Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toyuq Çığırtması - Foto Resept
Toyuq Çığırtması - Foto Resept
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3164
Səs ver:


Çığırtma sözü Azərbaycan mətbəxinə yad deyil. O qədər çığırtma növümüz var ki. İspanaq Çığırtması, Pomidor Çığırtması, Kartof Çığırtması, Badımcan Çığırtması, Qiyma Çığırtma və sairə.  Bu yeməkləri birləşdirən odur ki, hamısının üzərinə ən axırda çırpılmış yumurta tökülüb bişirilir.  Toyuq Çığırtması belə yeməklərdən biridir. Çox ləzzətli olur. Bu yeməyin bişirmə üsulu şəhərdən şəhərə, rayondan rayona, hətta ailədən ailəyə bir az da olsa dəyişir. Mənim üsulum isə burda gördüyünüzdür. Toyuq əti bişdikdən sonra mən onu bir müddət pomidor və soğanla vam odda bişirirəm ki, dadlar bir birinə qarışsın və pomidorlu sous yumşalsın. Yumurtanın sayını isə çox eləmirəm.  Yeməyə limon turşusu əlavə edir. Məncə ləzzətli olar. Gərək bir gün onun da metodundan istifadə edim. Eşitdiyimə görə Səlyan rayonunda da toyuq çığırtmasını limon suyuyla bişirirlər. Bəs siz bu yeməyi necə bişirirsiniz? Maraqlıdır.


TOYUQ ÇIĞIRTMASI

4-6 porsiya üçün nəzərdə tutulub


Ərzaqlar

3 xörək qaşığı bitki yağı
2 xörək qaşığı kərə yağı
1 iri baş yarım-halqalara doğranmış soğan
1 kilo tikələrə bölünmüş toyuq əti (mən sümüksüz bud ətindən istifadə edirəm.Təxminən 10 tikə olmalıdır)
1 çay qaşığı duz
1/4 çay qaşığı istiot
4 xırda doğranmış iri yetişmiş pomidor
3 yüngülvari çalınmış yumurta
zövqə görə doğranmış keşniş

QEYD1: Əgər pomidorlarınız yaxşı yetişmiş ve sulu deyilsə, onda yarım stəkan qaynar suda 1 xörək qaşığı tomat yumuşaldın və pomidorlarla bərabər yeməyə əlavə edin.

QEYD 2: Bu yemək sobada bişirilib birbaşa süfrəyə də verilə bilər. Bunun üçün yumurtanı əlavə etməzdən əvvəl yeməyi soba qabına boşaldıb üzərinə yumurta əlavə edib 200C dərəcəlık sobada yumurta bərkiyənə qədər bişirin. Sonra Çığırtmanı elə o qabdaca süfrəyə verin.

1. Tavada 2 xörək qaşığı bitki yağı qızdırın və soğanı əlavə edib təxminən 10 dəqiqə qızardın. Qızarmış soğanı ayrı qaba boşaldıb,  qabı kənara qoyun.

2. Qalan bitki yağını və kərə yağını soğanı qızartdığınız tavada qızdırın. Qeyd: Ərinmiş yağdan istifadə edirsinizsə, onda bitki və kərə yağının yerinə 3 xörək qaşığı  ərinmiş yağ istifadə edin. Yağa toyuq tikələrini əlavə edib hər iki tərəfini yaxşıca qızardın.

3. Toyuğa duz və istiot vurun. Üztünə qızarmış soğanı,  doğranmış pomidoru da əlavə edin. Tavanın qapağını örtün və yeməyi arada qarışdıraraq orda odda təxminən 25 dəqiqə ərzində toyuq əti yumuşalana qədər bişirin.

4. Çalınmış yumurtaları toyuğun üzərinə tökün. Tavanın qapağını örtün və yeməyi yumurta bir az bərkiyənə kimi (təxminən 5-7 dəqiqə çəkir) bişirin. Bu müddət ərzində tavanı qarışdırmayın! Toyuq Çığırtmasını süfrəyə verməzdən əvvəl üstünə zövqə görə doğranmış keşniş səpin. Çörək və ya plovla yeyin. NUŞ OLSUN!



Müəllif: Fəridənin Yemək Kitabı



Şərhlər:
Baxılıb: 3164
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz