loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müxtəlif dondurmalar
Müxtəlif dondurmalar
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 2028
Səs ver:
Bananlı Dondurma

Tərkibi:

Yarım su stəkanı soyuq su
150 qr toz şəkər
200 qr banan
1 ədəd limon suyu
1 qədəh rom (Şərab,Çaxır)

Hazırlanması:

Bananları qabıqlarını soyub süzgəcdən keçirin.
Ayrı bir yerdə şəkəri soyuq suda əridin. Ardından hazırladığınız banan əzməsini qatıb qarışdırın.
Banan əzməsini qarışdırarkən limon suyunu damladaraq əlavə edin.
Limon suyu bitincə romu (çaxır) da damladaraq qatın.
Qarışıq hazır olunca bir qaba boşaldın və orta soyuqluqdakı buzluğa yerləşdirin. 2 saatda bir çıxardıb qarışdırın.
Dondurma keyfiyyətini tapınca buzluğun dərəcəsini ən sona yüksəldin və 1 saat daha gözlədin.
1 saat sonra Buzluqdan çıxardıb banan dilimləriylə bəzəyərək servis edin.

Portağallı dondurma

Tərkibi:

5 ədəd portağal
1 ədəd limon
1,5 su stəkanı toz şəkər
3 su stəkanı su

Hazırlanma qaydası:

Qazana şəkər və suyu əlavə edib 5 dəqiqə qaynadın, sonra ocaqdan alın.
Limon və portağalların suyunu möhkəmcə sıxın.
Sirop soyuyunca içinə portağal və limon suyunu əlavə edib qarışdırın ardından qarışığı süzgəcdən keçirin.
Siropu dondurma badəsini boşaldın və buzluğa yerləşdirin.
Dondurmanı 2 saatda bir çıxardıb qarışdırın.
Dondurma qatılığına gəlincə buzluğun dərəcəsini ən sona yüksəldib 1 saat daha gözlədin.
Hazır olunca dondurma badələrinə qoyub portağal dilimləriylə bəzəyərək servis edin.

Vanilli dondurma resepti

Tərkibi: 4 Nəfərlik

4 ədəd yumurta
2,5 su stəkanı süd
1 su stəkanı pudra şəkəri
Yarım paket vanil

Hazırlanması:

Yumurtalarla pudra şəkərini mikserlə 60 saniyə çırpın.
Ardından süd və vanilyanı qatıb 60 saniyə daha çırpın.
Qarışımı porselen bir qaba qoyun və çırpmağa ara vermədən su hamamı üsuluyla isidin.
Krem isindikdən sonra sudan çıxardıb soyumağa alın.
Krem soyuyunca bir qaba qoyub orta soyuqluqdakı buzluğa götürün və 2 saatda bir çıxardıb qarışdırın.
Dondurma qatılığına gəldikdə buzluğun dərəcəsini ən sona Yüksəldin və 1 saat daha gözlədin.
Bu müddətin sonunda Buzluqdan çıxardıb dondurmanı servis edin. Nuş olsun.
Kremi istilədərkən qaynamamasına diqqət edin.

Şərhlər:
Baxılıb: 2028
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz