Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səbzəli pizza
Səbzəli pizza
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 4274
Səs ver:

Vəsaitlər:

xəmiri üçün
8 yemək qaşığı ilıq su
1, 5 su stəkanı un
1 çay qaşığı toz şəkər
Yarım çay qaşığı duz
1 çay qaşığı yaş maya
Sousu üçün:
1 ədəd pomidor
2 yarpaq təzə fesleyen
Yarım diş sarımsaq
Damaq tadınıza görə duz, qara bibər
Üzəri üçün:
1 su stəkanı qaynadılmış göy noxud
Yarım su stəkanı qaynadılmış dənə misir
1 şirin qaşığı quru nanə
Hazırlanması:
Yaş mayanı bir yemək qaşığı ilıq suyun içində əridin. Yoğurma qabına un, duz və şəkəri alıb ortasını hovuz kimi açın. Yeddi yemək qaşığı ilıq su və əridilmiş yaş mayanı əlavə edin. Bütün vəsaitlər həll olana qədər yaxşıca yoğurun. Xəmirin üzərinə nəmli bir bez örtüb soyuducuda bir saat gözlədin.
Sousunu hazırlamaq üçün sarımsaq və pomidorun qabığını soyub rəndələyin. Fesleyen incəcik doğrayıp duz və qarabibərlə birlikdə pomidora əlavə edib qarışdırın. Pizza xəmiri şkafdan çıxarıb orta qalınlıqda mərdanə ilə açın.
Yumru açdığınız pizza xəmiri yağlanmış soba nimçəsinə diqqətlə tökün. Üzərinə pomidorlu sousu çəkin. Əvvəldən isidilmiş 180 dərəcə sobada təxminən 20 dəqiqə bişirin.
Pizza nimçəsini sobadan çıxarın. Yaşıl noxud, qarğıdalı və quru nanəni pzzanın üzərinə səpin.Holland pendirindən kub şəklində doğrayıb pizzanın üzərini örtün. Qara zeytunu  əlavə edin.Təkrar sobaya qoyub pendir əriyənə qədər bişirin. Bişən pizzanı sobadan çıxarıb yüngül soyuduqdan sonra dilimləyin.




Şərhlər:
Baxılıb: 4274
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz