Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Meymun çörəyi resepti
Meymun çörəyi resepti
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 869
Səs ver:
Bu çörəyin niyə belə adlandırılması dəqiq bəlli deyil. Populyar izahlardan biri belədir ki, görünüşcə baobabın meyvəsinə oxşayır. Bu meyvəni də meymunlar çox sevirlər, hətta bu səbəbdən ağaca da elə "meymun ağacı" deyilir. Başqa variant: bu çörəyi meymunlar kimi, iri parçalar qopararaq yemək lazımdır, ona görə də belə adlanır.

İlk dəfə bu resept ötən əsrin 50-ci illərində Amerikanın qadın jurnallarında yayılıb. Müxtəlif variantları var. Orijinalda bu çörək şirindir: şəkər tozu və darçınla hazırlanır. Bizim təqdim etdiyimiz reseptdə isə sarımsaq və pendir var. Odur ki, duzlu bəyənməyənlər darçınla şəkəri seçsinlər.

Tərkibi:
Xəmir:

350 q un
250 ml su
1 x.q. şəkər tozu
1 ç.q. duz
1,5 ç.q. quru maya

İç:
70 q (1/3 paçka) kərə yağı
3-4 diş sarımsaq (az və ya çox ola bilər, zövqə görə)
1/3 ç.q. duz
100 q pendir

Hazırlanması:
Bu çörək üçün ortası deşik olan formalardan istifadə olunur.

İlıqdan bir az isti suda mayanı əridin, duz, şəkər tozu, un əlavə edib xəmir yoğurun. İsti yerə qoyub üstünü dəsmalla örtün.

Xəmir gələndə, 30-40 dəqiqə sonra, içi hazırlayın.

Yağı əridin, duz və əzilmiş sarımsaq əlavə edin. Pendiri sürtgəcin xırda gözündən keçirin.

Xəmirdən qoz boyda kündələr tutun.

Hər birini yağa batırın, çalışın, sarımsaq parçaları da ona yapışsın.

Kündələri formanın içinə bir lay düzün. Üstünə sürtgəcdən keçirilmiş pendir səpin.

Kündələrin qalanını da eyni qayda ilə düzün (göstərilən ərzaqdan 3 lay alınır, aralarına pendir səpin).

Forma dolandan sonra üstünə pendir səpin, isti yerdə 30 dəqiqə saxlayın. Sonra 180 dərəcə qızdırılmış sobaya qoyun. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. Çörək təxminən 35-40 dəqiqəyə bişir.

Əgər görsəniz ki, pendir yanmağa başlayır, amma xəmir hələ bişməyib, üzərinə folqa çəkin, hazır olandan 5 dəqiqə əvvəl isə folqanı çıxarın ki, qızarsın.

Şəbəkənin üstündə soyudun. Dağılsa, qorxusu yoxdur, dadı dağılmayacaq.

Süfrəyə isti və ya soyuq verə bilərsiniz.

Nuş olsun!


Şərhlər: 10
Baxılıb: 869
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ichliysiz yemek olar
11 mart 2015 16:22
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lili)
meymun yaziq bilirmiki corek nedi adinida qoyublar terkibi asandi hazirlamaq olar
24 fevral 2015 09:26
# 9
sona
Adi qeribedi. Terkibi yaxwidi beyendim
20 fevral 2015 13:32
# 8
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
qanadli melek
Hec ewitmemiwdim
20 fevral 2015 12:38
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
AYKA-ISI
maraqli reseptdi ilk defedi ewidirem
20 fevral 2015 12:29
# 6
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Qlamurr
Adı maraqlıdı,tərkibi də sadədi, hazırlamaq olar...
20 fevral 2015 12:21
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
Meymun çörəyi neydi maraqliydi
20 fevral 2015 11:47
# 4
Rusi
maraqi adi var meymunn 122
20 fevral 2015 09:45
# 3
Fialka
Maraqlı adı var tərkibini bəyəndim
20 fevral 2015 09:45
# 2
BARBI
Cox maraqli adi var hec esitmemisdim
20 fevral 2015 09:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz