Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
9 yaşında məcburi ərə verilən Leyla: "Gecə yatmışdım, qapının zəngi çalındı və ..."
9 yaşında məcburi ərə verilən Leyla:
Göndərən: Nigar
Şərhlər: 6
Baxılıb: 1586
Səs ver:
İlk baxışdan ürək oxşayan, şirin bir məhəbbət hekayəsinə bənzəyə bilər. Bir vaxtlar eyni həyətdə, elə quruca torpağın üstündə oynayıb gün keçirən iki uşaq sonradan bir-biriylə ailə qurur. Ancaq…

Ancaq məsələ ondadır ki, Əli ilə ailə quranda, Leylanın – 10, Əlininsə 15 yaşı varmış.

"Gecəydi, mən yatmışdım. Birdən qapının zəngi çalındı, gələn qonşularımız idi. Barmağıma üzük taxdılar və beləcə, ərə verildim".

Gizliliyi üçün adını "Leyla" kimi tanıtdığımız gənc qız o günü belə xatırlayır.

İndi Leylanın 22 yaşı var. O bu qısa ömür yolunun yarıdan çoxunu ailə qayğısına həsr edib. Bu baxımdan, tək deyil. İranda bənzər taleyi yaşamış on minlərlə qızcığaz var. Bu ölkədə qanun icazə verir ki, qız uşağı valideynin razılığıyla – 13 yaşında, hakimin icazəsi olduğu haldasa daha erkən ailə qursun. Oğlanlara yaş məhdudiyyəti 15-dir.

İran Vətəndaş Aktlarının Qeydiyyatı İdarəsi-nin məlumatına görə, ötən il ölkədə 37 min erkən nikah qeydə alınıb. Reallıqda bu rəqəm daha da yüksəkdir. Çünki ailələrin çoxu belə nikahları qeydə aldırmır.

Leyla deyir ki, onun yaşadığı Şərqi Azərbaycan vilayətindəki kənddə qız uşaqlarının çoxu 10 yaşından ərə verilir.

Toy gününü çox az xatırlayır, 10 yaşı olduğundan, çalınan toyu, təbii olaraq, növbəti bayram şənliklərindən birinə bənzədib. Şənlik bitincə də tək istəyi evlərinə, anasının yanına dönmək olub:

"Əliyə demək istəyirdim ki, bugünlük oyun bitdi. Sabah evimizə gedib anamın paltar tikməsinə kömək etməliyəm".

Halbuki onun üçün kabus yenicə başlayırdı. Əli toy missiyasını başa çatdırmaqda qərarlı idi. 10 yaşı olan Leyla cinsi yetişkənlik həddinə çatmadığından, onun əri ilə ilk intim əlaqəsi yaddaşında işgəncə kimi qalıb.

"İndinin özündə də bu barədə danışanda əllərim əsir. Təsəvvür edə bilməzsiniz, bu, mənim üçün nə qədər çətin idi", – titrək səslə deyir Leyla.

Halı pisləşdiyindən, ertəsi gün həkim çağırıblar. Ancaq həkim ona ürək-dirək verməyi yetərli sayıb və deyib ki, "fikir vermə, hərdən belə şeylər olur".

BMT-nin məlumatına görə, İranda belə hallar hərdən yox, çox tez-tez olur. Bu üzdən, qurum həyəcan təbili çalır.

9 yaşında da ərə verirlər

Təşkilatın Uşaq Hüquqları Komitəsi rəsmi Tehranı qız uşaqlarının hətta 9 yaşında ərə getməsinə icazə və ya imkan verən qanunlarda təcili dəyişiklik etməyə çağırıb.

İranlı sosioloq Mostafa Eghlima əmindir ki, sosial inkişaf səviyyəsi və ölkənin inzibati strukturunda əyalətlərin say üstünlüyü uşaq evliliklərində böyük rol oynayır:

"Kənd və ya qəsəbələrdə yaşayanlar kasıb insanlardır. Onlardan ötrü qızlarının 8 və ya 9 yaşında ailə qurması çox da önəmli deyil. Əsas odur ki, kiməsə ərə verib artıq yük kimi başlarından edirlər".

Mostafa Eghlima belə uşaq evliliklərində ərin də azyaşlı – 15-16 yaşında olduğunu vurğulayır.

Belçikalı uşaq psixoloqu Mojgan Kahen-in sözlərinə görə, uşaq yaşında zorla ərə verilən qızcığazlar sonradan psixoloji problemlər yaşayır və həmişə qorxu hiss edirlər./azadliq/


Şərhlər: 6
Baxılıb: 1586
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fira Deniz
Əsas odur ki, kiməsə ərə verib artıq yük kimi başlarından edirlər"-bu cumleye lap eseblewdim.Insanda uwaga yuk kimi baxar.Bele valideynleri hec anlamiram.
21 noyabr 2016 19:21
# 6
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
evli.mutlu.cocuklu
Günahdan əlavə 10 yaşında uşaq nə bilir evlilik nədir
21 noyabr 2016 17:08
# 5
Cindrella
Tamamile sehv bir dusuncedir.Eslinde ise bu dindede gunahdir.
21 noyabr 2016 16:36
# 4
BARBI
Esrimizin en boyuk problemidir.Qizlari yetkinlik yasina catmamis ere vermek onlarda psixoloji problemler yaradir.men butun gunahi valideynlerde gorurem.
21 noyabr 2016 14:17
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
buna son qoymalidirlar 10 yawda uwaqi ere vereler
21 noyabr 2016 14:03
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
usaq vaxti verilen qizlarda tramalar yashanir ne tesufki helede qadin teskilatlari bu problemi hell ede bilmirler

usaq vaxti verilen qizlarda tramalar yashanir ne tesufki helede qadin teskilatlari bu problemi hell ede bilmirler
21 noyabr 2016 13:55
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz