Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evdə öz pizzanızı özünüz edin
Evdə öz pizzanızı özünüz edin
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6035
Səs ver:

Evdə öz pizzanızı özünüz edin

Vəsaitlər:
Tikə pizza xəmiri üçün:
175 qr un,
10 qr yaş maya,
3 qəhvə fincanı ilıq su,
5 qr duz,
2.5 qr şəkər tozu.
Pomidor sous üçün:
5 pomidor,
1 soğan,
2 diş sarımsaq,
60 qr tomat pastası,
3 şorba qaşığı zeytun yağı.
Üzəri üçün:
100 qr rəndələnilmiş mozzarella pendiri,
1 toyuq döş əti,
20 yaşıl zeytun,
1 çay stəkanı konserv qarğıdalı
100 qr göbələk,
1 şorba qaşığı acı sous.
Hazırlanması:
Bir qabda ilıq su, maya, duz və şəkəri qarışdırıb qabarıncaya qədər 15-20 dəqiqə gözlədin. Unu xəmir yoğurma qabına alıb ortasını hovuz kimi açın. Mayalı suyu əlavə edin. Üzərini nəmli bir bezlə örtüb mayalanması üçün 30 dəqiqə gözlədin. Mayalanan xəmiri təkrar yoğurun və 4 bərabər parçaya ayırın. Xəmirləri  20 sm diametrində açın.
Pizza sousu üçün; soğan və sarımsaqları soyub doğrayın. Pomidorları rəndələyin. Zeytunyağını bir tavada istilədin. Soğan və sarımsaqları əlavə edib qovurun. Rəndələnilmiş pomidorları əlavə edib 5 dəqiqə bişirin. Tamat əlavə edib 5 dəqiqə daha bişirin. Pizza sousunu soyumağa buraxın. Toyuq ətini qaynadıb süzün və kub -  kub doğrayın. Yağlanmış soba nimçəsinə xəmirləri yerləşdirib üzərinə mozzarella pendiri səpin. Göbələkləri təmizləyib incə doğrayın. Zeytunu dilimlənin. Toyuq əti, yaşıl zeytun, qarğıdalı, göbələk və acı sousu bir qabda qarışdırıb pizzanın üzünü bəzəyin. Əvvəldən isidilmiş 200 dərəcəyə nizamlı sobada 8-10 dəqiqə bişirin. Dilimləyib xidmət edin.
Redakte etdi: PRETTY GIRL


Şərhlər:
Baxılıb: 6035
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz