loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pomidor şorbasının ən orjinal resepti
Pomidor şorbasının ən orjinal resepti
Göndərən: ALESSANDRA
Şərhlər: 7
Baxılıb: 918
Səs ver:
Pomidor şorbasının müxtəlif reseptləri var. Bugün sizə təqdim edəcəyim resept ən asan və ən tez hazırlanan pomidor şorbası reseptlərindən biridir. Bu şorbaya dad verən yaxşı yetişmiş dadlı pomidorlarla bərabər, süfrəyə verilən şorbanın üstünə bol-bol səpilən pendirdir. Pendir isti şorbada əriyib ona xüsusi dad qatır.

Tərkibi:
3 xörək qaşığı  kərə yağı
2 xörək qaşığı un
2 xörək qaşığı tomat pastası
6 iri yetişmiş pomidor – sürtkəcdən keçirin, yaxud blenderlə püre edin
Duz, istiot
Bir çimdik şirin bibər tozu (paprika; mütləq deyil)
4-5 stəkan su
Pendir (bunlardan biri ola bilər – kaşar pendiri, Holland pendiri, mozarella pendiri) – sürtkəcdən keçirin

Hazırlanması:
Orta ölçülü tavada kərə yağını əridin. Unu əlavə edib 1-2 dəqiqə qarışdıra-qarışdıra azacıq qızardın.
Tomat pastasını əlavə edib bir dəqiqə də bişirin.
Pomidoru əlavə edib 2 dəqiqə tez-tez qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot, və istəyə görə bibər tozu əlavə edib qarışdırın. Pomidoru sürtkəcin iri gözündən keçiribsinizsə və şorbada iri-iri qalıbsa, kütləni blenderdə püre edib qazana geri tökün. Su əlavə edib şorba bir qədər qatışanadək, təxminən 10 dəqiqə bişirin. Şorba çox qatıdırsa, ona biraz qaynar su əlavə edə bilərsiniz.
Hazır şorbanı kasalara doldurun. Üstünə bol pendir səpib süfrəyə verin.

Nuş olsun!

Şərhlər: 7
Baxılıb: 918
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
xoslamiram sorba
24 mart 2016 16:55
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
S.Heydarova
tərkibi əladır sevirəm şorbaları
23 mart 2016 20:34
# 6
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Totu
Resepte gore cox sagolun
23 mart 2016 16:31
# 5
İnsanlar dəyişir....
Mira199591
Hec yememiwem. Pamidoru cox sevirem amma medem agriyir cox yeyende. Sinaqdan kecirtmek isterdim bunu. Twk
23 mart 2016 15:15
# 4
Tomris Müslümova
Mən sulu yemək yeyənəm.Mədə-bağırsaq sisteminə çox mühüm təsirləri var.Öncə sulu yemək sonra quru.Çox bəyəndim mən.
23 mart 2016 15:06
# 3
Mən bilirəm səndən necə qisas alacağımı!
Sənə ərə gələcəm çürüdəcəm səni! 08
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
23 mart 2016 14:39
# 2
BARBI
Turklerin en sevdiyim sorbasidir. Cox leziz olur. Bu usulla yox asan usulla hazirlamisam
23 mart 2016 14:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz