Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gül kələmindən şorba resepti
Gül kələmindən şorba resepti
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 291
Səs ver:
Tərkibi:
Gül kələmi - 250 qram
Yaşıl bibər (başqa rəngli bibərlər də ola bilər) – 2 ədəd
Kök - 2 ədəd
Soğan (qırmızı soğan da ola bilər) - 2 ədəd
Kartof – 4-5 ədəd
Sarımsaq – 3-4 diş
Orta ölçüdə pomidor - 5-6 ədəd
Duz
Qırmızı istiot
Cəfəri (olmasa hazır göyərtili ədbiyyatdan və ya başqa göyərtilərdən istifadə etmək olar)
Zeytun yağı

Hazırlanması:
Gül kələmi müəyyən balaca hissələrə ayrılır. Təmiz yuyulur və qoyulur qaz sobasında qaynamağa. İki kökü yuyub, qabığını soyub zövqə görə doğrayıb qaynayan kələmlərin üzərinə əlavə edirik. Bunlar ayrıca qazanda qaynayan zaman pomidorlar yuyulur, qabıqları soyulur və doğranılır. Bibərləri təmiz yuyub, tumlarını təmizləyib orta ölçüdə kub-kub doğrayırıq. Soğanların və sarımsağın qabığını soyub xırda-xırda doğramaq lazımdır. Qaynayan kələm və kökü sobadan alıb suyunu süzüb soyumağa qoyuruq. Kartofların qabığını soyub kub-kub çox da böyük olmayan ölçüdə doğrayırıq. Soğanlar zeytun yağında qovrulur. Sonra üzərinə pomidor əlavə edilir və bir az qovrulduqdan sonra bibərləri də əlavə edib qovururuq. Sonra kartofu əlavə edirik. Kartofu da azca bu qarışımda qovurduqdan sonra 2 stəkən qaynadılmış suyu əlavə edib bişməyə qoyuruq. Kartof bişənə yaxın kələm və kökü əlavə edirik. Və istədiyimiz qədər qaynadılmış su əlavə edirik. Bişməyə qoyuruq. Qaynayan zaman duzu, istiotu əlavə edirik.
Sonda göyərtini əlavə edib sobanı söndürürük.

Nuş olsun!


Şərhlər: 6
Baxılıb: 291
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
shorba xoslamiram
8 avqust 2016 23:36
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Menlik olmadi,twk.
7 avqust 2016 20:51
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Barbaris
Beyendim dadli olar
7 avqust 2016 16:19
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Totu
Yeqin dadlı olar
7 avqust 2016 15:57
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Fialka
Gül kələmini sevmirəm ona görə şorba sevsəmdə bu resepti bəyənmədim.
7 avqust 2016 15:28
# 2
BARBI
Beyendim . Bele terz sorbalari cox xoslayiram
7 avqust 2016 15:17
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz