Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakı düşbərəsi
Bakı düşbərəsi
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 2851
Səs ver:
Tərkibi:
300 qr. ət qiyməsi (mal əti ilə qoyun ətin qarışması daha ləzətlidir)
150 qr. çəkilmiş soğan
Duz, istiot
250-270 qr. un
1 yumurta
100 ml. su
1 çay qaşığı duz
1 dəstə keşniş
1 pomidor
1 sarımsaq
7-8 çay qaşığı sirkə

Hazırlanması:
Ət soğanla yaxşı qarışdırıılır, duz və istiot əlavə edilir, sonra xırda kəsilmiş goyərti də qatılır. Undan su, duz və yumurta ilə bərk olmayan xəmir yoğrulur. Xəmir bir qədər duzlu, elastik olmalıdır və ələ yapıshmamalıdır. Xəmir 150-180 gramlıq dörd kündəyə bölünür.Kündələr dəsmalın üstünə qoyulur və qurumamaq üçün selofanla örtülür. 5-10 dəqiqə kündələr qalır, "özlərinə gəlmək üçün”. Nazik yuxa alınanadək kündə oxlov ilə yayilir. Xəmiri yayarkən, oxlova yapışmamaq üçün un əlavə olunur.Yuxanın nazikliyi 1 mm-dək olmalıdır. Nə qədər nazikdirsə, o qədər yaxşıdır. Məndə kündədən təxminən 70 sm. diametrli yuxa alınır. Yayılmış xəmir kiçik kvadratlara – 1,5×1,5 sm kəsilir. Hər kvadratın içinə ət qiyməsi qoyulur.Sonra içi dolu hər kvadrat yarıdan bükülür və qıraqları yapışdırılır. Düzbucaqlı dördbucağın iki qırağı aşaği aparılıb birləşdirilir. Sanki ləçəkdə kiçicik bir baş alınır.Bu düşbərələr bir dəsmalla örtülmüş məcməyinin içinə yığılır. Qazanda zövqə uyğun dərəcədə duzlu su qaynadılır. 2 kündənin düşbərəsinə mən təxminən 1,5 l. su götürürəm. Xırdalanmış pomidor qaynayan suya tökülür. Pomidor 1-2 dəqiqə bişəndən sonra düşbırələri məcməyidən ovcunuza alıb, qazana tökün və qarışdırın.Bişənədək qazanın yanında duraraq vaxtaşırı qarışdırın. Duzluluğunu yoxlayıb, zövqünüzə uyğunlaşdırın. Düşbərələr təxminən 15 dəqiqə bişməlidir. Bir düşbərəni dadıb, ətin bişməsini yoxlayın, hazırdırsa qazanı plitədən götürün. Dərin kasaya kəsilmiş kişniş tökün və düşbərəni qazandan kasaya çəkin. Düşbərəni sirkə-sarımsaqla (xirdalanmış) süfrəyə verirlər.
 
Nuş olsun! 
 


Şərhlər:
Baxılıb: 2851
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz