Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mirşahin xərçəng xəstəsi olmasından danışdı - VİDEO
Mirşahin xərçəng xəstəsi olmasından danışdı - VİDEO
Göndərən: Aydan Salmanlı
Şərhlər: 3
Baxılıb: 756
Səs ver:
ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayevin Azərbaycanı tərk etməsi haqda yayılan xəbərlərin ardından onun əməliyyat keçirməsi xəbəri yayılıb. Mirşahin Ağayevin yaxınlarından əldə etdiyimiz məlumata görə, əməliyyatdan sonra onun vəziyyəti normaldır.

"Bakıya nə vaxt qayıdacağı məlum deyil. Hər şey vəziyyətinin düzəlməsindən asılıdır Mirşahinin səhhətində çoxdan problemlər var idi. Həkimlər yayda əməliyyat olunmağı tövsiyə etmişdilər. Lakin ANS-in bağlanması planları pozdu. Ona görə əməliyyat gecikdi. Vəziyyəti ciddi olduğu üçün Türkiyəyə getməli olub” - mənbə bildirib. Adının çəkilməsini istəməyən şəxs bildirdi ki, Mirşahin Ağayev onkoloji problemə görə əməliyyat keçirib.

Musavat.com xəbər verir ki, Mirşahin Ağayevin özü ilə də əlaqə saxlamağa çalışdıq. O isə danışmaq istəmədiyini bildirərək, Mais Məmmədovla əlaqə saxlamağımızı tövsiyə etdi. ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov açıqlamasında bildirdi ki, Mirşahin Ağayevin Azərbaycandan köçməsi ilə bağlı xəbər yalandır: "Mirşahin Türkiyəyə əməliyyat üçün gedib, şənbə günü əməliyyat olunub. Həmin saytlar yalan yazırlar, yaxşı ki, Mirşahinin Amerikaya qaçdığını yazmayıblar, Trampın yanına... Bunu da yaza bilərdilər. Mən bu yalan informasiyaların səbəbini bilmirəm. Axı belə deyil. Biz açıqlama vermişik ki, yayılan informasiyalar şayiədir”.

M. Məmmədov onu da bildirdi ki, Mirşahin Ağayev mədəsindəki problemlə bağlı əməliyyat keçirib və hər hansı onkoloji xəstəliyi yoxdur: "Şükür Allaha, əməliyyat yaxşı keçib, uğurlu əməliyyat olub. İndi yavaş-yavaş özünə gəlir. Lakin onkoloji problemin olması ilə bağlı xəbərlər yalandır. Onkoloji xəstəlik yoxdur. Min şükür olsun ki, yoxdur. Həkimlər nə vaxt icazə versə, ölkəyə qayıdacaq. Yəqin ki, 4-5 gün çəkər”.

Mais Məmmədov Mirşahinin əməliyyat üçün niyə məhz Türkiyəni seçməsi ilə bağlı sualımıza cavab olaraq bildirdi ki, o çox zaman müalicəsini Türkiyədə alıb, bu dəfə də eyni həkimlərə üz tutub: "Onun müalicəsini Türkiyədəki həkimlər ediblər. Daha əvvəl də 3-4 dəfə gedib. Bu dəfə də əməliyyat üçün oraya gedib. Biz də onun qayıtmasını gözləyirik. O özü də dilxordur, hər gün 3-4 dəfə zəng edib şirkətlə bağlı buradakı vəziyyəti soruşur. Həkimlər icazə verən kimi qayıdacaq”.

Mais Məmmədov ANS-in yenidən fəaliyyətə başlayacağı ilə bağlı xəbərlərə də münasibət bildirdi: "Mən bilmirəm və dəqiq heç nə deyə bilmərəm. Hələ ki mən bu şad xəbəri eşitməmişəm. Biz də çalışırıq, Allaha yalvarırıq, prezidentimizdən xahiş edirik ki, ANS yenidən fəaliyyətə başlasın. Baxaq, görək necə olacaq. İnanırıq ki, Allah üzümüzə baxacaq və bu şad xəbəri eşidəcəyik”.

Əlavə edək ki, ANS prezidenti Vahid Mustafayev Mirşahin Ağyaevin xəstəxana palatasında çəkilmiş videoçıxışını öz səhifəsində yerləşdirib. Vahid Mustafayevin paylaşdığı video aşağıdakı cümlələrlə müşayiət olunub: "Bu gün (dünən-red.) Azərbaycan mediasında gecikmiş bir xəbərə rast gəldim. Qardaşım və silahdaşım Mirşahinin ölkəni tərk etməsi nəyə görəsə 5 gündən sonra gündəmə gətirilir. Mətbuatın ona göstərdiyi diqqətə görə təşəkkürümü bildirirəm. Amma eyni zamanda Mirşahinin ətrafında bu qədər ajiotaj yaranmasına da təəccüblənirəm. ANS bağlananda bele hay-küy olmamışdı. Nə olub ki? Nə fövqəladə hadisə baş verib ki? Muayinə və əməliyyat səbəbiylə Turkiyəyə, qardaş ölkəyə gedib, heç bir təhlükə-filan yoxdur, əməliyyatı uğurlu olub, bərpa prosesindədir.



Şərhlər: 3
Baxılıb: 756
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
evli.mutlu.cocuklu
Allah şəda versin
23 noyabr 2016 19:15
# 3
Dilaycan
Allah sefa versin..
23 noyabr 2016 18:13
# 2
Heyat gozel olsaydi dogulduqda aglamazdiq.Heyat temiz olsaydi oldukde yuyulmazdiq.
vipbetul
negede boygudulub bu melumat
23 noyabr 2016 13:13
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz