Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bulqur kroket (Türk mətbəxi)
Bulqur kroket (Türk mətbəxi)
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 4960
Səs ver:
Kroketlər üçün:

2 stəkan incə bulqur (Türkcə buna köftelik bulqur deyirlər). Yarım stəkan mannı (mannı yoxdursa undan istifadə edin, amma mannı daha məsləhətlidir)
2 stəkan qaynar su (bulqur və mannını islatmaq üçün)
Yarım kilo çəkilmiş mal əti
1 stəkan xırda-xırda doğranmış qoz
1 ədəd orta baş soğan - rəndələnmiş
1 ədəd yumurta
1 xörək qaşığı tomat məti (tomat pastası) və yaxud şirin qırmızı bibər məti (və ya ikisinin qarışığı)
1 çay qaşığı duz
Zövqə görə istiot
Zövqə görə zirə - toz halına gətirin (zəruri deyil)
1 stəkan duru yağ - qızartmaq üçün

Pomidor sousu üçün:

2 ədəd yetişmiş pomidor (əgər pomidor çox sulu deyilsə, onda sousa bir az tomat məti də əlavə etmək olar) - qabığını soyub əzin (püre edin)
2 xörək qaşığı zeytun yağı
2 diş sarımsaq - əzin
1 çay qaşığı quru nanə və ya reyhan
Zövqə görə düz və istiot
1 stəkan xırda doğranmış qoz

Əvvəlcə kroketləri hazırlayın. Bunun üçün bulqur və mannını bir qaba qoyun. Üstünə qaynar suyu töküb, üstünü qabla örtün. Qoyun kənarda 10-15 dəqiqə qalsın. Bu müddət ərzində bulqur suyun hamısını canına çəkəcək və yumuşalacaq. Ət, qoz, soğan, yumurta, bibər və ya tomat məti, duz-istiot və zirəni bulqura əlavə edib yaxşıca yoğurun, təxminən 5 dəqiqə. Alınan kütlənin 10 dəqiqəliyinə soyuducuya qoyun.
Sousu hazırlayın. Bunun üçün qozdan başqa bütün ərzaqları balaca qazana qoyub, orta odda təxminən 5 dəqiqə ərzində bişirin. Kənara çəkib qozu əlavə edin və qarışdırın.

İndi isə kroketləri bişirin. Soyuducudakı kütlədən yumurta boyda əlinizə alib, sıxıb yumrulayın, sonra isə lülə şəkli verin. Lülələri yağda qızardın (kotlet qızartdığınız kimi). Od çox yüksək olmasın, yoxsa kroketlərin içi çiy qalar, istündəki bulqurlar isə qızarıb bərkiyər. İstəsəniz, qızarmış kroketləri kağız dəsmalın üstünə qoyub yağını süzdürün. Kroketləri pomidor sousulya süfrəyə verin.

Müəllif: Veten


Şərhlər:
Baxılıb: 4960
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz