Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Göbələk bu formada çox dadlıdır
Göbələk bu formada çox dadlıdır
Göndərən: QaDiNLaR BiZ
Şərhlər:
Baxılıb: 9340
Səs ver:

Göbələk bu formada çox dadlıdır

İÇİ DOLDURULMUŞ GÖBƏLƏK

20 ədəd üçün

Ərzaqlar

20 ədəd iri ağ göbələk ( təxminən 700 g)

1 ədəd iri və ya 2 ədəd orta boy badımcan

4 xörək qaşığı zeytun yağı

1/2 stəkan xırda-xırda (bir az diri qalsın) doğranmış qoz ləpəsi

1/2 stəkan cəfəri, keşniş və şüyüd qarışığı

zövgə görə duz zövgə görə istiot

Holland pendiri

1. Göbələkləri islak dəsmal və ya salfetkayla təmizləyin. Papaqlarını ayaqlarından ayırın. Ayaqlarını xırda kub şəklində doğrayın. 2. Badımcanın qabığını soyub, kub şəklində doğrayın (1.3 cm). Badımcanın acısını çıxartmaq üçün, onu aşsüzənə yığın və üstünə təxminən 1 xörək qaşığı duz səpin. Üstünə ağırlıq (qapaq və ya qab) qoyun və qoyun 15 dəqiqə müddətində kənarda qalsın. Sonra badımcanları yuyun, yaxşıca süzün ve əlinizlə bir az sıxın. Qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın. 3. Tavada zeytun yağını qızdırın. Badımcan kublarını əlavə edib arada qarışdıra-qarışdıra hər tərəfini qızardın. Sonra buraya doğradığınız göbələk saplağını əlavə edin və təxminən 3 dəqiqə ərzində, və yaxud göbələklər bir az yumuşalanadək bişirin. Oddan götürün və bir qaba boşaldın. 4. Sobanı 180Cdək istidin. 5. Badımcan olan qaba doğranmış qoz və göyərtini əlavə edin. Zövgə görə duz və istiot vurun. Əzmədən qarışdırın. 6. Göbələyin papaqlarını soba listinə yerləşdirin. Düzəltdiyiniz qarışığla içlərini doldurun. Üstünə bol-bol rəndələnmiş Holland pendiri səpin. Sobanın orta rəfində təxminən 20 dəqiqə ərzində, və ya göbələklər bir qədər yumuşalana və pendir əriyənə kimi bişirin.

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 9340
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz