkibində, həmçinin taurin və qlyukoronlakton da mövcuddur. Habelə bu cür içkilərdə taurinin səviyyəsi qida ərzaqlarında yol verilən ümumi miqdardan  bir neçə dəfə yüksəkdir, qlyukoronlaktonun miqdarı isə iki şüşədə gündəlik normanı 500dəfə üstələyir. Alimlər hətta indiyə kimi bu cür tərkib hissənin orqanizmə necə təsir göstərdiyini və kofeinlə necə qarşılıqlı əlaqəyə girdiyini dəqiq bilmirlər. Buna görə də bu cür qidalarda yüksək dozadan təhlükəsiz istifadə hələ də müəyyən edilməyib və bu məsələ hələdə araşdırılmalıdır.

9. Sağlamlığımız üçün energetik içkilərdən təhlükəsiz istifadə qaydaları:

-tövsiyə edilən gündəlik dozanı aşmaq,yəni sutka ərzində iki şüşədən artıq energetik içki içmək olmaz.
-hamilə qadınlara, uşaqlara, yeniyetmələrə, yaşlılara, hipertoniya,ürək xəstəlikləri və yuxu pozğunluğundan əziyyət çəkənlərə istifadə məsləhət görülmür.
-heç bir halda energetik içkini spirtli içki ilə qarışdırmaq olmaz və məhz bunu daima klub müştəriləri edirlər. Kofein qanın təzyiqini qaldırır, spirt isə hipotenziv təsiri gücləndirir. Nəticədə, bu məhlul ürəyə mənfi təsir göstərir.

10. Yeri gəlmişkən, bədənimiz 3-5 saata kofeindən təmizlənir. Belə olan halda bu müddət ərzində tərkibində kofein olan digər içkilərdən(çay, kofe) istifadə tövsiyə edilmir. Əks təqdirdə ortalama doza üstələnə bilər.


Şərhlər:
Baxılıb: 2024
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz