loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şöbiyet - türk paxlavası resepti
Şöbiyet - türk paxlavası resepti
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 2705
Səs ver:
Tərkibi:
Yuxa üçün:

1 kq un
3 ədəd yumurta
1 ç.q duz
1 ç.q limon suyu
25 q kərə yağı
1,5 st ilıq su

Yaymaq üçün:
200 q buğda nişastası

Şərbət üçün:
6 st şəkər tozu
3 st su
1/4 limon

Qaymaq üçün:
2 st süd
100 q mannı

İçlik üçün:
300 q fıstıq ləpəsi ya da qoz ləpəsi
Yağlamaq üçün: 500-600 q kərə yağı

Hazırlanması:
Bu ölçülərlə iki qab şobyet hazırlamaq olur. Fıstıq ləpəsini maşından keçiririk. Süd ilə mannı yarmasını qarışdırıb qatılaşana qədər bişiririk. Qoyuruq soyusun.Unu bir qaba ələyib urtasını açırıq. Ortasına yumurta, limon suyu, kərə yağı,(əridib ilıq olanda tökürük)və su töküb üstünə duzu səpirik. Qarışdırırıq və bərk xəmir yoğururuq. Xəmirin üstünə nəm dəsmal qoyub 20-30 dəqiqə saxlayırıq. Sonra xəmirdən 20 ədəd kündə düzəldirik. Yenidən kündələrin üstünü nəm dəsmalla örtüb 20-30 dəqiqə saxlayırıq.

Yağı əridirik.
Sonra oxlov vasitəsi ilə nişasta töküb nazik yuxa yayırıq. Bacardığınız qədər nazik açın.
Yuxaların 10 ədədini yayıb yağlayıb üst-üstə yığırıq. Qoğaldakı kimi.
Bıçaqla 7x7sm kvadraklar kəsirik.
Hər kvadratın ortasına 1 ç.q qaymaq və 1 ç.q fıstıq töküb qatlayırıq.
Bu qayda ilə hazırlayıb qabı yağlayıb yığırıq. Üç hissələri alta olmaqla yığmaq lazımdı. Bişdikdə ağzı aralanmasın.
Növbəti 10 ədəd kündəni də yayıb eyni qayda ilə hazırlayırıq.
Qalan yağı üstünə töküb 180-190 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.
Bişənə qədər şərbəti hazırlayırıq.
Şəkər tozu ilə suyu qarışdırıb ocağa qoyuruq. Qarışdırırıq, qaynamağa başlayanda limon dilimini əlavə edib 3-5 dəqiqə də qaynadıb götürürük.
Paxlava bişdikdə sobadan çıxarırıq.
İsti şərbəti sobadan çıxan isti paxlavanın üstünə tökürük. Üstünə çəkilmiş fıstıq tökürük.
Ən azı 2-3 saat qalmalıdır ki şərbəti özünə çəksin.
Şərbəti özünə çəkdikdən sonra paxlavanı çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Şərhlər:
Baxılıb: 2705
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz