Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tuxum-barak resepti - FOTO RESEPT
Tuxum-barak resepti - FOTO RESEPT
Göndərən: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 577
Səs ver:
Tuxum-barakı özbəkcədən tərcümə eləsən, "yumurta ilə yarpaq" (yarpaq xəngəl) alınar. Yəni bir tərəfdən baxanda varenikə də oxşayır. Amma iki fərqi var - birincisi, kvadrat forması, ikincisi də içi - adi yumurta. 
 
Tərkibi: 
un
su
duz
yumurt
göyərti (göy soğan və yaxud digər sevdiyiniz)
ədviyyat
duz
istiot
 
Hazırlanması: 
Un, su, duz və yumurtadan adi xəngəl xəmiri yoğurun. Sonra uzun oxlovla nazik yayın. 
Xəmiri oxlova dolayın. Sonra isə qarmon kimi üst-üstə qatlayın. 
Sonra bunu bərabər endə şəridlərə doğrayın. 
Şəridləri də üst-üstə qoyub dördbucaqlılar kəsin (ölçülərini elə ayarlayın ki, ikiyə qatlayanda kvadrat alınsın).
Adi qaydada yayılmış lavaşı bıçaqla da doğraya bilərsiniz, amma yuxarıda göstərilən üsul ən asanıdır. 
Dördkünc xəmir parçalarını isə iki yanaşı tərəfini arasını azacıq isladaraq birləşdirmək lazımdır, bir növ ağzıacıq zərf alınır. Amma tərəfləri yaxşı yapışdırmaq lazımdır ki, duru iç axıb tökülməsin. 
İç. Hər yumurtaya 1 x.q. bitki yağı və 1 x.q. süd götürün, duz-istiot da vurub çalın. İstədiyiniz göyərtini - ispanaqdan tutmuş göy soğanadək - xırda doğrayıb əlavə edə bilərsiniz.  Bir qədər də sarıkök əlavə edib qarışdırın. 
"Zərfləri" hazırladığınız müddətdə qazanda su qaynadın. Duz vurun. "Zərfləri" də, içi də ocağa yaxın qoyun. 
"Zərf"in içinə bir az iç tökün, barmağınızı yumurta qarışığına batıraraq kənarlarına çəkin və bir-birinə bitişdirin. 
Dərhal da qaynayan suya salın. Əvvəlcədən iç doldurub yanaşı düzmək, sonra qazana salmaq olmayacaq - iç kənarları açıb axıb gedəcək. Ona görə də cəld işləmək lazımdır. "Zərf" hazır olan kimi qaynayan suya salıb bişirin. Qaynar suya düşəndə isə axıb getməyi qeyri-mümkündür, çünki yumurta dərhal bişir. 
Bişdikdən sonra bir-birinə yapışmasın və daha dadlı olsun deyə süzüb boşqaba çəkdiyinizdə üzərinə əridilmiş kərə yağı gəzdirin, qızardılmış çörək ovuntuğu səpin. 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun!


Şərhlər: 5
Baxılıb: 577
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
16 may 2016 18:50
# 5
Totu
Tewekkürler beyendim
16 may 2016 15:48
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
yeyqin dadli olar
16 may 2016 12:29
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
krisa
Bunu tûrk verilisinde bir özbek qizi hazirlamisdir.bilirdim bu yemeyi.amma yumurtaya gore beyenmedim.
16 may 2016 11:55
# 2
BARBI
Beyendim terkibini. Cox lezzetli gorsenir. Mutleq hazirlayacam
16 may 2016 11:13
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz