Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vahid Mustafayevdən açıqlama: "ANS açılacaq..."
Vahid Mustafayevdən açıqlama:
Göndərən: Nigar
Şərhlər: 3
Baxılıb: 881
Səs ver:
"ANS-in məsələsi beynəlxalq səviyyədə həll olunmaqdadır"

ANS ÇM Teleradio yayım şirkətinin 25 yaşı tamam olur. ANS Şirkətlər qrupunun Prezidenti Vahid Mustafayev BBC-ə müsahibəsində kanalın bağlanması səbəblərindən, Azərbaycanda media azadlığından və gələcəyə ümidlərindən danışıb. Onunla müsahibəni BBC Azərbaycanca müxbiri Elçin Süleymanov aparıb.

- ANS-i nə üçün bağladılar?

- Bu, düzünü desəm, bizim özümüz üçün də müəmma olaraq qalıb. Baxmayaraq ki, artıq bir neçə məhkəmələrdən keçmişik və bununla əlaqəli məşğul oluruq. Dövlət və rəsmi mövqeyi siz yəqin ki bilirsiniz, onu təkrarlamaq istəmirəm. Amma bizim tərəfimizdən isə biz heç bir yerli - Azərbaycan və yaxud beynəlxalq qanunları pozmamışıq və bugün çalışırıq ki, bunu bütün mövcud olan qanuni yollarla sübut edək. Proses davam edir, bu, balaca bir proses deyil. Tək Azərbaycanda baş verən proses deyil, bu demək olar ki, Türkiyədə, ümumiyyətlə, regionda baş verən prosesdir. Biz də qəfildən onun bir hissəsi olmuşuq. Lakin biz ümidvarıq ki, əvvəl-axır bu məsələ yaxın zamanlarda həll olunacaq. Biz də, ANS olaraq həmişəki kimi üzüaçıq və başımız dik öz tamaşaçılarımızın qarşısına çıxacağıq və öz fəalliyyətimizi davam etdirəcəyik, inşallah.

- Siz qlobal prosesləri qeyd etdiniz və dediniz ki, region da onun parçası olub - konkret olaraq kimi günahkar görürsünüz - müxbirinizi, Fethullah Güleni, yoxsa Azərbaycan hökümətini? Sizcə ANS-ın bağlanmasının arxasında kim, yaxud hansı səbəblər durur?

- Mən belə başa düşürəm ki bu məsələdə bizi günahkar hesab edirlər. Məsələ belədir ki, biz 25 ildir ki, Azərbaycan xalqı ilə bir yerdə respublikamızın, bizim vətənimizin çiçəklənməsini və müstəqil ölkə olmasını istəmişik. Bu yolda yəqin ki bizim də balaca bir zəhmətimiz var. Bunu bugün məhz bizim müstəqil respublikamızın qanunları çərçivəsində biz inanırıq ki, bu məsələ bizim üçün pozitiv bir açmacasını tapacaq və bunun nəticəsində biz öz fəaliyyətimizi davam etdirəcəyik. O ki qaldı, bilirsiniz, bu məsələ indi Türkiyədə də gündəmdədir. Azərbaycanda da, hətta mən bilirəm ki, Orta Asiya ölkələrinin bəzilərində də bu məsələlər gedir. Bu nöqteyi nəzərdən bunu regional- böyük bir məsələ hesab edirəm. Lakin biz sadəcə olaraq öz jurnalist vəzifəmizi yerinə yetirirdik.

Bir daha qeyd etmək istəyirəm ki, Fethullah Gülenin press-konfransında iştirak edən bizim müxbirimizin heç bir materialı və həmin materialın anonsu efirimizdə getməmişdi. Biz onu heç efirimizə verməmişik və anons da etməmişik. Bu əlaqəli araşdırmalar davam edir. Nəzərinizə çatdırmaq istəyirəm ki, nə mən, nə Seyfulla, nə Mirşahin - digər təsisçilər, nə də ANS-in əməkdaşları bu gün hansısa cinayət işinin içində deyillər. Bizdən sadəcə olaraq izahatlar alıblar və biz çalışırıq ki, özümüzün media fəaliyyəti ilə məşğul olaq, davam edək. Hansısa bir işlər görürük, milli animasiya studiosunda animasiyalar yaradırıq, qarabağ müharibəsi haqqında yeni bədii film işləyirik, yəni işlərimiz var, çoxdur. Sözsüz ki hər şeydən əvvəl gözləyirik ki, inşallah, bizim məsələmiz pozitiv çözüləcək və biz yenidən efirə qayıdacağıq.

- Yəni ANS-in yenidən açılacağına ümidiniz var?

- Sözsüz ki.. sözsüz ki.. bizim də ümidimiz var, bütün Azərbaycan xalqının ümidi var və mən ümidvaram ki, dövlətdə də bizim açılmağımızı istəyirlər. Bilirsiniz ki, ANS bir neçə dəfə bağlanıb, açılıb. Və sonuncu dəfə 2016-cı ildə olmuşdu və onda cənab prezident İlham Əliyev bu işə müdaxilə etdi və bizi açdılar və biz yenidən qayıtdıq, ona təşəkkür etdik. Bugün bu məsələ daha qlobal olduğundan belə lokal şəkildə, mən belə düşünürəm ki, bunu həll etmək olmur. Ona görə də bu, bir növ regional, beynəlxalq səviyyədə həll olunmaqdadır və mən də düşünürəm ki, yaxın zamanda biz bunu istəyirik və biz buna çalışırıq ki, bunu edək. Müsbət nəsə bir şey olacaqdır.

- Vahid, siz indi dediniz ki, dövlətdə də ANS-in açılmasını istəyirlər və vaxtilə dediniz, o məsələyə prezident tərəfindən müdadilə olunub sizin xeyrinizə. Siz Azərbaycan prezidenti İlham Əliyevi hər zaman İlin Adamı elan etmisiniz. Buna əsaslanaraq demək olar ki, hakimiyyətə kifayət qədər loyal möqvedə olmusunuz. Bəziləri sizi hətta bu addıma görə, qınayıblar. Bax, indi siz hakimiyyətdən, prezidentdən umduğunuz dəstəyi alırsınızmı?

- Bilirsiniz, mən bu məsələni siyasiləşdirmək istəməzdim. Azərbaycan da bu il müstəqilliyinin öz 25 illiyini təntənəli şəkildə qeyd etdi və biz hamımız xalq olaraq çalışmışıq ki bizim müstəqil ölkəmiz olsun, müstəqil qanunlarımız olsun, heç bir imperiyanın tərkibi olmayaq, heç bir kölə şəklində fəaliyyət göstərməyək. Bu gün, sözsüz ki, bizim müstəqil ölkəmiz var, bizim müstəqil dövlətimiz var və onun prezidenti və nazirlikləri və digər qurumları. Bugün, mən təkrar etmək istəyirəm ki, bu ölkə Azərbaycana məxsusdur, bu ölkə azərbaycanlılara məxsusdur.

Sözsüz ki, mən öz ölkəm haqqında heç bir pis deyə bilmərəm, ən azı ona görə ki mən bunun uğrunda vuruşmuşam, qan tökmüşəm və mən vətənimi sevirəm və ömrümün axırına qədər də ona qulluq edəcəyəm. O ki qaldı "İlin adamları" və s. və i. Hər bir ilin adamı seçiləndə bu, böyük bir komissiya tərəfindən seçilən hadisə olub və mən şəxsən deyə bilərəm ki, hər bir nominant həmin ilə görə doğurdan da layiqli nominant olub. Ona görə bir çox adam səs verib və özüm də şəxsən bu məsələlərdə iştirak etmişəm. Düşünmürəm ki, belə məsələlər sosial şəbəkələrdə hansısa bir neqativ ifadələr, təsvir yarada bilsin. Biz öz fəaliyyətimizi 25 il xalqın qarşısında, bütün dünya qarşısında aparmışıq, şərəflə işləmişik, çalışmışıq, bütün Qarabağ müharibəsi, müasir Azərbaycan video antalogiyasını biz çəkmişik və biz bununla fəxr edirik və bugün mənə desələr ki, bu həyatı yaşasan nəyi dəyişərsən, mən heç bir şeyi dəyişmərəm. Mən yenə güllə altında, öz vətənim uğrunda, onun müstəqilliyi uğrunda işləməyə hazıram. İnşallah bu imkanı da bizə Azərbaycan verəcək. Biz çalışacağıq və bundan sonra da biz öz xalqımıza, vətənimizə qulluq edəcəyik.

- Bir çoxları ANS-in bağlanmasına təəssüfləndi və bunu media azadlığına basqı hesab etdi. Sizcə Azərbaycanda indi media azadlığı varmı?

-Bu məsələ ilə əlaqəli mən hansısa nəsə sıradan kənar bir şey demək fikrində deyiləm. Mətbuatın azadlığına gəldikdə, mən özümüzün haqqında danışa bilərəm. ANS var idi və tam şəkildə müstəqil işləyirdi. Bizim heç bir tərəfdən nə qadağalarımız var idi, nə də senzuramız. Bu da balaca bir qurum deyildi- bu televiziya idi, bu radio idi, bu informasiya agentliyi idi, bu internet portalları idi. Bu gün ANS-in fəaliyyətdə olmadığına baxmayaraq, bilirsiniz ki ANS-in lisenziyası alınıb - mən özümüzün indiki fəaliyyəti barədə sözsüz ki, heç bir şey deyə bilmərəm, bu fəaliyyət sadəcə olaraq dayandırılıb. Amma biz fəaliyyət göstərəndə bizim heç bir məhdudiyyətlərimiz yox idi. Elə bizim bağlanmağımız da onu göstərir ki, biz tamamilə müstəqil şəkildə fəaliyyət göstərirdik, belə deyək, senzura altında deyildik. Belə bir şey olsaydı yəqin ki bizi bağlamazdılar. Mən sadəcə olaraq özümüz haqqında danışa bilərəm. Bilirsiniz, mən hansısa mövcud media qurumların haqqını tapdamaq istəmirəm və onlar haqqında nəsə deyəmə fikirləşirəm ki haqqım çatmır. Amma özümüz haqda mən sizə dediklərimin üzərində dayanıram. Biz ANS olaraq həmişə müstəqil işləmişik, heç vaxt da başımızın üstündə nə senzura olub, nə kimlərsə bizə hansısa işləri görməyə əmr edib və sairə.

- ANS-in bağlanması qərarı ilə bağlı bundan sonra hansı addımları atmaq fikrindəsiniz? Avropa Məhkəməsinə müraciət edəcəksinizmi?

-Bayaq dediyim kimi, bizim 25 il Azərbaycan xalqının uğrunda vuruşduğu müstəqil ölkəmiz var, və bu müstəqil ölkəmiz bizim fəxrimizdir. Bu ölkəmiz uğrunda bizim çoxlu qardaşlarımız, dostlarımız həlak olub. Biz özümüzün də bədənimizi tikə-tikədir, yara-yaradır. Mən düşünürəm ki, Azərbaycan Respublikasının qanunları çərçivəsində biz hər şeyi edirik ki, biz bu məsələdən, olaylardan üzüaçıq və başı dik çıxaq. Necə ki inşallah belə şey olacaq. Ona görə ki biz 25 il Azərbaycan xalqına qulluq etmişik, indi də qulluq edirik, bundan sonra da qulluq etməyə hazırıq, amma biz heç vaxt öz vətənimizi, öz dövlətimizi bir növ düşmən və yaxud hansısa cəbhələrdə tək qoymaq fikrində deyilik.

Məsələn yadınızdadırsa, aprel hadisələri zamanı Ermənistan tərəfindən Azərbaycan torpaqlarına böyük bir hücum olmuşdu. Bu zaman da baxmayaraq ki, bizim 20-22 yaşımız yoxdur, amma biz yenə də ANS-in təmsilçiləri olaraq, atıldıq cəbhəyə və ön cəbhədən bütün Azərbaycan xalqına ən son, ən qaynar xəbərləri çatdırırdıq və sabah da bunu etməyə hazırıq. Bu gün bu çox vacibdir ki, xəbər televiziyası olsun Azərbaycan xalqına məlumat versin. Indi bəzi bu medianın yazdıqlarını mən şərh etmək istəmirəm.

Amma biz hamımız inanırıq ki, inşallah bu məsələlər, olaylar müsbət şəkildə bizim tərəfimizdə olacaq. - ANS-in 25 yaşınız tamam olur. Sizcə bu illər ərzində izləyicilərinizə istədiyinizi və onların istədiyini verə bilmisinizmi?
Mən biraz başqa cür deyərdim. Bu illər ərzində biz bizim dinləyicilərimizə, tamaşaçılarımıza, və oxucularımıza əlimizdən gələni etmişik ki, onlar hər bir şeydən xəbərdar olsunlar. Bunun keyfiyyəti barədə yəqin ki bizim auditoriyamız danışmalıdır, sözsüz ki, bizim haqqımız yoxdur. Amma biz, inanın Allaha ki, əlimizdən gələni eləmişik, canımızı qoymuşuq ki, Azərbaycan xalqı maarifçilik, xəbərçilik və ümumiyyətlə, məlumat nöqteyi nəzərindən həmişə təchiz olunsun. Bu yolda biz heç nəyi əsirgəməmişik.

Həmişə çalışmışıq ki, ən qaynar nöqtələrdən ən təzə məlumatı öz xalqımıza çatdıraq. Ona görə biz ABŞ-da, Gürcüstanda , Türkiyədə, Rusiyada, İranda, baxmayaraq ki bu bizim üçün çox bahalı layihələr idi, biz öz müxbir məntəqələrimizi açmışdıq və oradan birbaşa digər xalqların mətbu orqanları kimi birbaşa məlumat verirdik. Biz bununla fəxr edirdik ki, Azərbaycan xalqı birinci sıralarda xəbərin ən mənbəyindən alırdı və bu bizim üçün jurnalist olaraq böyük bir fəxr idi.

- Yəni izləyicilər bu kanalla birlikdə nələri itirdilər?

Mən inanmıram ki, izləyicilər bu kanalı itirdilər. Mən belə deməzdim. Mən fikirləşmirəm ki, kanal itib və onunla birgə nəsə itə bilər. Mən düşünürəm ki, araşdırmalar gedir və bu araşdırmalar müsbət qurtaracaq və biz fəaliyyətimizi davam etdirəcəyik və mən əlimdən gələni edirəm ki, Azərbaycan xalqı, Azərbaycan dövləti ANS-ın simasında heç bir şey itirməsin və inşallah heç bir şey itirməyəcək. Biz həmişə etdiyimiz kimi Azərbaycan xalqına və dövlətinə qulluğumuzu davam etdirəcəyik.


Şərhlər: 3
Baxılıb: 881
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
insallah yaxsi olar
28 noyabr 2016 10:42
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Oxumadım ama açılsında ans
27 noyabr 2016 19:09
# 2
Barbaris
nese uzun diye oxumadim
27 noyabr 2016 15:51
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz