Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 1274
Səs ver:
Tərkibi:
Xəmir:

500 q un
15 q yaş maya (yaxud 5 q quru)
1 ç.q. duz
250-300 ml isti su
50 q ərinmiş kərə yağı
50 ml zeyğun yağı

İç:
300 q toyuq qiyməsi
2 orta boy soğan
2-3 diş sarımsaq
2-3 ç.q. qırmızı istiot (paprika)
2 ç.q. zirə
2 ç.q. keşniş toxumu
1 balaca dəstə keşniş (yaxud cəfəri)
zeytun yağı
duz
istiot

Hazırlanması:
250 ml isti suyu dərin ləyənə tökün, içində mayanı əridin. Sonra duz tökün, unu ələyin. Yumşaq, ələ yapışmayan xəmir yoğurun. Xəmiri 16-20 yerə bölün, kündələyin. Üstünə dəsmal sərin, isti yerdə 30-40 dəqiqə saxlayın. Bu müddətdə içi hazırlayın.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Soğanı iri kubik doğrayın, sarımsağı xırdalayın. Zeytun yağında soğanı qovurun, sarımsağı, həvəngdəstədə əzilmiş ədviyyatı əlavə edin. Qiyməni əlavə edin, çəngəllə əzin, qarışdırın. 5-7 dəqiqə bişirin, duz, istiot vurun, xırda doğranmış göyərti səpin. Ocaqdan götürün, soyudun.

İçi 8-10 hissəyə bölün (kündələrin sayının yarısı qədər).
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Sobanı 200 dərəcəyədək qızdırın. Bir kasada bitki və kərə yağını qarışdırın. Kündənin birini əlinizə götürün. Həmin yağa tamamilə batırın.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Taxtanın üstünə qoyun, əlinizlə, barmaqlarınızla çox nazik blinçik halına gəlincə yastılayın. Üstü quruyarsa, barmaqlarınızı yağa batırın.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Blinçikin ortasına iç qoyun.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Əvvəlcə xəmirin sol, sonra sağ tərəfini qatlayın. Barmaqlarınızı yağa batırın, xəmiri yağlayın.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Sonra alt və üst tərəfləri, qatlarda qalan havanı çıxarmaq şərtilə üstə qatlayın. Əlinizlə kökənin üstünə azca basın. "Tikiş"i alt tərəfdə olmaqla çevirin. Bir kənara qoyun.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Daha bir kündəni yağa batırın, əlinizlə yastılayıb blinçik kimi yayın. Birinci içli blinçiki götürüb bu blinçikin ortasına qoyun ("tikiş" aşağı olmaqla). Birinci dəfədə olduğu kimi qatlayın: sol, sağ, alt, üst.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Birinci rqaif hazırdır.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Qalan kündələrdən də belə üsulla rqaiflər hazırlayın.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Hazır kökələri yağlanmış tavaya "tikişi" üzü aşağı olmaqla düzün. Yağın qalanını kökələrin üzərinə çəkin. 5-7 dəqiqə saxlayın. Sonra azca əlinizlə yastılayın. Sobada 35-40 dəqiqə, üstü qızaranadək bişirin.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT

Nuş olsun!


Şərhlər: 10
Baxılıb: 1274
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
dadli olur...
5 mart 2016 00:02
# 10
gulka azeri
ufffff ne lezzet gorunur
4 mart 2016 23:14
# 9
vipbetul
qesengdi dadlio olar
4 mart 2016 19:43
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Bilincik cox xowlayiram
4 mart 2016 13:58
# 7
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Leylas
Sarimsagi cixsag mence dadli olar...
4 mart 2016 11:58
# 6
yarpaq33
Bunu rus bir qohumum hazirlamiwdi beyenmemiwdim xemiri cox olur
4 mart 2016 11:58
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Azəri_Ledi
mmm..indi olsaydı yeyərdim..))
4 mart 2016 10:39
# 4
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
tatyana
Beyendim ferqli birseydi,hazirlanma qaydasi cox maraqlidir,dadinada subhem yoxdu
4 mart 2016 10:16
# 3
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Leman-R
Adi qeribedi rqaif..amma lezzetli gorunur hemde asandi mutleq edecem cox sagolun.
4 mart 2016 10:00
# 2
BARBI
Cox beyendim. Blincikleri hedsiz xoslayiram. Bu reseptdi prob edecem
4 mart 2016 09:23
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz