Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pizza, Pizza - Isti Pizza!
Pizza, Pizza - Isti Pizza!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3847
Səs ver:

 

 

Aranızda heç pizza xoşlamayan var? Şəxsən mən pizza sevərlər dəstəsinə daxiləm. Amma hər pizzanı da xoşlamıram. Mənim üçün əsl pizza nazik xəmirli pizzadır, necə deyərlər, əsl İtalyan pizzası kimi. Pizzanın xəmiri yaxşı deyilsə, üzərinə nə qoyursan qoy, pizzanın dadı istədiyin kimi olmur ki, olmur.

İndiyənə kimi düzəltdiyim pizza xəmirlərindən ən çox  xoşuma gələniylə sizinlə bu gün paylaşacağam. Bu pizzanın üzərinə istədiyinizi qoya bilərsəniz, bir şərtlə ki, doldurmayasınız, çünki bu pizzanın xəmiri çox incədir, ağırlığa tab gətirməyə bilər.

Bloqçu dostum Mehin məndən səhər yeməklərinin reseptlərini yazmağı xahiş etmişdi, mən də ona söz vermişdim ki, bu yaxınlarda bir şey yazacağam. Yazdığım isə bugünkü pizzadır. Deyəcəksiniz ki, pizza hara, səhər yeməyi hara. Məsələ burasındadır ki, pizzanın xəmiriylə təkcə pizza deyil, başqa ləzzətli yeməklər də bişirmək olar. Məsəl üçün, əgər vaxtınız azdırsa, xəmiri soyuducudan çıxardıb üzərinə bir az holland pendiri qoyun və fırında 5 dəqıqə bişirin. Olacaq ləzzətli pendirli lavaş. Bu da sizə səhər yeməyi. Asan ve ləziz. Təxəyyül gücünüzdən istifadə edin:)

Hələlik isə, buyurun, isti pizzaya qonaq olun!


PIZZA


Xəmirin orijinal resepti Peter
Reinhartin "The Bread Baker’s Apprentice” kitabından götürülmüşdür.

Bu xəmirdən 6 pizza kündəsi  (diametri 23-30 sm) əldə edə bilərsiniz. Bir az qalın pizza istəyirsinizsə, xəmiri 5 kündəyə bölün.


Ərzaqlar:

4 stəkan yarım (607.5 q) ağ un
1 + dörtdə üç çay qaşığı  duz
1
çay qaşığı  toz maya
dörtdə bir
stəkan (60q) zeytun yağı və ya başqa duru yağ
1 + dörtdə üç
stəkan (420q və ya 420ml) soyuq su (4.5° C - buz kimi soyuq olmalıdır)
1
xörək qaşığı şəkər tozu


http://www.azcookbook.com/wp-content/uploads/2008/10/pizza-napoletana.jpg


BİRİNCİ GÜN

1. Bir qabda unu¸duzu və toz mayanı qarışdırın.

2. Üzərinə zeytun yağı, şəkər tozu və soyuq suyu əlavə edin. Ya iri taxta qaşıqla, ya da ki, mikserlə bir qədər yapışqan xəmir əldə edənə kimi qarışdırın. Sonra xəmiri təmiz taxta və ya masanın üzərinə qoyub  5-7 dəqiqə əlinizlə yoğurun. Alınan xəmir çox bərk olmamalı və ələ xoş gəlməlidir. Əgər xəmir çox suludursa, onda ona azacıq un əlavə edin və yenə yoğurun.  Yox əgər xəmir çox bərkdirsə, onda ona 1-2 çay qaşığı soyuq su əlavə edin və bir az da yoğurun. Hazır xəmir elastik olmalı və bir qədər ələ yapışmalıdır.

3. Xəmiri 6 eyni kündəyə ayırın. Hər kündəni bir az unlayıb yumrulayın. Kündələri hər tərəfinə bir az zeytun yağı sürtün və ayrı-ayrı selofana (yeyinti üçün nəzərdə tutulan, ingiliscə buna plastic wrap deyilir) bükün. Kündələri bir gecəlik soyuducuya  qoyun. Bu xəmir soyuducuda 3 gün ərzində qala bilər.

QEYD: Əgər xəmirin hamısını bir gündə istifadə etmək istəmirsinizsə, onda hər tərəfi yağlanmış kündələri selofana büküb dondurucuya qoyun. Burada xəmir 3 ay müddətində qala bilər. Pizzanı bişirməzdən biz gün əvvəl kündəni buzluqdan soyuducuya keçirin ki, donu açılsın.


İKİNCİ GÜN

4. Pizzanı bişirməyinizdən düz 2 saat əvvəl kündələri soyuducudan çıxardın. Taxta və ya masanı bir az unlayın. Əllərinizi xəfifcə unlayın və kündələrin üstünə basaraq onları yastıladın (qalınlığı 1.3 sm, diametri isə 12.7 sm olmalıdır). Kündələri bir az yağlayın və üzərlərini selofanla örtüb  2 saat müddətinə kənara qoyun.

5. İki saatdan sonra sobanı 260˚C-dək qızdırın.

6. Soba listini tərs çevirin və üstünə təxminən 2 xörək qaşığı un səpin. Kündəni yumruqlarınızın üzərinə yerləşdirib, xəmiri əks istiqamətlərə dartın ki, genişlənsin. Əsl pizza ustaları xəmiri havaya atıb sonra isə yumruqlarıyla tutub dartırlar ki, xəmir genişlənsin. Əgər "yumruqlu” metod sizə çətin görünürsə, onda xəmiri oxlov vasitəsilə açın.  Hazır xəmirin diametri 23-30 sm olmalıdır. Açılmış xəmiri çevrilmiş listin üstünə  qoyun.

7. İndi isə xəmirin uzərinə istədiyiniz ərzaqdan qoyun. Mənim metodum budur (şəkildə gördüyünüz)

lay 1:  4-5 qaşıq pomidor sousunu xəmirin üzərinə yayın (sousu hazırlamaq üçün ən asan üsullardan  biri: doğranmış pomidoru bir az yağda bişirin, sonra isə çəkin ki, püre kimi olsun. Zövqə gərə tavaya döyülmüş sarımsaq da əlavə etmək olar)

lay 2: dilimlənmiş sosis və yaxud kiçik tikələrə bölünmüş bişmiş toyuq əti - BU LAY olsa da olar, olmasa da. Vegetarian versiyası çox ləzzətli olur.

lay 3: yarım-ay şəklində doğranmış baş soğan

lay 4: dilimlənmiş göbələk

lay 5: uzunsov doğranmış yaşil Bolqar bibəri

lay 6: dənəsi çıxardılmış qara zeytun

lay 7: təxminən bir ovuc rəndələnmiş mozarella pendiri (Holland pendiri ilə əvəz etmək olar)

Şəkildə gördüyünüz kimi, ərzaqlardan az-az istifadə olunub, çünki xəmir incədir.

8.  Pizzanı qızdırılmiş sobada 5-8 dəqiqə ərzində bişirin. Qalan kündələri də hazırlayıb pizza bişirin. Nuş Olsun!

PS: Bu xəmirdən Lahmacun da bişirmək olar. Çox ləzzətli olur!


Şərhlər:
Baxılıb: 3847
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz