Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda RƏZALƏT: 53 yaşlı kişi əmisi qızının bakirəliyini pozdu və əmi ...
Bakıda RƏZALƏT: 53 yaşlı kişi əmisi qızının bakirəliyini pozdu və əmi ...
Göndərən: Nigar
Şərhlər: 3
Baxılıb: 1372
Səs ver:
Əmisi oğlunu öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Əlisamit Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əlisamit Zeynalovun əmisi oğlu Hacıəli Dostməmmədov 5 sentyabr 2014-cü ildə həbsdən azad edilib. O, yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə gəlib. Elə qətl hadisəsi də həmin qəsəbədə baş verib, özü də qısqanclıq zəminində.

Hacıəli Dostməmmədov həbsxanaya yolu düşməmişdən iki il əvvəl Əlisamit Zeynalovun evində yaşayıb. Bu müddət ərzində o, Əlisamit Zeynalovun qızı Samirə ilə cinsi əlaqədə olub.
Sonradan Hacıəli həbsxanaya düşüb. Həbsxanadan çıxandan sonra Hacıəli Dostməmmədov Əlisamit Zeynalovun qızı Samirə və həyat yoldaşı Laləyə hədə-qorxu gəlib.

Hədə-qorxu gəlməkdə məqsədi əmisi qızının onunla birgə yaşamasına razılıq verməsi olub. Samirə isə Hacıəli ilə birgə yaşamaqdan imtina edib. Hacıəlinin hədə-qorxusundan bezən ana bu barədə əri Əlisamit Zeynalova danışıb. O, ərinə deyib ki, əmisi oğlu Hacıəli həbsxana düşməmişdən iki il əvvəl qızı ilə cinsi əlaqədə olub, onun bakirəliyini pozub. Qadın həmçinin ərinə çatdırıb ki, Hacıəli qızları ilə yenidən yaşamaq istəyir, bu niyyətini həyata keçirmək üçün onlara hədə-qorxular gəlir.

Əlisamit Zeynalov qızı ilə cinsi əlaqədə olmasını və sonradan ailəsinə hədə-qorxu gəlməsini biləndən sonra əmisi oğlunu öldürmək qərarına gəlib.
Əlisamit Zeynalov sentyabrın 23-də, saat 04 radələrində, yaşadığı evdən məişət təyinatlı qıymakeş-dəhrəni götürüb Hacıəli Dostməmmədovun yaşadığı evə gəlib.

Evə daxil olan Əlisamit əmisi oğlunun yatdığını görüb. O, Hacıəli Dostməmmədou yuxudan oyadıb və dəhrə ilə ona çoxsaylı zərbələr vurub. Hacıəli Dostməmmədov aldığı zərbələrin təsirindən hadisə yerində ölüb.
Əlisamit Zeynalov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlisamit Zeynalov 15 il müddətinə azadlıqdan məhrum edilib./teleqraf.com/


Şərhlər: 3
Baxılıb: 1372
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Bawa duwmedim nese
30 noyabr 2016 19:28
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
be indi niye deyib vaxtinda niye dememishiymis bunlar nege ailedirler
30 noyabr 2016 15:09
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
duymecik
Ananinda boyun yere soxum qizinda. Iki il evvel niye dinmirdiler,indi ayildilar yuxudan. O nece zorlamadiki ana ölmuw gedib polise demiyib iki il evvel. Özude bir nece defe elaqede olublar. Bularin firildagini Allah bilir.
30 noyabr 2016 12:32
# 1
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz