Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Narşərab-bal-potağal şirəli sobada qızardılmış ördək resepti
Narşərab-bal-potağal şirəli sobada qızardılmış ördək resepti
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 931
Səs ver:
Tərkibi:
2 kq yarım-3 kq bütöv ördək,
Xörək duzu və təzə döyülmüş qara istiot,

Ətin üzərinə çəkiləcək şirə üçün:
¼ fincan yüngül tamlı bal,
¼ fincan narşərab,
2 xörək qaşığı təzə sıxılmış portağal şirəsi (suyu),

Bəzəmək üçün:
1 portağal,1 limon – hər ikisini 8 hissəyə bölün.
Zövqə görə doğranmış cəfəri.

Hazırlanması:
Sobanı 150 dərəcə tempraturda qızdırın.
Ətin boğaz,pətənə,ürəyi çıxarılır, qarın boşluğu tamamilə təmizlənir.
Boğaz hissədə artıq qalan dəri bıçaqla kəsib atın. Təmizlənmiş ördəyi soyuq suda yuyun, həm iç,həm də bayır tərəfdən yaxşıca qurudun.
İti bıçaqla döş hissəsindəki dəri bütünlüklə paxlava naxışı kimi kəsin.
Elə etmək lazımdır ki, ət kəsilməsin.
Bıçağın ucu ilə dəri, xüsusi ilə də, yağlı hissələrdən deşin (bu bişərkən dərinin yağının süzülməsinə imkan yaradır).
Ətin içinə və bayırına duz,istiot vurun.
Ördəyin ayaqlarını mətbəx vişi (möhkəm ip) ilə birləşdirib bağlayın,qanadlar isə ördəyin arxasına qatlanır.

Qızardılması:
Ördəyi sinə hissəsi yuxarı olmaqla dərin tavaya (tava dəsti şəkildəki kimi olmalıdır ki,qızararkən yağ dəmir içlikdən altdakı tavanın içinə süzülsün) yerləşdirin.
Sobaya qoyub bir saat qızardın.
Sonra sobadan çıxardın. İti bıçaqla sinə üzərindəkı dəri və bud ətrafında yağlı hissələri deşin.
Ördəyi sinəsi üstə tavaya çevirərək qoyun.
1saatdan çox bu vəziyyətdə qızardın.
Lazım gələrsə tavaya toplanmış yağı qaşıqla yığın. Sonra ördəyi arxası üstə çevirin.
Yenə bıçaqla müxtəlif yerlərdən deşin.
Daha 1 saat qızardın.
Yenidən sobadan çıxardın.üzərini bıçaqla deşin və sinəsi üstdə tavaya qoyun. Ördək bütünlüklə bişənə və dəri altındakı yağ tam əriyənədək təxminən 1 saatdan artıq qızardın. ( Bütövlükdə ördək təxminən 4 saat qızardılmalıdır).

Şirənin hazırlanması:
Bal, narşərab, portağal şirəsini balaca qazana töküb qaynadın.
Vam odda qatılaşana və sirop halına düşənəcən,təxminən 5 dəqiqə bişirin.
Ördək bişdikdən sonra sobanın temperaturunu 205 dərəcəyə qaldırın. Ördəyin ön (sinə) hissəsi yuxarı vəziyyətdə olmaqla 10 dəqiqə qızardaraq bişirin.
Sonra üzərinə hazırlanmış şirədən bir qədər çəkin, dəri xırçıldayana və qızılı qəhvəyi rəng alanadək daha 5 dəqiqə sobada qızardın.
Bu zaman diqqət yetirmək lazımdır ki,ət qızararkən şirə yanmasın.
Sobadan çıxarıldıqdan sonra qızarmış ördəyi 10 dəqiqə bir kənara qoymaq lazımdır.

Meyvələrin bişirilməsi:
Ayrıca tavanı orta oddakı temperaturda qızdırın. Doğranmış portağal və limon dilimlərini şirənin artıq qalan hissəsinə batırın.
Onları tavaya qoyub hər iki üzünü karamel rəngi alanadək,təxminən 3dəqiqə, bişirin.
Süfrəyə vermək üçün hazır ördək qızartmasını böyük dayaz boşqaba qoyub ,ətrafını şirədə bişmiş portağal və limon, zövqə görə cəfəri ilə bəzəyin.

Nuş olsun!


Şərhlər:
Baxılıb: 931
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz