Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Borş şorbası resepti
Borş şorbası resepti
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 1299
Səs ver:
Tərkibi:
1 kq iri tikələrə bölünmüş sümüklü mal əti
5 xörək qaşığı kərə yağı və ya duru yağ
1 baş soğan
1 ədəd orta boy çuğundur (300 g)
2 ədəd yerkökü (300 g)
2 xörək qaşığı tomat
3-4 dəfnə yarpağı (rusca: lavroviy list)
1 ədəd orda boy kələm (700 g)
3 ədər kartof
2 stəkan xırda-xırda doğranmış cəfəri
zövgə görə duz
zövgə görə istiot

Hazırlanması:
1. İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın. Ət yumuşalanadək orta odda bişirin (ətin sərtliyindən asılı olaraq, ət 40 dəqiqəyə qədər bişə bilər). Ətin suyunu süzün ki, kəfdən təmizlənsin.  Ət suyunu və əti qazana geri qoyun.

2. Ətin  bişdiyi müddət ərzində digər ərzaqları hazırlayın. Soğanı xırda-xırda doğrayın. Çuğundur və yerkökünü sürtkəcin iri dişindən keçirin. Kələmi nazik-nazik doğrayın (təxminən 4 stəkan alınmalıdır). Kartofları soyun və iri-iri dilimləyin.

3. Tavada yağı qızdırın və soğanı bu yağda yumuşalanadək bişirin. Çuğundur və yerkökünü soğana əlavə edib, bərabər təxminən 10 dəqiqə ərzində, tərəvəzlər bir qədər yumuşalanadək bişirin. Sonra tomat, zövgə görə duz, istiot əlavə edib, təxminən 5 dəqiqə də bişirin.

4. Bişən tərəvəzləri və dəfnə yarpağını ət suyu olan qazana əlavə edin. QEYD: Ət bişdiyi müddətcə suyun bir qismi buxarlanacaq, odur ki, əldə etdiyiniz ət suyu azdırsa, qazana bir az su əlavə edin. Qazanda təxminən 12 stəkan maye olmalıdır). Qazanı qaynadın, sonra içinə kələm, kartof və cəfərini əlavə edib, orta odda təxminən 25 dəqiqə ərzində, və yaxud kələm və kartof yumuşalanadək bişirin.

5. Hazır borşu nimçələrə töküb süfrəyə verin. Borşun üstünə zövgə görə qatıq tökülüb yeyilir.

Nuş olsun!


Şərhlər: 14
Baxılıb: 1299
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
borwu beyenirem arada biwirire.twk
27 iyun 2016 16:43
# 14
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
xoslamiram
11 iyun 2015 19:47
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
gunka2000
sevmiremm
10 iyun 2015 15:33
# 12
Payiz behane idi belkede yarpaq agacdan bezmisdi
yasemin
Borş sevdiyim yemeklerdendir çox dadlı olur ama bilmirəm mama belə bişirirmi yoxsa yox… tşklər
7 iyun 2015 23:19
# 11
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
aliceWOnDer
borsu sevirem, bezen yeyirem
7 iyun 2015 21:24
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
emis
sulu yemekler sevenem teriflemek olmasin ozumde yaxsi bisirirem sulu yemekleri,qisda sulu yemek bisirende mamamin gozunun isigi oluram)) men borsu etnen sevmirem.hec evde heckim etnen sevmirem borsu.tesekkur.
7 iyun 2015 20:44
# 9
ALESSANDRA
borşu heç sevmirem( hetda nifret edirem..yenede tşk)
7 iyun 2015 18:48
# 8
Don't trust anyone ∆
Tomris Müslümova
sevirem borsu umumilikde sulu yemekleri tesekkurler
7 iyun 2015 16:30
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Antikvar
Borş sevənəm, dünən məndə hazırlamışdım.Cəfəridən başqa hər bir tərəvəzlərdən varıydı içində))tşk.
7 iyun 2015 15:13
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
En sevmediyim yemekdir hec vaxt yemirem
7 iyun 2015 15:12
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
bors dadli bisirilende sevirem.
7 iyun 2015 15:00
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Borş bişirenem qizlarda xoşlayir ancaq qişda bele havalarda yemirler.

Borş bişirenem qizlarda xoşlayir ancaq qişda bele havalarda yemirler.
7 iyun 2015 14:49
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Cimbom Nilay
Belə də.. 13
7 iyun 2015 14:08
# 2
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
Fialka
Borş sevənəm ancaq baxır necə hazırlanır ) resepti də bəyəndim çoxları bu reseptlə hazırlasa da bir neçə növləri var borşun ) təşəkkür.
7 iyun 2015 14:07
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz