Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lənkəranski ilə bağlı dəhşətli fakt açıldı - MÜHÜM
Lənkəranski ilə bağlı dəhşətli fakt açıldı - MÜHÜM
Göndərən: Nigar
Şərhlər: 3
Baxılıb: 9324
Səs ver:
21 ildir həbsdə yatan azərbaycanlı "qanuni oğru” "Lənkəranski”nin bazarlarına nəzarəti ələ keçirməsindən danışıb; Azərbaycan onun ekstradisiyasına razılıq verir?

Avqustun 18-də Türkiyədə öldürülən "qanuni oğru” Rövşən Canıyevin ("Lənkəranski”) Moskvada nəzarət etdiyi topdansatış göy və meyvə-tərəvəz bazarlar uğrunda kriminalların mübarizəyə başlaması haqda ötən saylarımızda xəbər vermişdik.

Xatırladaq ki, Rusiya mənbələri bir neçə gün əvvəl belə xəbərlər yaymışdı ki, "Lənkəranski”nin ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarı artıq Merab Canqveladzenin ("Merab Suxumski”) nəzarətinə keçib. O da bildirilirdi ki, "Lənkəranski”nin bazarlarına nəzarəti ələ keçirməyə çalışan azərbaycanlı kriminallar yeni birlik yaradıblar. Formalaşdırılmış quplaşmaya "Lotu Quli” (Nadir Səlifov) və Vaqif Suleymanovun ("Marneulski”) klanları daxildir.

Sputnik.az xəbər verir ki, primicrime.ru saytı azərbaycanlı qruplaşmaların bazarlar uğrunda mübarizəsi haqda mövzuya yenidən diqqət ayırıb. Sayt "Azərbazar” sərlövhəli yazıda öz mənbəsinə istinadən iddia edir ki, bazarlar uğrunda mübarizə haqda xəbərlər şişirdilib və məqsədli xarakter daşıyır. Bildirilir ki, azərbaycanlı kriminalların təşkilatlanması haqda xəbərlər "etnik kriminal qrupluşmalar arasında münasibətləri gərginləşdirmək” məqsədi daşıyır. "Heç kimə sirr deyil ki, keçmiş SSRİ məkanında kənd təsərrüfatı məhsulları bazarları adətən azərbaycanlıların nəzarətində olub”. Sayta danışan anonim mənbə iddia edib ki, azsaylı azərbaycanlı "qanuni oğru”lar bazarlara nəzarətdə gələn gəlirlər bərabər bölüblər: "Bəxtiyarın (”Lotu Bəxtiyar") vaxtında bazarlardakı gəlirlər "qanuni oğru”lar arasında ədalətli bölünürdü. Mirseymurun, Hikmətin, Çingizin öldürülməsindən sonra isə bazarlara nəzarəti ələ keçirən "Lənkəranski” bu prinsipi pozdu".

Rusiya mətbuatı yazır ki, bazarlarda çalışan azərbaycanlıların "Lənkəranski”dən sonra Kaxa Parpaliya və Levan Canqveldze deyil, öz həmyerlilərinin "krışılağı” altında fəaliyyət göstərmək istəməsi təbiidir. Bildirilir ki, "Lənkəranski”nin iki qatı düşməni "Lotu Quli” və "Vaqif Marneulski” indi bazarlara nəzarəti birgə həyata keçirir, aralarında heç bir problem yoxdur".

Hazırda Bakıdakı 8 saylı islah-əmək müəssisəsində saxlanılan "Lotu Quli” isə vəkili vasitəsilə yayılan xəbərlərə münasibət bildirib. Primcrime sputnik.az saytına istinadən xəbər verir ki, vəkil Təranə Əliyeva "Quli”nin Rusiya bazarlarına nəzarət etməsi barədə xəbərləri təkzib edib. Vəkil deyib ki, müvəkkili olduğu şəxsin "kriminal razborka”larından xəbəri yoxdur və yalnız onun hüquqi statusu ilə maraqlanır: "Sadəcə, onunla görüşəndə Rusiya mediasındakı məlumatları müzakirə edərkən Səlifov bildirdi ki, Rusiya bazarlarına nəzarət barədə bütün bu söhbətlərin ona heç bir aidiyyəti yoxdur. Adının göy-göyərti bazarı ilə əlaqələndirilməsinə o hətta güldü”.

Vəkil bildirib ki, "Quli”nin hazırda öz vətəninə - Gürcüstana ekstradisiyasına çalışırlar. "Bir il əvvəl Gürcüstan rəsmi şəkildə Səlifovun vətəndaşlığını təsdiq etdi. Bundan əlavə, Gürcüstan hüquq-mühafizə orqanları Azərbaycan Ədliyyə Nazirliyinə, Səlifovun cəzasının qalanını vətənində çəkməsi üçün ekstradisiya olunması ilə bağlı sorğu göndərib. Səbəb kimi qohumlarının Səlifovla görüşmək imkanının olmaması göstərilir. Hazırda Gürcüstan və Azərbaycan dövlət qurumları arasında Səlifovun ekstradisiyası məsələsi ilə bağlı yazışma gedir. Biz nəticələri gözləyirik. Prinsip etibarilə Azərbaycan hüquq-mühafizə orqanlarının gürcüstanlı həmkarlarına etiraz etmək üçün əsasları yoxdur”.

"Lotu Quli”nin yalnız sovet pasportu var. Gürcüstan vətəndaşı olan N.Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb, 1996-cı ildə hədə-qorxu yolu ilə pul alma, insan oğurluğu və qeyri-qanuni silah saxlama ittihamları ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sonra cəza müddəti artırılıb. "Quli” bu illər ərzində Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini almayıb.

"Quli”nin Rusiya bazarlarına qismən aidiyyəti var. "O, kifayət qədər çəkiyə malik olmadığı üçün, bazarlara tək nəzarət etmir. Səlifov həmişə kiminsə yanındadır. Yalnız ”Quli"yə məxsus olan bir dənə də böyük obyekt yoxdur", - deyə, sayt vurğulayıb.


Şərhlər: 3
Baxılıb: 9324
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
İnci
Deyırem bınun haqdada ele yazırlar kı ocu oxu qırtarmır ondıkı romanlar bundan qısa olur eee
21 noyabr 2016 20:32
# 3
Her gulusun arxasında bır keder vardır
vipbetul
maraqli faktlardir
21 noyabr 2016 14:04
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
bezdiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiik
21 noyabr 2016 13:18
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz