Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Deputat oğlunun adı hallanan qətl işinin məhkəməsində İNTİM SÖHBƏTLƏR
Deputat oğlunun adı hallanan qətl işinin məhkəməsində İNTİM SÖHBƏTLƏR
Göndərən: Nigar
Şərhlər: 2
Baxılıb: 1806
Səs ver:
Qubada “Retro” istirahət mərkəzinə apardığı qadını qətlə yetirməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən təqsirləndirilən şəxs Elməddin Əhmədovun vəkili vəsatətlə çıxış edib. O bildirib ki, şəxsi həyatla bağlı və intim məsələlər olduğu üçün prosesin qapalı keçirilməsini istəyirlər. Vəsatət təmin edilib. Media nümayəndələri zaldan çıxarılıb.

Qeyd edək ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əhmədovla birgə istirahət etmək üçün yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzinə gediblər. Onlar gecəni bir yerdə keçiriblər. Yanvarın 14-də E. Əhmədovla K. Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb. Həyata keçirilən tədbirlər nəticəsində E. Əhmədov tutularaq istintaqa təhvil verilib.

Bildirək ki, bu olayla bağlı mediada geniş araşdırılma aparılıb. Bununla bağlı mediada yer alan məlumatları olduğu kimi diqqətinizə çatdırırıq: “Könül Zalovanın idarə etdiyi avtomobilin seriya nömrəsi tanınmış ailəyə məxsusdur. Könül Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35″ markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilib. Həmçinin 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsus olduğu qeyd edilir.

Kapitan rütbəli İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektorudur. İlkin İsmayılov Qubadlı-Zəngilan dairəsindən millət vəkili seçilən İmamverdi İsmayılovun oğludur. Bir müddət əvvəl İlkin İsmayılovun adı 888 nömrəsi ilə bağlı qalmaqalda hallanıb. Azad istehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bir il iki ay əvvəl əvvəl İlkin İsmayılovdan təşkilat üçün KİA Sorento markalı 90 FP 888 dövlət nömrə nişanı olan maşın alıb. Sonradan avtomobildə yaranan problemlə əlaqədar olaraq KİA servisə müraciət edərkən avtomobilin 14.10.2013-cü ildə servisdə 105800 km yürüşlə qeydiyyatda olduğu və onun üzərində çoxsaylı detal dəyişmə işləri aparıldığı məlum olub. 2014-cu ildə baş verən bu hadisə uzun müddət mətbuatın müzakirəsinə səbəb olub.

E.Hüseynov doğurdan da İ.İsmayılovdan aldığını və məsələyə atası İmamverdi İsmayılov qarışandan sonra həll edildiyini bildirdi. Məlumata görə, millət vəkilinin oğlu Sumqayıtda ən bahalı avtomobil nömrələrinin qara bazarda satışını həyata keçirirdiyi iddia edilir. Xəbər verdiyimiz kimi, Könül Zalovanın atası Zülfi Zalov Sumqayıt Dövlət Universitetinin müəllimidir. Ancaq ailəsi ilə münasibətlərinin heç də yaxşı olmadığı iddi olunur. Könül Zalovanın 12-13 yaşlarında bir oğlan usagı da var. Asma xəstəliyindən əziyyət çəkən uşağın kimin yanında olması hələ ki məlum deyil.

Məlumata görə, K.Zalovanın Elməddin Əhmədovla uzun müddətdir münasibəti var. Qətlə səbəb onlar arasında pul üstündə yaranmış mübahisədir. K.Zalova onun 200 min manat pulunu mənimsəyib. Hadisə baş verən gün də pula görə dava ediblər və qətl baş verib. Cinayət işinin istintaqını aparan Quba rayon Prokurorluğunun müstəntiqi Elmar (soyadını dəqiqləşdirə bilmədik) işinin çox olduğunu əsas gətirərərək suallarımıza cavab vermədi.
Xatırladaq ki, 1978-ci il təvəllüdlü Könül Zalova 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən yanvarın 15-də qətlə yetirilib. 38 yaşlı qadını qətlə yetirən Elməddin Əhmədov isə onunla birgə istirahət mərkəzinə gəlib və qətli törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Araşdırmalar davam etdirilir”./cumhuriyyet.az/


Şərhlər: 2
Baxılıb: 1806
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bunlarin isi uzanar

bunlarin isi uzanar
25 noyabr 2016 21:53
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
duymecik
Kefdediler e diyirem. Camaat cörey almaga 2 manat pul tapmir bular 200 mini saxladigi hansisa pozguna xercliyirler. Kasib milletin pulududa vururlar kuleye. Ondansa bir yetimi sevindir,bir kasiba el tut
25 noyabr 2016 17:48
# 1
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz