Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanın ən bahalı, ən görməmiş toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO - FOTO
Dünyanın ən bahalı, ən görməmiş toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO - FOTO
Göndərən: Aydan Salmanlı
Şərhlər: 8
Baxılıb: 634
Səs ver:
"Bu insan qudurub, mənəviyyatının və əxlaqının nə qədər yaramaz olduğunu göstərməkdən çəkinməyib".

Hindistanda böyük qalmaqaldır. Ölkə mediası qəzəbli və sinirlidir.

Səbəbsə sabiq nazir Canardhana Reddinin qızı Brahmani üçün etdiyi toydur.

Ölkə mediası bu toyu "dünyanın ən bahalı, ən görməmiş toyu" adlandırıb.

Səbəblər az deyil və onların arasında sadəcə biri yetər: toyda gəlinin əynindəki paltarın dəyəri nə az, nə çox - düz 2 milyon dollardı.

Toy 74 milyon dollara başa gəlib.

Sabiq nazir Canadhana Reddi qızının gəlin paltarına 2 milyon, onun zinət əşyalarına və daş-qaşına 10 milyon dollar ödəyib.

Milli valyuta olan rupinin dəyərdən düşdüyü, ölkə iqtisadiyyatında ağır problemlər yaşandığı bir dönəmdə Hindistandakı toy milyonlarla insanı qıcıqlandırıb.

5 milyard rupinin, yəni 74 milyon dolların xərcləndiyi toy ölkə mediasında geniş müzakirə olunur.

Toya qonaqlar xüsusi hazırlanmış və Fransada çap olunmuş dəvətnamələrlə çağırıblar. Hər dəvətnamə qızıl suyuna çəkilmişdi, brilyant və yaqut qaşlarla bəzədilmişdi. Dəvət səndəl ağacından hazırlanan, qapağında "toyun xəritəsi" olan işıq diodlu qutuya qoyulmuşdu. Qutu açılanda qapaqdakı kiçik monitorda sabiq nazirlə xanımının ifasında "toya dəvət mahnısı"nın klipinin avtomatik nümayişi başlanırdı. Klipi Hindistanın məşhur rejissorları çəkmişdilər və orada məşhur hind aktyorlar, aktrisalar da çəkilmişdilər.

C.Reddinin dediyinə görə, Banqalor şəhərində, habelə Sinqapurdakı daşınmaz əmlakını girov qoyaraq banklardan kredit götürüb, 6 ay əvvəl toya hazırlaşmağa başlayıb.

Banqalor şəhərindəki "Bangalore Palace"dakı toyun son günündə yüzlərlə peşəkar rəqqas və rəqqasə şou göstəriblər.

Toyda xüsusi dekorasiyalar tikilib və onlar qədim hinduist məbədlərinə bənzəyirdilər. Qonaqların təhlükəsizliyini 300 cangüdən və 300 polis təmin edib.

"Bharata Caanata Parti"nin sabiq funksioneri C.Reddi Karnataka ştatında nazir idi.

Dünyanın ən bahalı, ən görməmiş toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO - FOTO
Dünyanın ən bahalı, ən görməmiş toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO - FOTO
Dünyanın ən bahalı, ən görməmiş toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO - FOTO
Dünyanın ən bahalı, ən görməmiş toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO - FOTO
Dünyanın ən bahalı, ən görməmiş toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO - FOTO


Şərhlər: 8
Baxılıb: 634
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Turkan Abbasova
Hindistana baxe sən. Gəlin qızı heç ayırd edə bilmədim hansıdı. Nə olsun ki 2 milyonluq paltar geyib 1o milyona qızıllar taxıb di gəl seçə bilmədim hansıdı. Nə isə allah ağıl fikir versin. O pulnan xalqına yardım edə bilərdi. Heyif
18 noyabr 2016 11:25
# 8
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
İnci
Hindistan acindan olur deyirler bes bu hardan alib bu pullari?

Hindistan acindan olur deyirler bes bu hardan alib bu pullari?
16 noyabr 2016 23:31
# 7
Her gulusun arxasında bır keder vardır
YalniZ-ArZu
o dunyada bu qizillarin pullarin her bir qraminin ve qepiyinin hesabin vereceksiz.
16 noyabr 2016 19:30
# 6
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
bu gelinin paltari nedirki bele
16 noyabr 2016 19:15
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dilaycan
Guya bizde azdir bele toylar...Buralari beyenmeyib xaricde balalarina toy eden nazirler var bu olkede..
16 noyabr 2016 18:22
# 4
Heyat gozel olsaydi dogulduqda aglamazdiq.Heyat temiz olsaydi oldukde yuyulmazdiq.
duymecik
Ele duz diyibler görmemiw. Toxun acdan ne xeberi,bunun cox vecine idi böhran,millet zad
16 noyabr 2016 18:05
# 3
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
Cindrella
Bele gosterisli srylelre gore bu qeder pul xerclemek hec duzgun deyil.
16 noyabr 2016 17:10
# 2
BARBI
bu qeder israf yersizdir.insanlar acliqdan olur bunlar milyonluq toy edirf
16 noyabr 2016 17:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz