Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lahmacun + ayran resepti - FOTO RESEPT
Lahmacun + ayran resepti - FOTO RESEPT
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 2045
Səs ver:
Tərkibi:
Xəmiri Üçün:

1 xörək qaşığı quru maya
1 çay qaşığı şəkər tozu
1 3/4 stəkan ilıq su
4 stəkan əla növ un
2 çay qaşığı duz

Üstü Üçün:
225 q çəkilmiş qoyun əti
1 ədəd kiçik soğan – xırda-xırda doğranmış (1/2 stəkan)
3 ədəd yetişmiş pomidor – qabığı soyulmuş, sıxılaraq dənəsi çıxarılmış və xırda-xırda doğranmış (1stəkan)
3/4 stəkan xırda-xırda doğranmış cəfəri
3 diş xırda-xırda doğranmış sarımsaq
1 xörək qaşığı acı qırmızı bibər tozu
2 çay qaşığı şirin qırmızı bibər tozu (paprika)
duz
4 xörək qaşığı soyuq su

Süfrəyə Vermək Üçün:
cəfəri
limon
ayran (resept aşağıda)

Hazırlanması:
Əvvəcə xəmiri hazırlayın. Bir qabda maya, şəkər və 1/2 stəkan ilıq suyu maya həll olana qədər qarışdırın. Qoyun isti yerdə 10 dəqiqə, üstü köpüklənənədək qalsın. 1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü sellofanla örtüb 30 qədiqəlik isti yerə qoyun ki, qarışıq gəlsin və süngər (qubka) kimi olsun. Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan 1 1/4stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın.
Xəmiri 10 dəqiqə ərzində yoğurun. Hazır xəmir elastik olmalı və ələ yapışmamalıdır. Xəmiri iri qaba qoyub üstünü dəsmalla örtün. 1 saatlıq isti yerə qoyun ki, xəmir gəlsin.
İçi hazırlayın. Bunun üçün içə ayrılan ərzaqları bir qaba qoyub, yaxşı qarışanadək yoğurun.
Sobanı 230Cdək qızdırın. İri dəyaz formanı tərs çevirin (şəkilə bax) və üstünü bir az unlayın. Kənara qoyun.
Gəlmiş xəmiri bir az un səpilmiş yerə qoyun və əlinizlə ona uzunsov şəkil verin. İti bıcaqla 8 hissəyə bölün. Hissələri kündələyib ovcunuzla üstlərinə basaraq, bir az yastıladın. Sonra isə bu kündələrin üstünü sellofan və ya dəsmalla örtüb, 20 dəqiqəlik isti yerə qoyun ki, dincəlsinlər.
Sonra isə kündələrin birini unlanmış yerdə 25 sm-lik çox nazik dairə əldə edənədək oxlovla açın və unlanmış formaya qoyun. Dairənin üstünə içdən yayın. Lahmacunu istinmiş sobada ət bişənədək, təxminən 7 dəqiqə bişirin. Bişən lahmacunu sobadan çıxardan kimi, kənarlarındakı xəmirə yağ sürtün (bu, kənarlarını yumuşaldacaq). Bir lahmacun bişənədək, digər kündələri də eyniylə açıb, içdən yayıb, bişirin. Lahmacunu isti-isti süfrəyə verin. Üstünə limon sıxıb, cəfəri qoyub yeyin. Süfrəyə ayran da verilir.
Bu da mənim ayran reseptim.

AYRAN
Tərkibi:

4 stəkan qatıq
4 stəkan soyuq su
duz

Hazırlanması:
Ərzaqları üstü köpüklənənədək çalın. Əgər qatığınız suludursa, suyun miqdarını az edin. Yox əgər çox qatıdırsa, onda suyu çoxaldın.

Lahmacun + ayran resepti - FOTO RESEPT

Lahmacun + ayran resepti - FOTO RESEPT

Lahmacun + ayran resepti - FOTO RESEPT

Lahmacun + ayran resepti - FOTO RESEPT

Lahmacun + ayran resepti - FOTO RESEPT

Lahmacun + ayran resepti - FOTO RESEPT

Lahmacun + ayran resepti - FOTO RESEPT

Nuş olsun!


Şərhlər: 19
Baxılıb: 2045
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
cox xoslayiram lahmacunu reseptle bisirmek olar tesekkurler
14 dekabr 2015 20:30
# 19
Dosta_inam
Bəh bəh olsada yesəm indi ac vaxtımda.
9 dekabr 2015 14:20
# 18
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Leylas
Lahmacun sevmirem ))
1 dekabr 2015 17:30
# 17
Belinda
Turk sayagi pizza))
1 dekabr 2015 00:45
# 16
Happy
Dayım yoldaşı hazırlayır və çox dadlı olur
1 dekabr 2015 00:08
# 15
vipbetul
turk lahmacunu cox sevirem
30 noyabr 2015 23:42
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
milano
Esl turk lahmacunun yeri var ☺
30 noyabr 2015 21:18
# 13
KRALİCEM
Ayyy tez-tez yediyimdi beyax yedim aciydim indide medem agridi
30 noyabr 2015 20:06
# 12
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Grsu
hamilevaxti istedim,amma olmadi... 29
30 noyabr 2015 18:32
# 11
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Laliçqaa
Namm cox sevirem lahmacunu
30 noyabr 2015 16:29
# 10
Lola_Maya_
Sevirəm lahmacunu acılı olduğu üçün.İnanmıram nə vaxtsa hazırlayım.Hazır almağa üstünlük verirəm.
30 noyabr 2015 14:00
# 9
duymecik
dadli görunur,ama hazirlanmasi vaxt aparir xirdaliqlari coxdu. Tsk
30 noyabr 2015 13:24
# 8
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
Seher
Hec sevmirem qoyun ətinin görə
30 noyabr 2015 10:56
# 7
1
evli.mutlu.cocuklu
lahmacunu cox sevirem ama hazirlaya bilmirem
30 noyabr 2015 10:47
# 6
yarpaq33
Lahmacunu xowlayiram ara sira hazirlayiram cox dadli olur
30 noyabr 2015 09:53
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Mmm cox sevdiyim turk yemeyidir. Lahmacunu mende hazirlayiram. Hazirlanmasi biraz cetindir
30 noyabr 2015 09:49
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Roza
Hec yememisem. Bisirib dadini baxaram
30 noyabr 2015 09:46
# 3
....
amaril
Tesekkurler.cox sevirem lahmacunu.
30 noyabr 2015 09:25
# 2
arzum-aysum
nyam səhər səhər bu neydi yaaa nyam ölürəm lahmacundan otru, resepti götürdüm təşəkkür
30 noyabr 2015 09:05
# 1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz