Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yumşaq ispanaqlı börək resepti
Yumşaq ispanaqlı börək resepti
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 1522
Səs ver:
Tərkibi:
İspanaqlı içlik üçün:

5 xörək qaşığı zeytun yağı
1 baş soğan, soyulmuş və doğranmış (çox da xırda yox)
Təqribən 400 qram körpə ispanaq yarpaqları, yaxşıca yuyulmuş, qurudulmuş və iri doğranmış
Duz və istiot

Qatıqlı qarışıq üçün:
2 stəkan qatıq
3/4 stəkan zeytun yağı
1 yumurta + 1 yumurta ağı (sarısı üstünə çəkmək üçündür)

Qatlar üçün:
3 iri yufka (yuxa) (1 paketdə adətən 3-5 türk yufka yuxası olur, adi nazik yuxadan da istifadə bilərsiniz)

Üstü üçün:
1 yumrta sarısı
Çörəkotu, yaxud küncüt

Hazırlanması:
İçliyi hazırlayın: İri tavada zeytun yağını qızdırın. Soğan əlavə edib vaxtaşırı qarışdıraraq, rəngi dəyişməyə başlayanadək, təxminən 10 dəqiqə bişirin. İspanaq yarpaqlarını əlavə edin, təqribən 10 dəqiqə, vaxtaşırı qarışdıraraq bişirin. Suyu tamamilə buxarlanmalı, yalnız yağ qalmalı. Duz və istiot vurun. Odun üstündən götürüb kənara qoyun.
Qatıqlı məhlulu hazırlayın: Orta boylu dərin qabda qatıq qarışımı üçün olan bütün ərzaqları qarışdırın. Yaxşı qarışması üçün qarışığı yüngülcə çalın. Kənara qoyun.
Sobanı hazırlayın: Sobanı 200 dərəcəyədək qızdırın.
Börəyi düzəldin: 33 x 23 x 5 sm ölçülü qabı (mən Pyrex qabından istifadə edirəm) azca yağlayın. Birinci yufkanı qaba elə döşəyin ki, kənarları qabdan çıxsın (daha yaxşı olar ki, kənara çıxan tərəflərdən biri o birindən böyük olsun ki, axırda bütün börəyin üstünü tam örtsün). Üstünə bərabər qaydada 5-6 xörək qaşığı qatıqlı qarışıqdan qoyun və yayın. İkinci yufkadan qabın içinə tam yerləşəcək qədər iri bir tikə kəsin. Və onu kənarda saxlayın.
Yufkanın qalan hissəsini isə əlinizlə büzüşdürərək üstü qatıqla isladılmış birinci yufkanın üzərinə yayın. Yenə də üstünə bir neçə xörək qaşığı qatıq qarışımı qoyub yayın. İndi isə içliyi bərabər qaydada bu qatın üzərinə yayın. İçliyin üstündən bir az əvvəl kəsib saxladığınız iri yufka tikəsini elə yerləşdirin ki, içliyin üstünü tamamilə örtsün. Bu qatın da üzərinə bir az qatıq qarışımı sürtün.
Sonuncu yufkanı da əlinizlə büzüşdürüb bu qatın üzərinə döşəyin. Əlimizdə olan qatıq qarışımından bir neçə qaşıq (börəyin üstü üçün) saxlamaqla qalan hissəsini bu qatın üzərinə sürtün. Qabdan sallanan yufka kənarlarını börəyin üzərinə gətirin və üstünü tam örtəcək şəkildə döşəyin.
Börəyin üstü tamamlayın: Yumurta sarısını qalan qatıq qarışığına əlavə edib qarışdırın. Hazırladığınız yumurtalı qarışığı börəyin üzərinə sürtün. Üzərinə küncüt, yaxud çörəkotu səpin.
Börəyi bişirin: Sobanın orta gözündə üzəri qızılı rəng alana qədər, 35-40 dəqiqə bişirin. Sobadan çıxarıb təxminən 15 dəqiqəliyinə soyumaq üçün kənara qoyun. 15 kvadrat hissəyə bölün. Süfrəyə vermək üçün bir buludun, yaxud iri boşqabın içinə yığın. Bu börək süfrəyə bir az ilıq halda veriləndə daha dadlı olur, amma tam soyumuş halda da gözəldir.

Nuş olsun!


Şərhlər: 10
Baxılıb: 1522
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
etli boyrek xosluyuram
27 noyabr 2015 20:01
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Məndə göyərtilərlə börək hazırlayıram, dadlı olur.
27 noyabr 2015 13:50
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Happy
Hazırlamamışam amma yoldaşımın xalası hazırlıyı dadmışam. dadlı idi
27 noyabr 2015 12:14
# 8
Antikvar
Bir dəfə hazırlamışdım elədə bəyənmədim mən,amma resept fərqliydi,ola bilsin bu reseptlə dadlı börək əldə etmək olar)Tşk.
27 noyabr 2015 11:32
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Roza
Yeqin dadli olar. Hazirlayaram
27 noyabr 2015 10:16
# 6
....
naz_vefa
Men de hazirlayiram cox dadli olur amma ispanak dan hazirlamamiwam bawqa goyertilerden hazirlamiwam dadli olur
27 noyabr 2015 09:58
# 5
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
senay))
bir defe biwirmiwem çox leziz olur twk
27 noyabr 2015 09:34
# 4
coooooooxxx xosbextem
Grsu
HEC HAZIRLAMAMISAM.........
27 noyabr 2015 09:18
# 3
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
BARBI
Men de ispanaqli boreyi turk usulu ile hazirlayiram . Lezzetli olur. Basqa goyertilerden e istifade edirem.
27 noyabr 2015 09:14
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Yoxlamaga deyer ispanaq xeyirlidir hemde dadli
27 noyabr 2015 09:04
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz