Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Ərim məni zorlamaq istəyirdi" çünki ... ŞOK!
Göndərən: Nigar
Şərhlər: 7
Baxılıb: 4927
Səs ver:
Təqsirləndirilən şəxs: "Rəsmi nikahda olduğun qadınla zorla intim əlaqəyə girməyin cinayət məsuliyyəti yaratdığını bilmədiyimdən bu hərəkəti etmişəm"

Salyan rayonunda anadan olan və Neftçala rayonununda yaşayan 1956-cı il təvəllüdlü Ə. H. Yaşadığı evində rəsmi nikahda olduğu arvadı S. H. zor tətbiq edərək, onunla cinsi əlaqədə olmağa çalışıb. S. H. ərinə müqavimət göstərsə də, ona gücü çatmadığını hiss edib, su içməsinə imkan verməsini xahiş edib, bundan sonra ozü onunla könüllü cinsi əlaqədə olacağına söz verərək, aldadıb.

Z.H həyətə qaçıb və qışqırmağa başlayıb. Nəticədə Ə. H. əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib.

"Arvadımdan şübhələnmişdim"

Təqsirləndirilən şəxs qismində dindirilən Ə. H. ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində S. H. ilə 1986-cı ildən rəsmi qaydada evlənib, ailə qurduğunu, birgə nikahlarından dörd övladlarının olduğunu göstərib: "Arvadımın həmkəndlimiz A. M. adlı şəxslə yaxın münasibətdə olmasından şübhələnmişdim. Ona görə də S. H. tapşırmışdım ki, A. M. maşınına minməsin. Bu barədə ona dəfələrlə xəbərdarlıq etsəm də, S. H. sözlərimə əhəmiyyət vermirdi. Buna görə də arvadımla aramızda narazılıq yaranmışdı. Elə bu səbəbdən də təxminən 7-8 ay idi ki, arvadım mənimlə intim münasibətdə olmaqdan imtina edirdi.

"Başqaları ilə yaxınlıq edirsən, mənimlə yox”

Arvadımın uzandığını görüb, ona, "niyə başqaları ilə yaxınlıq edirsən, mənimlə yox?”, - deyərək iradımı bildirdim. Köynəyimi soyunub arvadıma doğru getdim və onunla cinsi əlaqədə olmaq istədiyimi bildirdim. Lakin arvadım razı olmadı. Buna baxmayaraq, arvadımın qolundan tutub onu özümə doğru çəkdim. Amma arvadım sinəmi cıraraq mənə müqavimət göstərdi. Ona "mən sənin qanuni ərinəm, niyə mənə müqavimət göstərirsən?”, - dedim. O, su içib sonra özü razılıq verəcəyini bildirdiyindən bir az sakitləşdim. Arvadım bundan istifadə edərək məni yerə yıxıb, həyətə qaçdı.

Arvadımın arxasınca həyətə çıxaraq niyə gəlmədiyini soruşdum. O, isə qışqırıb, hay-küy salaraq mənimlə cinsi əlaqədə olmaq istəmədiyini bildirdi. Hirslənsəm də, onu vurmadım. Arvadımla zorla cinsi əlaqədə olmaq istəyimə səbəb onun mənimlə könüllü olaraq cinsi əlaqədə olmaqdan imtina etməsi olub. Rəsmi nikahda olduğum qadınla zorla intim əlaqəyə girməyin cinayət məsuliyyəti yaratdığını bilmədiyimdən bu hərəkəti etmişəm. Əməlimdən peşmanam”.

"Ərim mənə böhtan atırdı”

Zərərçəkmiş şəxs qismində dindirilən S. H. ifadəsində həyat yoldaşı Ə. H. mütəmadi olaraq spirtli içki qəbul etdiyini göstərib: "Ə. H. içir, evdə dava-dalaş salırdı. Bu azmış kimi üstəlik mənə böhtan ataraq, guya kəndin müxtəlif kişiləri ilə intim münasibətdə olduğumu deyirdi. Buna görə də təxminən 7-8 ay olardı ki, ərimlə ayrı-ayrı otaqlarda yatırdıq. Hadisə baş verən gün işdən evə gəldim. Həmin vaxt qızım evdə, ərim isə həyətdə idi. Ə. H. mənim gəldiyimi görmədi. Qızım mənə "atam yenə içib gəlib, səni görsə söyüş söyəcək, yaxşısı budur otağa keç, uzan”, - dedi.


"Zorla da olsa, səninlə yaxınlıq edəcəyəm”

Mən yatdığım otağa keçib divanda uzandım, qızım isə heyvanları gətirməyə getdi. Bir qədər keçmiş Ə. H. otağa girdiyini görüb, səsimi çıxartmayaraq özümü yatmış kimi göstərdim. Ə. H. isə yatmadığımı bilərək mənə doğru gəldi. O, "nə üçün başqaları ilə cinsi əlaqədə olduğun halda mənimlə intim münasibətdə olmursan?”, - deyərək zorla yaxınlıq etmək istədi. Mən qışqırdıqda əli ilə ağzımı tutdu, paltarımın düymələrini qırdı, zorla da olsa, cinsi əlaqədə olacağını bildirdi. Müqavimət göstərərək, əlimlə onun sinəsini cırdım. O, sol əli ilə boğazımdan tutaraq sıxdıqda, gördüm ki, artıq gücüm qalmayıb. Ona görə də onu aldadaraq su içmək istədiyimi, su içdikdən sonra özüm onunla könüllü intim əlaqədə olacağımı dedim. Bundan sonra o, boğazımı buraxdı. Bundan istifadə edərək əlimlə onu itələyib, üstümdən yerə salaraq tez həyətə qaçdım və qışqıraraq qonşuları köməyə çağırdım. Ə. H. arxamca həyətə düşdü. Səs-küyə həyətə gəlmiş qonşu qadın ona acıqlandı. Ə. H. isə qadını söyərək işinə qarışmamasını bildirdi.

Bundan sonra yaşadığmıız kəndin icra nümayəndəsinə zəng edərək, həyətə çağırdım. İcra nümayəndəsi bizə gələndən sonra polisə məlumat verdi. Mən polisə ərimin məni zorlamaq istədiyini bildirdim”.

"Atam anamı biabır etmişdi”

Şahid qismində dindirilən M. H. ifadəsində doğma atasının anasına böhtan ataraq onu bibabır etdiyini göstərib: "Hadisə baş verən gün atam içkili vəziyyətdə evin arxasında olarkən anam işdən qayıtdı. Atam onu görməsin deyə anam öz otağına keçdi. Mən heyvanları suvarmağa aparmaq istəyərkən atam sərxoş vəziyyətdə qonşuların ünvanına nalayiq söyüşlər söyməyə başladı. Atam içkili olduğundan anamla dava-dalaş salmasın deyə ona anamın işi olduğunu, bu gün evə gəlməyəcəyini dedim. Bundan sonra heyvanları həyətdən çıxarıb, suvarmağa apardım. Evə qayıdanda atamla anamın dalaşdığını gördüm. Anam icra nümayəndəsinə zəng vuraraq həyətə çağırdı. Atam icra nümayəndəsi ilə də mübahisə etdi, sonra isə həyətdən çıxaraq harasa getdi”.

a

Şahid qismində dindirilən A. M. məhkəməyə verdiyi ifadəsində özünə məxsus "Qazel” markalı mikro-avtobusla Salyan-Bakı marşurutunda sürücü islədiyini göstərib: "Həmkəndlim Ə. H. arvadı S. H. bağça müəlliməsi işlədiyindən səhər işə gedərkən çox vaxt bir çox kənd sakinləri kimi S. H. da öz maşınımla Salyan rayonuna aparırdım. Ə. H. arvadını maşınıma mindirdiyimə görə mənə narazılığını bildirmişdi. S. H. mənim anam yaşındadı. Onunla heç bir yaxın münasibətim olmayıb və yoxdur”.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. H. cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündən narazı qalan Ə. H. apelyasiya şikayəti verib və şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şirvan Apelyasiya Məhkəməsində işə baxan hakimlər onun apelyasiya şikayətini təmin etməyiblər.


Şərhlər: 7
Baxılıb: 4927
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fira Deniz
Artiq bu xeberler adami yorur.her sayta gurende bele xeberler olur.
16 noyabr 2016 00:54
# 7
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
duymecik
Duzunu Allah bilir,ama yene de kiwi duzgun elemiyib
15 noyabr 2016 23:31
# 6
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
BARBI
Ne deyek.Eridir deye bele sey ede bilmez .esl acizlikdir
15 noyabr 2016 23:25
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnci
Essi bunlarda bos adamdi ye
15 noyabr 2016 23:10
# 4
Her gulusun arxasında bır keder vardır
vipbetul
qarisiq meseledir
15 noyabr 2016 22:52
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
sona
Allah hilir kim duzunu deyir.
15 noyabr 2016 21:55
# 2
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Kölge
Ne bilesen indi kim duz deyir kim sehv?
15 noyabr 2016 21:36
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz