Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Parça bozbaş resepti
Parça bozbaş resepti
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 801
Səs ver:
Tərkibi:
163 qram qoyun əti,
15 qram qoyun quyruğu
100 qram kartof,
30 qram noxud,
25 qram şabalıd,
20 qram təzə yaxud 10 qram quru alça, və ya pomidor (mövsümündən asılı olaraq)
20 qram heyva,
20 qram baş soğan,
12 qram şüyüd,
0,1 qram sarı kök yaxud zəfəran,
0,1 qram nanə qurusu,
2 qram sumax,
duz (zövqə görə)
istiot (zövqə görə)

Hazırlanması:
PARÇA BOZBAŞ da PİTİ kimi hazırlanır. Ancaq bəzi incəlikləri Pitidən fərqlidir. Belə ki, Parça Bozbaş hər payı ayrı-ayrı qabda deyil, bir neçə payı bir ümumi qabda bişirilir.

Parça bozbaş bişirmək üçün əvvəlcə qoyun cəmdəyinin döş, boyun yaxud kürək hissəsindən tikələr götürülür Hər bölgədən hər biri təqribən 60-80 qram ağırlığında 2-3 tikə ət götürülür.

Parça Bozbaş bişirərkən əvvəlcədən noxud suda yumşalması üçün isladılır. Noxud ən azı 3-4 saat suda gözlədilməlidir. Noxud 3-4 saat suda gözlədilir. Bundan sonra isladılmış noxud və ət üzərinə soyuq su əlavə edilərək bişirilir. Xörəyi bişirərkən daha dadlı olması üçün vam odda bişirməyə diqqət etmək lazımdır. Xörəyin hazır olmasına 20 dəqiqə qalmış baş soğan, doğranmış kartof əlavə edilir. Bu zaman BAŞ SOĞAN və KARTOF çox tez əlavə edilməməlidir. Çünki, vaxtından əvvəl əlavə edilən baş soğan və kartoş əzilər.

Şabalıd yarılıb az duzlu suda bişirilir, qabığı soyulub bulyona salınır. Sonra xörəyə dilimlənmiş heyva, alça, hər iki paya bir xörək qaşığı ədviyyat (döyülmüş sarıkök yaxud zəfəran şirəsi) qatılır. Xörək hazır olana yaxın içinə qiymə halına gətirilmiş quyruq əlavə edilir. Mövsümündən asılı olaraq xörəyə alça yerinə soyulmuş pomidor (hər paya 30 q) qatılır.

Parça Bozbaş süfrəyə verilmə qaydası:
Xörək süfrəyə verilən zaman üstünə ufalanmış nanə qurusu səpilir. Bu xörəyə xüsusi aroma verir. Süfrədə bozbaşın yanına ayrı bir qabda doğranmış baş soğan və sumaq da qoyulur.

Nuş olsun!


Şərhlər: 11
Baxılıb: 801
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Butun erzaqlar yerli yerindedi birce nane ne mena verir bu yemeye mene catmadi.Ozude quru nane.
Nanesiz olsaydi bu deqiqe bir bowqab yeyib doyardim,yaninda da coban salati.Peh Peh.:)
20 iyul 2016 13:13
# 11
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Arzum_Melek
Inanirsiz resepti oxumadim..
Bozbaw,souz bir sozle yagli etli yimeyleri sevmirem
20 iyul 2016 00:39
# 10
vipbetul
elave atilan erzalqar cox oldu sade usulla daha yaxsidi

elave atilan erzalqar cox oldu sade usulla daha yaxsidi
18 iyul 2016 13:50
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
SENSİZ
Biz parca bozbawi dana etinden biwiririk. Terkibini beyenmedim .heyvani yemeye qatildiqinida ilk defedirki ewitdim.
17 iyul 2016 16:29
# 8
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
qanadli melek
Beyenmedim qariwiq resepti
17 iyul 2016 16:27
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Qoc etini xoslamiram. Umumi olaraq beyenmedim. Cox qarisiq yemekdir
17 iyul 2016 16:06
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Onun_Mələyi
qoyun quyruqundan irqenirem.ama bunsuz dadli olar yeqinki ....
17 iyul 2016 15:55
# 5
Bir duam var,səndən amin gözləyirdua09123
narmiwka_15
men yiye bilmirem bele yimekler
17 iyul 2016 14:48
# 4
Be Happy))
Barbaris
dadli olur beyendim men
17 iyul 2016 14:41
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Gülüş.
Cox dadli olur
17 iyul 2016 14:17
# 2
Totu
Qoyun quyrugunu çıxmaqla bəyəndim nyam
17 iyul 2016 14:08
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz