Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nişanlısı Lamiyəni zorlayan məmur oğlunun cinsiyyət orqanını kəsən Vüqardan ŞOK XƏBƏR VAR
Nişanlısı Lamiyəni zorlayan məmur oğlunun cinsiyyət orqanını kəsən Vüqardan ŞOK XƏBƏR VAR
Göndərən: Nigar
Şərhlər: 3
Baxılıb: 11388
Səs ver:
Kənd təsərrüfatı nazirinin müavini olmuş, buna qədərsə Şəmkirin icra başçısı çalışmış Aslan Aslanovun oğlu Ruslanın ölümünə görə 2003-cü ildən həbsdə olan Vüqar Əliyev haqqında yeni hökm çıxarılıb.

Sfera.az azadliq.org-a istinadən xəbər verir ki, onsuz da ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyev bu dəfə CM-in 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və ya istifadəsi) maddəsilə təqsirli bilinib və ona Qaradağ Rayon Məhkəməsinin hökmü ilə daha bir il həbs cəzası kəsilib.

Noyabrın 16-da yeni hökmdən şikayətə Bakı Apellyasiya Məhkəməsində Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Qobustandakı qapalı həbsxanada saxlanılan Vüqar Əliyevin özü də məhkəmə iclasına qatılıb.

Vüqar Əliyev ittihamın saxta olduğunu bildirib. Mobil telefon gizlədib saxlamaqda təqsirləndirilən Vüqar Əliyev deyir ki, həbsxanadakı müşahidə kameralarının yaddaşına baxış keçirməklə həqiqəti ortaya çıxarmaq olar. Amma nə istintaqı aparan prokurorluq, nə də Qaradağ Rayon Məhkəməsi bu işi görüb.

Vüqar Əliyevin sözlərinə görə, telefonu həbsxana əməkdaşı satıb: "Gah telefonu əlimdən aldılar, gah bunu görə atamdan pul aldılar. Sonra da sifariş gəldi deyə, saxta cinayət işi qaldırdılar. 2002-ci ildən mənə qarşı bu düşmənçilik davam edir. Bu işlə bağlı heç bir istintaq araşdırması getməyib, gəlib iki dəfə qol çəkdiriblər, vəssalam".

Məhkəmə qısa müşavirədən sonra hökmün dəyişdirilmədən qüvvədə saxlanıldığını elan edib.

Vüqar Əliyevin anası Məlahət İsmayılova məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib ki, oğlu haqqında yeni cinayət işi sifarişlə hazırlanıb:

"Aslan Aslanovun oğlu Ədliyyə Nazirliyinin istintaq idarəsində müstəntiq işləyir. Onlar bu günədək düşmənçiliyi davam etdirirlər. Lamiyə məsələsində üstü açıldı ki, bunlar sifarişlə adamların başına hansı oyunları açdırırlar. Vüqara ömürlük verdirməklə kifayətlənməyiblər, onu tamamilə məhv eləmək istəyirlər. Baxın, həbsxana rəhbərliyi telefonu hansı əməkdaşın satdığını da bilir, amma onu cəzalandırmır. Əksinə, həbsxananın rəisi başqa cəzaçəkmə müəssisəsinə rəis göndəriləndə onu da özü ilə apardı. Deməli, özünə yaxın adamdır".

Məlahət İsmayılovanın sözlərinə görə, oğlunun səhhətində çox ciddi problemlər olsa da, onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürmür, tez-tez müxtəlif bəhanələrlə cərimə kamerasına ("kars"a) salırlar: "Vüqar ona bütün bu haqsızlıqlara etiraz olaraq noyabrın 2-dən aclıq edir".

Vüqar Əliyev 2003-cü ilin mayında o zaman nişanlısı olan Lamiyə Quliyeva ilə birlikdə Ruslan Aslanovu qətlə yetirməkdə təqsirli bilinərək həbs olunub. Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə hadisə zamanı yetkinlik yaşına çatmadığına görə 10 il azadlıqdan məhrum edilib. Lamiyə cəzası bitəndən sonra da buraxılmayıb və CM-in 317-ci maddəsilə ona da iş qaldırıb cəzasını uzadıblar. Yalnız həbsdə olduğu halda, uşaq dünyaya gətirməsi ictimailəşəndən sonra Lamiyə ötən ilin fevralında azadlığa buraxılıb.

Vüqar Əliyev haqqında hökmdən Avropa Məhkəməsinə şikayət olunub. Artıq kommunikasiya mərhələsi başlanıb və Avropa Məhkəməsi bu iş üzrə sualları cavablandırmaqdan ötrü Azərbaycan hökumətinə dekabradək vaxt verib.


Şərhlər: 3
Baxılıb: 11388
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
duymecik
O memur oglunu gorbagor olsun eceb olub ona
17 noyabr 2016 23:15
# 3
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
vipbetul
yaxsi edib yaziqa imkan vermiyegeylerki cixsin
17 noyabr 2016 15:48
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Yaxşı edib kəsib gərək büten bədənini tikə-tikə doğrayardı, məmur oğludu deyə kişinin oğlunun namusuna göz dikməsi səhf olmur, öz namusuna sahib çıxanın etdiyi hərəkətmi səhf olur?... Kaş indiki kişilərdə bu qədər qeyrətli ola, amma harda... əri arvadının başqa kişilərin altından çıxdığını bilə bilə qəbul edir elə bir dünyada yaşayırıq artıq. Desən bu haqqlıdı deyəcəklər yox məmur haqqlıdı niyə? Çünki pulu var... Azərbaycan demək pul deməkdi, bizdə haqq demək pul deməkdi, söz demək pul deməkdi, haqqını tələb etməkdə pul deməkdi, əyər içərdə yatan oğlan məmurun oğlu olsaydı ömürlük yata bilərdimi? əlbəttdə yox.. niyə? çünki pulları var... Bax bu gündəyik. Bir misal yadıma düşdü "Alma Məzlumun ahını çıxar ahəstə ahəstə" bizdə bunun əksi"Al məzlumun pulunu ye kef edə edə"... Allah bilər o oğlana içərdə hansı işgəncələr verirlər, nədi ölən oölanın atası məmurdu və içəriyə əmr verir, indi kasıbın biri olsaydı belə olacaqdımı? Bizim millətdən, dövlətdən, yuxardakılardan tutmuş aşağıdakılara qədər yaz yaz bitməz yəni o gündəyik... Allah özü kömək olsun o oğlana namus qorumaqda artıq bir qəbahətdi bunuda görmüş olduq vətənimizdə...
17 noyabr 2016 13:26
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz