Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Darçınlı quru lobya
Darçınlı quru lobya
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3473
Səs ver:

Darçınlı quru lobya

Türkiyə mətbəxinə zeytunyağlı yemək mədəniyyəti yunanlardan keçib. Zeytunyağlı yeməklər Egey dənizi və Ağ dəniz bölgəsində yaşayan türk insanının süfrəsində başda gəlir. Ləzzəti ilə damaqlarda dadı qalan zeytunyağlı yeməkləri siz də sevəcəksiniz.

Sizlərlə paylaşdığım ilk zeytunyağlı tərifi – darçınlı quru lobya yeməyidir.

6 nəfərlik Bişmə müddəti 30 dəqiqə

İçindəkilər:
  • 2 stəkan iri ölçülü quru lobya
  • 3 ədəd orta ölçülü quru soğan
  • 1 stəkan zeytun yağı
  • 6 diş sarımsaq
  • 1 çay qaşığı tomat
  • 1 ədəd orta ölçülü kartof
  • 1 ədəd orta ölçülü yerkökü
  • 8 ədəd kəsməşəkər
  • 5 stəkan isti su
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı darçın
  • 1 dəfnə yarpağı
Hazırlanması:

Axşamdan bol soyuq suyla isladıb yumşaltdığmız quru lobyanı ertəsi gün yuyub süzün. Digər tərəfdə, zeytun yağını orta ölçülü dəmir bir qazana qoyun. Üzərinə incə kub-kub, yemək üçün doğradığınız soğanları və ikiyə böldüyünüz sarım-saqları əlavə etdikdən sonra qazanı orta dərəcədəki ocağın üzərinə qoyun.

Taxta qaşıqla dayanmadan 2-3 dəqiqə soğan və sarımsaqları qovurun. Yerkökünü soyub ortadan ikiyə bölün və yarım ay şəklində doğrayın. Yerkökü və tomatı qovrulan soğanların üzərinə əlavə edin. Kartofu soyub bütün olaraq qazana qoyun. Süzdüyünüz quru lobyanı da əlavə edib 2-3 dəqiqə daha qovurun. Dəfnə yarpağını qazana əlavə edin. Üzərinə 5 stəkan isti su töküb kəsmə şəkər, duz və darçını səpib qarışdırın. Orta dərəcəli ocaqda qazanın qapağı açıq şəkildə yemək qaynayana qədər bişirin.

Yemək qaynamağa başlayan kimi ocağın altmı xeyli zəiflədin (vam od). Bu şəkildə -25-30 dəqiqə lobyalar yumşalana qədər bişirin və ocaqdan alın. Soyuduqdan sonra içindəki kartofu alın. Üzərini cəfəri ilə bəzəyib servis edin.



Şərhlər:
Baxılıb: 3473
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz