Qadınlar.biz
Dünya mətbəxi
18 oktyabr 2012
138022
10

Pizza resepti - FOTO RESEPT

Pizza resepti - FOTO RESEPT

Xəmir:

3 st.un ( Mən 5 st.əlavə etdim)

1 ç.q duz

1 ç.q şəkər tozu

3 - 4 damla limon suyu

1 ədəd yumurta

1 st.qatıq

1 ç.q droj

1 st.ilıq su


Sous:

1 ədəd pomidor

1 diş sarımsaq

1 ədəd bibər

1 st. su

duz və istiot

 

 

Üzərinə:

1 ədəd qırmızı və 1 ədəd yaşıl bibər

6 ədəd sosiska

1 st. rəndələnmiş holland pendiri.

 

 

Hazırlanması:

Əvvəl xəmiri hazırlayırıq.Dərin qaba unu əlavə edib  qabın ortasinda boş yer ayirib yumurta, duz, limon suyunu, şəkər tozunu və qatiqla birgə həll etdiyimiz droju əlavə edib əlimizlə yumurta həll olanadək qarışdırır sonra ilıq suyla xəmiri yoğururuq. Ələ qarışmamalıdır xəmir.

Pizza resepti - FOTO RESEPT

Sonra sousun ərzaqlarını doğrayıb ədvaları  və suyu əlavə edib qazın üzərində qaynadırıq.

Pizza resepti - FOTO RESEPT

Xəmiri nimçəyə yayıb sousu əlavə edib sonra üzərinə gedəcək ərzaqları üzərinə düzürük. Ən üstə rəndələnmiş pendiri əlavə edib əvvəlcədən isidilmiş 180 dərəcədə 15 dəqiqə bişiririk.

Pizza resepti - FOTO RESEPT

Budur pizza hazırdı

Pizza resepti - FOTO RESEPT

P.S. Bu resepti bilənlər deye biler axı tam ferqli idi bu resept amma mən bu cür hazırlayıram və çox dadlı olur:)))

 

Şərh yaz
Şərhlər