Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maş şorbası resepti
Maş şorbası resepti
Göndərən: NoName
Şərhlər: 15
Baxılıb: 1856
Səs ver:
Tərkibi:
1 stəkan (230g) quru maş lobya, gecədən soyuq suya qoyulmuş
2 xörək qaşığı (30ml) ərinmiş kərə yağı
500g doğranmış sümüksüz qoyun və ya mal əti (sümüklü ətdən də istifadə edə bilərsiniz)
1 ədəd doğranmış orta boy baş soğan
2 xörək qaşığı tomat
8 stəkan su
zövqə görə duz
zövqə görə istiot
4 ədəd 2 və ya 4 yerə bölünmüş orta boy karfof
4 quru gavalı
1 xörək qaşığı quru nanə

Hazırlanması:
1. Maş lobyanı süzün və su doldurulmuş qazanda 15 dəqiqə ərzində qaynadın. Bu proses quru maşın tünd rənginin çıxması üçün edilir.  Maşı süzün və yuyun. Kənara qoyun.

2. Qazanda yağı qızdırın. Əti qazana əlavə edib yağda təxminən 15 dəqiqə qızardın. Arada qarışdırın.

3. Soğanı da qazana əlavə edib 5 dəqiqə və yaxud soğan yumuşalana qədər bişirin.

4. Tomatı əlavə edib 1 dəqiqə taxta qaşıqla qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot vurun. Süzdüyünüz maş lobyanı əlavə edib üstünə 8 stəkan su töküb, qaynadın.

5. Qaynayanda, odun altını azaldın. Qazanın qapağını örtün. Şorbanı vam odda təxminən 1 saat 15 dəqiqə ərzində və yaxud ət və maş lobya bişənə qədər  bişirin.

6. Kartof, quru gavalı, və quru nanəni də əlavə edib, kartof bişənə qədər bişirin. Bu şorba nə çox sulu, nə də çox qatı olmalıdır.

Nuş Olsun!


Şərhlər: 15
Baxılıb: 1856
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Beh beh olsa yeyerdimnyam
24 aprel 2016 20:07
# 15
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
krisa
Men xoslayiram bu sorbani.Biz buna lobya tursusu deyirik.
22 may 2015 22:09
# 14
emis
Yediyim və bəyəndiyim şorbadi, lobyani sevirəm. Təşəkkür.
22 may 2015 17:55
# 13
Dosta_inam
Mende bişirirem dadli olur,gavali evezine alça qurusu atiram,ele olur ki,qizlar hazirlamağa deyer mene göre dadli yemekdir.
22 may 2015 16:59
# 12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Catwoman666
oyy nyam nyammmm ne yeyeremmm) dadli isti sorbalari sevirem
22 may 2015 16:52
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
arzum-aysum
men gavalinin yerine quru alca atiram ve kişniş de dograyiram. cox dadli olur
22 may 2015 16:46
# 10
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Marta
Beyendim hazirlayacam tesekkur.
22 may 2015 15:59
# 9
Немного терпения, и у тебя все получится..
Niquw Abdulayeva
Sorbalari hec xoslamiram.
22 may 2015 15:38
# 8
vipbetul
menlik deyil
22 may 2015 15:13
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
cinqosh
Gorunusu qesengdi.beyendim.terkibindeki quru gavalini sevmedim sadece.eline sagliq.
22 may 2015 15:01
# 6
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
BARBI
Lobyali sorbalari cox sevirem terkibinde ancaq gavalini beyenmedim
22 may 2015 14:50
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Gavalını çıxsaq hazırlamaq olar, dadlı reseptə bənziyir bəyəndim.
22 may 2015 14:24
# 4
yarpaq33
Dadli gorsenir terkibide yaxwidi biwirecem
22 may 2015 14:06
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
WiRiN BaLaM
gözəl gorunur bele sorba sevirem
22 may 2015 14:02
# 2
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Tomris Müslümova
sevirem bele yemekleri terkibinide beyendim...
22 may 2015 14:01
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz