Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çili şorbası resepti
Çili şorbası resepti
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1018
Səs ver:
Tərkibi:
400 q qiymə
600 q lobya
2 pomidor
1 ədəd bolqar bibəri
1-2 ədəd çili istiotu
2-3 ədəd soğan
5-6 diş sarımsaq
400 ml ət suyu (bulyon)
2-3 x.q. tomat pastası
1 ç.q. üyüdülmiş zirə və razyana
sürtgəcdən keçirilmiş pendir - zövqə görə

Hazırlanması:
Soğanı, bibəri və çili istiotunu doğrayın. Lobyanı qaynadın, aşsüzənə töküb suyunu süzün. Pomidorların üstünə qaynar su töküb 1 dəqiqə saxlayın, qabığını soyun. Soğan, bibər və sarımsağı qızardın. Bunlar hazır olana yaxın çili istiotunu əlavə edin.
Qiyməni 3-5 dəqiqə, qarışdıra-qarışdıra qovurun. Hazır olana yaxın cirə və razyana əlavə edin.

Bir az iri qazana həm qiyməni, həm də qızartdığınız tərəvəzləri qoyun, kubik doğranmış pomidorları, tomat pastası və ət suyunu əlavə edin. Qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndən sonra ocağı çox azaldın, vam odda 25-30 dəqiqə bişirin. Sonra bişmiş lobyanı əlavə edib daha 5 dəqiqə bişirin.
Süfrəyə verərkən boşqabın dibinə sürtgəcdən keçirilmiş pendir səpin, sonra isə şorbanı tökün. Yanında üzərinə yağ çəkilərək sürtgəcdən keçirilmiş sarımsaq səpilmiş ağ çörək dilimləri verə bilərsiniz.

Nuş olsun!


Şərhlər:
Baxılıb: 1018
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz