Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
DİQQƏTLİ OLUN: Azərbaycana süni yumurta gətirilib - Yumurtaları belə ayırın! VİDEO
DİQQƏTLİ OLUN: Azərbaycana süni yumurta gətirilib - Yumurtaları belə ayırın! VİDEO
Göndərən: Aydan Salmanlı
Şərhlər: 4
Baxılıb: 1318
Səs ver:
Artıq bir müddətdir ki, Çində istehsal olunan süni yumurtalar Azərbaycan bazarına da yol açıb.
Yumurta ilə tanış olan istehlakçılar isə bununla bağlı sosial şəbəkədə həyəcan təbili çalır. Belə ki, məhsulu əldə edən istehlakçı onun qaynadılma prosesindən sonrakı vəziyyətini videoya çəkərək sosial şəbəkədə paylaşıb. Kadrlardan göründüyü kimi, yumurta qaynadıldıqdan sonra onun sarısı rezin formada olur və hissələrə bölünmür.
Qeyd edək ki, mütəxəssislər bildirir ki, saxta yumurtanın qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir.
Qafqazinfo süni yumurtanın insan orqanizmi üçün mənfi təsirlərini araşdırıb.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov məsələ ilə bağlı qafqazinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda təbii yumurtanı istehsal etmək problemi yoxdur: "Sadəcə, istehsalla bağlı süni problem yaradılır. Ümumiyyətlə isə, Çinin istehsal etdiyi kənd təsərrüfat, geyim, sənaye məhsulları keyfiyyət baxımından fərqlənir. Bu məhsullar hər hansı dünya standartına uyğun deyil. Düzdür, Çin həm də keyfiyyətli məhsul istehsal edir, ancaq bu keyfiyyətli məhsullar Avropa bazarına ixrac olunur. Ancaq yumurta süni də olsa orada təbii qatqılardan istifadə olunub. Birbaşa süni yumurta istehsal etmək düzgün deyil. Ola bilsin ki, həmin yumurtanın ixracı baxımından qabığının möhkəm olması, uzun müddət saxlanılması kimi amillər nəzərə alınıb. Bu kimi hallar isə məhsulun keyfiyyətinə mənfi təsir göstərir".
Ekspert qeyd edib ki, Azərbaycanda laborotoriyalarda peşəkar kadrlar olmadığı üçün süni yumurtaları təhlil edib tərkibində hansı zərərli maddələrin olduğunu aşkar etmək mümkün deyil: "Onsuz da, Azərbaycan daxili bazarı kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilmir. Belə olan halda heç olmasa nəzarəti gücləndirmək lazımdır. Ölkəyə keyfiyyəti aşağı olan mal və məhsulların gətirilməsinə icazə verilməməlidir. Həmin məhsulların sertifikatında insan orqanizmi üçün zərərli olmadığı qeyd olunur. Zərərli deyilsə, bəs faydalıdırmı? Bizim məmurlarımız isə, təəssüf ki, zəhər də olsa onu ölkəyə idxal etməkdə daha maraqlıdır".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə vurğulayıb ki, azad bazar iqtisadiyyatı olduğuna görə sahibkarlar onlara yaradılmış şəraitdən gen-bol istifadə edərək istehlakçıların hüquqlarını pozurlar: "Dəfələlərlə bildirmişəm ki, bazar sürətlə çirklənir. Bu çirklənmə insanların həyatında mənfi izini qoyacaq. İki ildən sonra dövlət orqanları istəsələr belə bazarı tənzimləyə bilməyəcəklər.
Süni yumurtanın da Azərbaycana gətirilməsi isə istisna olunmur. Lakin hələ ki onun nümunəsini bizim ofisə gətirən olmayıb. Ancaq təbii yumurta istehlakçılarına bildirmək istəyirəm ki, hər bir yumurtanı markalamaq lazımdır. Yumurtanın üzərinə istehsalçı şirkət və məhsulun istifadə olunma tarixi yazılmalıdır. Çox yaxşı haldır ki, yalnız Hacıqabul quşçuluq fabriki malın üzərinə "Hacıqabul" yazır. Markalanma istehlakçılara süni yumurta ilə təbii yumurtanı ayırmağa kömək göstərə bilər. Təbii ki, süni yumurtanın insan orqanizmi üçün heç bir faydası yoxdur. Laborotoriyalarda isə süni yumurtanın zərərlərini araşdırıb ictimaiyyətə çatdırmaq mümkündür".
"Qafqazinfo" İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Abbas Əliyevlə də əlaqə saxlayıb. A.Əliyev bildirib ki, nazirlik istehlak bazarında belə faktla qarşılaşmayıb:" Ümumiyyətlə isə süni yumurtanın Azərbaycana idxal olunması ilə bağlı nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə hər hansı müraciət daxil olmayıb".
Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti ilə isə əlaqə saxlamaq mümkün olmayıb.


Şərhlər: 4
Baxılıb: 1318
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Onun_Mələyi
Məlumatlıyam.təşəkkürlərr
22 noyabr 2016 00:15
# 4
Bir duam var,səndən amin gözləyirdua09123
evli.mutlu.cocuklu
Bu barədə bilirdim xəbərə görə tşk
21 noyabr 2016 17:02
# 3
YalniZ-ArZu
Sitat: vipbetul
bu barede melumatim vardi
21 noyabr 2016 17:01
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
bu barede melumatim vardi
21 noyabr 2016 15:29
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz