Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qatıqlı toyuq şorbası resepti
Qatıqlı toyuq şorbası resepti
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2945
Səs ver:
Tərkibi:
1 ədəd toyuq döş əti
3 xörək qaşığı Westgold kərə yağı
1 xörək qaşığı ağ un
4 xörək qaşığı yumru düyü
1 ədəd yumurta
3 xörək qaşığı qatıq
Duz və istiot
İstəyə görə toz-bibər (şirin qırmızı bibər tozu)

Hazırlanması:
Toyuq ətini 6 stəkan suda qaynadın. Bişdiyində sudan çıxardın (suyu ayrı qaba alın) və əlinizlə didin.
Qazanda 2 xörək qaşığı kərə yağı əridin. Əridikdə buraya 1 xörək qaşığı un əlavə edib tez-tez qarışdıraraq azacıq qızardın. Toyuq suyunu da əlavə edib qaynadın. Düyünü əlavə edib,  bişirin. Şorbanın suyu azdırsa, bir az qaynar su əlavə edin.
Düyü bişəndə, bir qabda yumurta və qatığı qarışdırın. Buraya isti toyuq suyundan bir az əlavə edib yenidən qarışdırın. Alınan qarışığı toyuq suyuna əlavə edib, dəyanmadan qarışdıraraq qaynadın.
Qaynayanda bişmiş  toyuq ətini əlavə edin. Kənara çəkin. Duz və istiot vurun.
Süfrəyə verməzdən əvvəl bir tavada 1 xörək qaşığı kərə yağını əridin. Yaxşı qızanda 2 çimdik qırmızı toz-bibər əlavə edib qarışdırın və oddan alın. Bu qarışığı şorbanın üstünə gəzdirin.

Nuş olsun!


Şərhlər:
Baxılıb: 2945
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz