Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Baba qanuş resepti
Baba qanuş resepti
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 1225
Səs ver:
Tərkibi:
8 orta boylu badımcan
2 xörək qaşığı tahin (küncüt pastası/əzməsi)
2 xörək qaşığı zeytun yağı
2-3 diş sarımsaq, sarımsaq əzəndən keçirilmiş
4 xörək qaşığı təzə limon suyu
2 xörək qaşığı qatıq
Duz
Zeytun yağı, üstünə tökməyə
İncə doğranmış cəfəri, üstünə səpməyə
Sumaq, üstünə səpməyə (istəsəniz)

Hazırlanması:
Əvvəlcə badımcanları közdə, yaxud açıq atəşdə bişirin. Bunun üçün əlinizdəki imkanlardan asılı olaraq bir neçə üsul var. Məqsəd badımcanların qabığını közləndirmək, mətini isə yumşaltmaqdır. Bu işi həll edəndən sonra badımcaları soyumaq üçün kənara qoyun.

1. Odun qrilində (tövsiyyə olunan üsuldur, ən yaxşı dad məhz belə əldə edilir): Odunu yandırın və alovun dilləri itənə, yerində yanan köz qalana qədər gözləyin. Badımcanları közüm içinə basdırın və burada 15 dəqiqə bişirin. Siz həm də badımcanları şişə çəkib şişləri közün üzərinə yerləşdirə bilərsiniz. Bu halda siz şişləri vaxtaşırı çevirməlisiniz ki, badımcanların hər tərəfi közlənsin.

2. Qaz sobasında (bu da yaxşıdır; bu halda da köz dadını əldə edəcəksiniz). Badımcanları qaz sobanızda birbaşa açıq alovun dilləri üzərinə yerləşdirin. Onları vaxtaşırı maşa iləgötürərək çevirin ki, hər tərəfi közərsin. (Mənim sobam elektrik sobasıdır, ona görə mən badımcanları birbaşa qızdırılmış plitənin üzərinə qoyuram və orta istilikdə təxminən 10 dəqiqə bişirirəm. u zaman onları vaxtaşırı çevirirəm ki, hər tərəfi közlənsin. Bu halda da köz dadı alınır.)

3. Sobanın içində (duxovkada) (ən az tövsiyyə olunan üsul; köz ətri çox az olur): Badımcanları listin üzərinə yerləşdirin və 205 dərəcə selsiyə qədər qızdırılmış sobada qabıqlar közlənənə, badımcanlar yumşalana qədər, təqribən 25 dəqiqə bişirin.

Badımcanlar bir az soyuyandan sonra onların qabığını tam soyun. İndi isə tumlara fikir verin – əgər onlar çox tünd rənglidirsə və çoxdursa onları ehtiyatla çıxarıb kənara qoyun (atmayın! Bir az duz səpib ləzzətlə yeyin!) Əgər tumları azdırsa və rəngi açıqdırsa qoyun qalsın. Badımcanların qulplarını kəsin.
Daha sonra təmizlənmiş badımcanları bir dərin qaba yığıb çəngəllə əzin. Heç vaxt blenderdə qarışdırmayın! Badımcanlar bir az diri qalmalıdır.
Tahin, zeytun yağı, sarımsaq, limon suyu və adi qatıq əlavə edin. Zövqə görə duz vurun. Yaxşıca qarışdırın. Hazır əzməni qaşıqla boşqaba qoyun. Üzərinə bir az zeytun yağı gəzdirin və cəfəri səpin. Əgər istəsəniz sumaq da səpə bilərsiniz. Süfrəyə çörək, yaxud qızardılmış pita ilə verə bilərsiniz.

Nuş olsun!


Şərhlər: 9
Baxılıb: 1225
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
xosuma gelmedi
11 mart 2015 16:25
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lili)
ne qeribe adi var bu yemeyin terkibini beyendim
19 fevral 2015 09:48
# 8
emis
Badımcan xoşlamıram Təşəkkür edirəm
18 fevral 2015 16:36
# 7
Ayselina
Turk metbexne aiddir sehv etmiremse..telebe vaxti qizlar yurdunda qalirdim.en sevimli yemeyim idi..cox lezzetlidir..
18 fevral 2015 14:46
# 6
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
qanadli melek
Adini birinci defedi ewidirem
18 fevral 2015 13:56
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Maraqlı resepti biraz da qarışıq bəyənmədim
18 fevral 2015 12:27
# 4
Qlamurr
Nəsə bəyənmədim,ancaq hazırlanması manqal salatı kimidi.
18 fevral 2015 10:59
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Neyse terkibi cox qarisiqdi menlik olmadi
18 fevral 2015 10:01
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
sona
Turk verliwindevgormuwdum bu yemeyi ama nese terkibi acmadi meni twk
18 fevral 2015 09:18
# 1
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz