Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nasi Goreng plov resepti
Nasi Goreng plov resepti
Göndərən: cinqosh
Şərhlər: 11
Baxılıb: 1120
Səs ver:
İndoneziya mətbəxinə aid olan ‘Nasi Goreng' dilimizə tərcümədə ‘qızardılmış plov' deməkdir.İndoneziya mətbəxinin ən məşhur milli yeməklərindəndir. 2011-ci ildəCNN Internationalın internet üzərindən təşkil etdiyi bir anketdə dünyanın ən ləzzətli 50 yeməyi arasında ‘Nasi Goreng' 2-ci yerəlayiq görülmüşdür.

Bu plovun müxtəlif növləri hazırlanır: balıqlı, dana  ətli, toyuqlu, bananlı, yumurtalı, tərəvəzli və s. Amma plovun əsl ləzzəti istifadə edilən ədviyyat qarışığındadır.

"Nasi ədviyyatı”:
1 ç.q zəncəfil tozu
1 ç.q havlıcan ədviyyatı
1 deserti qaşığı keşniş
½ ç.q qırmızı bibər
1 ç.q sarımsaq tozu
½ ç.q sarıkök
½ ç.q kimyon

Tərkibi:
1,5- 2 stəkan düyü
2 kasa toyuğun döş əti
1 kasa doğranmış pırasa
½  kasa julyen doğranmış kök
1 kasa soya filizi
1 kasa jülyen doğranmış ağ kələm
1 baş soğan
1 ədəd qırmızı bibər
Duru yağ
Duz

Hazırlanması:
Düyü bol suda qaynadılaraq suyu süzülür və soyuması üçün bir kənara qoyulur.

Tavada quşbaşı doğranmış toyuq əti suyunu çəkənə qədər bişirilir, suyunu çəkdikdən sonra duru yağ və doğranmış bütün tərəvəzlər əlavə olunaraq qovrulur,

"Nasi ədviyyatı” 1 stəkan suyun içərisinə atılır, qarışdırılır və bişməkdə olan toyuq və tərəvəzlərin üzərində gəzdirilir, (Qeyd edək ki, hazır alınan nasi ədviyyatları kifayət qədər duzludur ,bu vəziyyətdə duz istifadə etməyə ehtiyac yoxdur)

Daha sonra bişirib soyutduğumuz düyülərdə əlavə olunaraq bir müddət yüksək atəşdə düyü yüngül qovrulana qədər bişirilir. Plovumuz hazırdır.

Nuş olsun!


Şərhlər: 11
Baxılıb: 1120
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Terkibi ferqlidir. Dadina baxmasam yaxsi ya da pis oldugunu deye bilmerem
15 may 2015 21:55
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
yarpaq33
Mence pis olmaz dadli gorunuwu var
15 may 2015 15:44
# 10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
SEVGI DENIZIM
menlik olmadi yenede twk
15 may 2015 15:34
# 9
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
vipbetul
bunun icinde ne deson tapmaq olar,xoslamadim
15 may 2015 13:44
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ILAHE_
Plovu cox sevirem. Amma bu plovdan birinci defedi ewidirem.
15 may 2015 11:42
# 7
Tomris Müslümova
cox qarisiqdi terkibi birinci defedi esitdim men bu haqda...tesekkurler :))
15 may 2015 11:40
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Antikvar
Tərkibi çox qarışıq olduğundan və sarımsaqlı ədviyyat olsa belə o yeməyi yeyə bilmərəm.Görünüşü xoş təsir bağışlasada hazırlamaq çətin gələcək.Təbii mənim üçün.Təşəkkürlər əziyyətə görə)
15 may 2015 11:16
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Nergız33
Edviyyatlarında bezilerin indi eşidirem. Cox qarışıqdı aş hara kelem , prasa hara . Öz aşlarımızı cox sevirem.
15 may 2015 10:54
# 4
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Fialka
Plov sevənəm ancaq bu resept çox qarışıqdı, bəyənmədim, yenədə təşəkkür.
15 may 2015 09:28
# 3
emis
Edviyyatlardan bir iki dənəsini bilmədim nədi, aş sevirəm ama bu çox qarışıqdı mən asi eləcə qaynatma sevirəm yağsız, qarasiz. .
15 may 2015 09:26
# 2
BARBI
Terkibini beyenmedim cox qarisiqdi. Bele qarisiq yemekleri yeye bilmirem.
15 may 2015 09:17
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz