Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Düşbərə şorbası resepti
Düşbərə şorbası resepti
Göndərən: NoName
Şərhlər: 15
Baxılıb: 1869
Səs ver:
Tərkibi:
Xəmir Üçün:

2 stəkan əla növ un
½ çay qaşığı duz
1 yumurta
2/3 stəkan ilıq su

İçi Üçün:
250g çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 ədəd kiçik baş soğan – xırda-xırda doğranmış
½ çay qaşığı duz
¼ çay qaşığı istiot

Suyu Üçün:
3 xörək qaşığı duru yağ və ya kərə yağı
1 ədəd kiçik baş soğan – xırda-xırda doğranmış
1 xörək qaşığı tomat
zövqə görə duz
8 stəkan su

Üstünə səpmək üçün:
xırda-xırda doğranmış təzə keşniş və ya quru nanə

Yanında süfrəyə vermək üçün:
sirkə-sarımsaq: üzüm sirkəsinəsinə bir neçə dilim əzilmiş sarımsaq əlavə edib qarışdırın.

Hazırlanması:
1. Əvvəlcə xəmiri hazırlayın. İri qabda un, duz, yumurta və suyu qarışdrın. Alınan kütləni azacıq unlanmış taxta və ya masaya qoyub, əlinizlə xəmir yoğurun.Xəmir elastik olmalıdır. Xəmiri qaba qoyub, üstünü çay dəsmalı ilə örtün və kənara qoyun ki, xəmir dincəlsin. Bu müddət ərzində içi hazırlayın.
2. İçi hazırlamaq üçün, bir qaba əti, soğanı, duz və istiotu qoyub, yaxşıca qarışdırın.
3. Masanızı və ya taxtanızı unlayın, və xəmirinizi oxlovla 40 cm diametri olan çox nazik dairəyə açın.
4. Açdığınız xəmiri iti bıcaqla 2.5 cm-lik kvadratlara kəsin. Hər kvadratın ortasına bir çimdik iç qoyun.
5. Kvadratın iki əks ucunu bir yerə gətirib, yapışdırın. Alınan üçbucağın iki ucunu şəkildə gördüyünüz kimi birləşdirin. QEYD: Düşbərə bəzən üçbucaq deyil düzbucaq kimi bükülür, və sonra düzbucağın iki ucu birləşdirilir. Alınan düşbərələri aralı-aralı azca unlanmış siniyə düzün.
6. Düşbərənin suyunu hazırlayın. Bunun üçün yağı qızdırın və soğanı bu yağda yumuşalanadək qızardın. Tomat əlavə edin və qarışdıra-qarışdıra yarım dəqiqə bişirin. Duz əvavə edib qarışdırın. Sonra isə su əlavə edib, qaynadın.
7. Odun altını bir az azaldın. Düşbərələri qazana töküb təxminən 7-10 dəqiqə ərzində bişirin. Hazır düşbərələr suyun üzünə qalxacaq. Dadına baxın, əgər xəmir yumuşaqdırsa, düşbərəni oddan kənara çəkin.
8. Hazır düşbərəni kasalara qoyub, üstünə ya təzə keşniş, ya da ki, quru nanə səpin. Süfrəyə sirkə-sarımsaqla verin.

Nuş Olsun!


Şərhlər: 15
Baxılıb: 1869
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
cinqosh
Dusbereni kim sevmir ki.milli yemeklerimizin hamisi lezzetlidi.eline sagliq.
28 may 2015 13:02
# 15
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Marta
Bayiliram gozelde hazirlayiram deyilene gore ama tomatsiz soganca edirem sarikok vururam.canim cekdi
27 may 2015 18:48
# 14
Немного терпения, и у тебя все получится..
Madina
Bizde Bu yemeyi cox sevirler,amma tomatsiz ve sogancasiz. Bulyona zeferan ve ya sarikok vururam.
27 may 2015 17:11
# 13
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Catwoman666
dusbere enn cooxx sevdiyim sorbalardan biridir coxx sevirem coxx dadlidir en cox da qisda soyuq aylarda adama lezzet verir
27 may 2015 17:01
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
Happy
Sevirem bu yemeyi amma qish aylarinda yeyilesi yemekdi. Resept uchun chox sagolun..
27 may 2015 16:59
# 11
tatyana
yemesemde hazirlamagi cox sevirem onunku iyi gelir ee bisdikde goyertisini tokdukde ayy lezzet iylenir,amma men tomat vurmuram
27 may 2015 16:45
# 10
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
SENSİZ
cox sevirem bu yemeyi
27 may 2015 15:57
# 9
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
rəmsə
Düşbərə sevirəm,ancaq tək bükmək çətin gəlir))),2 nəfər olanda tez büküb,bişirmək olur.Birdəki mən tomat əvəzinə bir az sarıkök və ya zəfəran vururam.
27 may 2015 15:54
# 8
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
GünƏşimƏ_AiD_
Menim qaedashim ureyi gedir dushbere ucun.men evvel ustunde goyerti ile yeyeirdim amma indi yemirem bosh sevirem.
Evde edirem.arada bir vasnomnom anam edir dushbere.
Tshk
27 may 2015 15:45
# 7
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
vipbetul
xemir yemekleri xosluyuram no dushbere o qederde sevmirem
27 may 2015 15:03
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Xemir xoreklerin delisiyem en sevdiyim yemeklerden biride dusberedir.
27 may 2015 14:49
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Yemisem Seva qisda bisirir
27 may 2015 14:18
# 4
SVETA
Tomris Müslümova
xemir yemeklerini sevirem xengeli ise o yemeyin delisiyem..dusmeberinde qisda yemeyi xosluyuram ama xengel yay qis menim ucun ferqi yoxdu
27 may 2015 14:13
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Düşbərə sevdiyim yeməkdir ancaq çox nadirən hazırlayıram, bu resept də suyuna görə fərqlənir yəni tərkibinə tomat vurulub belə də düşünürəm pis olmaz, təşəkkür.
27 may 2015 14:09
# 2
SEVGI DENIZIM
COX SEVIREM BU YEMEYI
27 may 2015 14:08
# 1
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz