Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pasta fagioli resepti
Pasta fagioli resepti
Göndərən: emis
Şərhlər: 11
Baxılıb: 1022
Səs ver:
Tərkibi:
3 x.q. bitki yağı
1 iri baş soğan
1 bolqar bibəri
4 dilim bekon (yaxud toyuq əti və ya yağsız kolbasa)
1 budaq rozmarin
2 budaq təzə kəklikotu
2 x.q. oreqano qurusu
3 diş sarımsa
duz
istiot
400 q öz suyunda pomidor konservi (1 banka)
230 q ağ lobya konservi (1 banka)
800 q toyuq bulyonu
100 q xırda makaron (istənilən formada)
30 q parmezan pendiri
4 x.q. doğranmış təzə cəfəri

Hazırlanması:
Qalın dibli qazanda yağı qızdırın, xırda doğranmış soğanı və rozmarinlə kəklikotu budaqlarını burada qovurun.
Xırda doğranmış sarımsaqla qırmızı bibəri də əlavə edin. 5 dəqiqə qovurun.
Rozmarinlə kəklikotu budaqlarını çıxarın. İstəyə görə bekon, yaxud toyuq ətini əlavə edin (tamamilə ətsiz də bişirə bilərsiniz).
Qarışdıraraq 5 dəqiqə qovurun, pomidorları əlavə edin, qaşıqla elə tavadaca xırdalaya bilərsiniz.
Vam odda 10 dəqiqə bişirəndən sonra bulyonu əlavə edin.
Qaynara düşəndən sonra oreqano qurusunu və suyu süzülmüş lobyanı əlavə edin (toyuq ətindən istifadə edəcəksinizsə, şorbanı daha çox qaynadın ki, ət tam bişsin, lobyanı sonra əlavə edin). 5 dəqiqə də bişirin.
Şorbadan bir çömçə (tərəvəzlə lobyanın qarışığını) götürüb blender və ya mikserdə xırdalayın, yenidən qazana tökün. Duz, istiot vurun. Şorba çox qatı alınırsa, azca su və ya bulyon tökün, makaronu əlavə edin.
Hərdən-bir qarışdıraraq 4-6 dəqiqə bişirin. Ocaqdan götürün. Cəfəri və parmezan pendiri əlavə edin. İsti-isti boşqablara çəkin. İstəyə görə boşqablara bir qədər də parmezan və zeytun yağı əlavə edə bilərsiniz.

Nuş olsun!


Şərhlər: 11
Baxılıb: 1022
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Tərkbindəkilərdən bir şey anlamadım)) Dadını merak edirəm.

...666...
18 avqust 2015 03:17
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
WiRiN BaLaM
bəyənmədim resept çox qarışıqdır içində çox ədviyyat var dadı heç yaxşı olmaz məncə ))
17 avqust 2015 21:10
# 10
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
ALESSANDRA
100% italyan metbexidi
mence yani 122
beyenmedim
17 avqust 2015 19:05
# 9
Don't trust anyone ∆
vipbetul
xosuma gelmedi
17 avqust 2015 16:33
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Icindeki inqridientler hamisi dadlidi yeqinki pis dadi olmaz qariwiq olsa bele
Qeyri adi yemekdi
17 avqust 2015 13:40
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
...AdaDunyam``
bunun icinde menden bawqa her wey var ki?!hihihbeyenmedim
17 avqust 2015 12:43
# 6
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
ayka
terkibini beyenmedim heqiqeten cox malzeme var dadi yeqin ki yaxwi olmaz amma yene de tewekkurler
17 avqust 2015 11:56
# 5
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Meleknur
Gornuwun beyendim amma terkibi cox qariwigdi
17 avqust 2015 11:04
# 4
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Narın Yağış
Tərkibi həddindən artıq qarışıqdır..dadını bilmədim necə olar.. kəklikotunu çayda sevsəmdə nəsə yeməklərdə istifadə olunmasını sevmirəm 24
17 avqust 2015 10:47
# 3
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Dosta_inam
Gorunusu yaxsidir, ancaq terkibi qarisiq geldi mene. Tesekkur.
17 avqust 2015 10:32
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Yemeyin terkibi cox qarisiqdir. Hec beyenmedim.
17 avqust 2015 09:09
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz