Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
VANQANIN ÖLÜM ANINDAKI ŞOK SÖZLƏRİ: – “Onlar necə də çoxdurlar. Necə də dəhşətlidirlər”
VANQANIN ÖLÜM ANINDAKI ŞOK SÖZLƏRİ: – “Onlar necə də çoxdurlar. Necə də dəhşətlidirlər”
Göndərən: Nigar
Şərhlər: 4
Baxılıb: 2273
Səs ver:

1911-ci ildə Makedoniya ərazisində anadan olan bolqar əsilli görücü Vanqanın gələcəklə bağlı proqnozlarından bu gün də danışılır. Onun öngörülərinin 80 faizinin doğru çıxdığı söylənilir. Bu proqnozların arasında II Dünya Müharibəsi, İndira Qandinin ölümü, Hitlerin məğlubiyyət və ölümü, Obamanın hakimiyyətə gəlməsi, Berlin divarlarının aradan götürülməsi, Putinin hakimiyyətə gəlməsi və s. faktlar var.
Kor kahin kimi tanınan Vanqa dünyanın yaşadığımız ildən sonrakı durumu haqqında da sensasiyalı proqnozlar səsləndirib. Onların arasında, Çinin əsas iqtisadi gücə çevriləcəyi, Avropanın tamamilə kasıblayacağı, iqtisadi böhranla üz-üzə qalacağı, ABŞ-ın təbii fəlakətlərlə üz-üzə duracağı, insan genində ciddi və inqilabi dəyişimlərin olacağı kimi söyləntilər var. Vanqa bəşəriyyət tarixində az qala bütün insanların maraq dairəsində olan Qiyamət günü haqqında da proqnozlar irəli sürüb. Qiyamət günü haqqında danışarkən artıq ömrünün son günlərini yaşayırdı.
Kor Vanqa 1996-cı ildə döş xərçəngi səbəbindən dünyasını dəyişir. Ölüm anında son sözlərini deyərkən yenə qiyamət gününü unutmur və bütün insanlara çağırış edir. O, öz çağırışında ölüm gününü bildiyini, hansı şəraitdə öləcəyinin əvvəlcədən ona məlum olduğunu da qeyd edib:
Kor Vanqanın ölən zaman yanındakı insanlara dediyi son sözləri təqdim edirik:
"Öldükdən sonra insanın vücudu çürüyür. Bədəndən bir parça qalır ki, o heç vaxt çürümür. Bu ya ruhdur, ya da adını bilmədiyim bir şeydir. İnsandan geriyə yalnız o qalır. Çürümür, daha da böyüyür. Daha üst mərtəbələrə, daha uca məqamlara doğru gedir. Bu məqamlar ruhun sonsuzluğudur. Bir-birinizdən nifrət etməyin, bir –birinizi sevin!
Siz gecələr sükut içində yatarkən mən daim Göylərin səsini dinləyərdim. Göy üzündəki zənglərin eyni ahənglə çalındığını və bütün canlıların bu ahəngə, ritmə necə tabe olduğunu eşidərdim. Həmin gecələrin sonunda çiçəklərin nə zaman açacağını, xoruzların haçan banlayacağını da bilirdim. Əgər hər gördüyümü sizlərə anlada bilsəydim….
Kainatın bildiyim, amma, sizlərə söyləyə bilmədiyim sirləri… Onlar necə də çoxdurlar. Necə də dəhşətlidirlər… Məndəki sirlər bir səddi, bəndi yıxacaq qədər çoxalıb, artıb. Artıq həmin bəndin divarları sökülür. Tanrı yardımçınız olsun”.


Şərhlər: 4
Baxılıb: 2273
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Tanrim her birimize komek olsun insallah
29 noyabr 2016 15:19
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Allah hamiya komek olsun
29 noyabr 2016 14:30
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
evli.mutlu.cocuklu
Xəbərə görə tşk
29 noyabr 2016 14:28
# 2
Onun_Mələyi
Maraqli fakktdir...bes cox ve dehweyli olan nedir goresen?
29 noyabr 2016 14:12
# 1
Bir duam var,səndən amin gözləyirdua09123
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz