Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Mətbəxdə aşpaz, yataqda FAHİŞƏ olmağımı istəyirlər” - Mən isə ...
“Mətbəxdə aşpaz, yataqda FAHİŞƏ olmağımı istəyirlər” - Mən isə ...
Göndərən: Nigar
Şərhlər: 7
Baxılıb: 6802
Səs ver:
Ağıllı, səmimi, əyləncəli, seksual, peşəkar aktrisa və yaxşı bir ana…

Söhbət türkiyəli gözəl aktrisa Nurgül Yeşilçaydan gedir. O, atdığı hər addımla gündəm olmağı bacarır.

Evliliyi, boşanması, sevgililəri, açıq-saçıq fotosessiyaları və cəsarət tələb edən rolları seçməsi ilə daim özündən danışdırır.
"Şirin söhbət”də 38 yaşlı cazibədar aktrisanın həyatı ilə bağlı çox səmimi açıqlamaları yer alıb.
Tarladaki qadınlar kimi doğdum

-Oğlunu suda dünyaya gətirmək fikri haradan ağlına gəldi? Orijinal olsun deyə bu seçimi etdin yoxsa bu sənin arzun idi?
-Hamilə olduğumu öyrəndikdən sonra bununla bağlı demək olar ki, hər şeyi öyrənirdim. Pilateslə məşğul oldum, tonlarla kitab oxudum, videolar izlədim. Sonra da suda doğmaq fikri gəldi ağlıma. Amma suda doğum Türkiyədə o qədər geniş yayılmamışdı. Doğüş 48 saat çəkdi. Xəstəxananın bir otağında hovuz düzəltmişdilər, mütəmadi olaraq o hovuza girib çıxmaq lazım idi. Yanımda amerikalı həkim, mənim öz həkimim, xəstəxananın doktoru, 10 tibb bacısı və bacılarım var idi.
-Sonra nə oldu?
- Övladımı suda dünyaya gətirə bilmədim. Tam sudan çıxarkən uşaq gəldi. 48 saat suda çabaladım, sudan çıxandan 10 saniyə sonra oğlum doğuldu. Tarladaki qadınlar kimi doğdum.
-Ana olmaq səni dəyişdirdi?
- Çox. Hər şeyə fərqli baxmağa, ölümdən qorxmağa başladım. Mən ölsəm, uşağa kim baxacaq? Əvvəllər paraşütlə tullanırdım, indi ekstremal idman növlərindən uzaq dururam. İndi özümü daha cazibədar hiss edirəm. Bəlkə də yaşla bu, bağlıdır. Həm də oğul sahibi olanda sonra hər gün tərif eşidirsən. "Ana çox gözəlsən, səni çox sevirəm” kimi sözlər özümə inamımı artırır.
- Deyirlər oğul anası olmağın çətinliyi var. Amma sən heç nədən çəkinmədin, sevgilin olanda belə onu mediadan gizlətmədin...
- Mən pis bir hərəkət etməmişəm axı. Aldatmaq, xəyanət etmək düzgün deyil. Mən heç kimi aldatmamışam. Mən subayam, sevgilim dediyim adam da subaydır, münasibətimiz var və heç kimə zərərimiz yoxdur. Biz "camaat nə deyər” fikri ilə böyüdük. Ötən gün "Tanrı istəməsə, yarpaq düşməzmiş!” mahnısını dinləyirdim. Mahnının sözlərində belə bir misra var: "Eşimə dostuma məni güldürdün!”. Dünyanın heç bir yerində belə şey yoxdur. Mənə nə, gülürlərsə, gülsünlər də…
-Pulla aran necədir?
- Səyahətə çıxmaqdan xoşum gəlir. Buraxsalar, gəzərəm, yeyərəm, içərəm. Oğlum da mənə oxşayıb. Əvvəllər pulu çox xərcləyirdim, indi guya daha diqqətliyəm.
-Getdikcə gözəlləşirsən, əvvəlkindən daha seksualsan. Sən necə düşünürsən?
- Çox sağ olun. Yaş artdıqca qadın olmağın nə demək olduğunu daha yaxşı anlayırsan. Əvvəllər eləmək istədiyim şeyləri özümə belə etiraf edə bilmirdim. İndi daha dürüstəm. Axırıncı dəfə özümə bəbir naxışlı ayaqqabı aldım, əvvəllər belə ayaqqabı geyinməyə cəsarət etmirdim, indi xoşbəxtəm.
-Keçmiş ərinlə görüşürsən?
- Oğlum Nejata görə danışmağa və görüşməyə məcburuq. Nejat atasını çox sevir. Cemin haqqında nə özüm pis bir şey danışaram, nə də başqasının onun haqqında danışmasına icazə verərəm.
- Osman Nejata nəyi öyrətməyə çalışırsan?
- Dürüst olmağı. Deyirəm ki, yalan danışmayacaqsan, qadınlara yaxşı davranacaqsan, qızlara əl qaldırmaq olmaz... Bacardığım qədər onu yaxşı bir insan kimi yetişdirməyə çalışıram.
- Eşq sənin üçün nə deməkdir?
- Bu yaşda olmasa da olar. Gənc olanda eşqi tanımaq, yaşamaq lazımdır.
-Hələ 38 yaşındasan…
- Çətindir bu yaşdan sonra, uşağım var, işim var. Çünki həyatına girən adam ona vaxt ayırmağını, həyatını ona görə planlaşdırmağını tələb edir. Mətbəxdə aşpaz, yataqda fahişə olmağımı istəyirlər. Mən belə daha rahatam.
-Eşq başlayanda pilləkənləri qaça-qaça çıxırıq. Bəs eşq bitəndə?
- Lift var. Liftə minib enirəm. Həyəcan bitir, normal halıma qayıdıram.
-İstədiyin hər rolda oynaya bilirsən?
-Hələ "İkinci Bahar”a çəkildiyim vaxtlarda bir qərar almışdım. Ürəyim nə istəsə, onu edəcəyəm demişdim. Layihəyə baxıram, ssenarini oxuyuram, zövq alacağıma inanıramsa, razılaşıram. Bəzən də bir rolu çox bəyənirəm və o rola məni seçmələri üçün əlimdən gələni edirəm.
-İndi ağlında elə bir rol var?
-Var. Serbiyada keçirilən film festivalında münsiflər heyətinin üzvü olmuşdum. Festivalda nümayiş edilən bir filmi çox bəyənmişdim. Həmin film transseksual qadının həyat hekayəsindən bəhs edirdi. Filmdə həm eşq, həm də komediya var idi. O filmi yenidən çəkmək istəyirəm. İstəyirəm ki, həm filmin rejissorluğunu edim, həm də o transseksual obrazını canlandırım.
-"Eşq qırmızı” filmi çox müzakirə edildi. Filmdə cəsarət tələb edən səhnələrin və açıq-saçıq geyimin diqqət çəkmişdi. Filmdəki kimi sevdiyin adam evli olsa, nə edərsən?
-Elə bir şey ola bilməz. Heç vaxt evli adamla eşq yaşamaram.
- Həmişə fərqli və diqqət çəkən filmlərdə rol alırsan. "Yeddi ərli Hürmüz” də müzakirələrə səbəb olmuşdu. Hürmüz kimi olmaq istəyərsən?
-Kişilər istədikləri hər şeyi edə bilirlər, qadınları barmaqlarına dolaya bilirlər. Amma Hürmüz filmində bunun tam tərsidir. Bəzən bu filmə baxanda "ah niyə Hürmüz kimi qadın ola bilmədim?” deyirəm öz-özümə.
Hürmüzün beyni təxribata köklənib. Ərlərinin heç birini o biri ilə toqquşdurmur. Bunu bacara bilmək üçün ağıllı olmaq lazımdır. Axırda bütün yalanların üstü açılır və kişilər hər şeyi öyrənirlər. Ancaq yenə də Hürmüzdən boşanmaq istəmirlər. Məncə Hürmüzdən öyrənməli olduğumuz çox şey var.
-Müsahibələrinin birində "mən sevişmədim, obraz sevişdi” demisən. Haradan ağlına gəlir bu cümlələr?
- Çünki düzgün cavab budur. Çəkilişlərdə öpüşərkən, sevişərkən sadəcə rolunu yaxşı oynayıb oynamadığını düşünürsən. Bu, bizim peşənin qanunudur. Tərəf müqabili ilə eşq yaşamaq falan mənlik deyil.
-Çəkiliş meydanında o qədər adamın içində sevişmək, öpüşmək çətin deyil?
- Yox, çətin deyil. Fikrimi sevişməyə yox, rola cəmləyirəm. Həqiqətən sevgilimlə sevişmirəm ki?!
-Elə səhnələr çəkiləndə utandığın zaman olub?
- Xeyir, olmayıb.
-Bəs qarşındaki adamı öpmək istəməsən?
- Adamla əlaqəsi yoxdur. Yəni kim olduğunun heç bir önəmi yoxdur. Ən yaraşıqlı aktyor da ola bilər, ən çirkin də. Divarı da öpə bilərəm.
- Sənin kimi xanımla tanış olmaq istəyən çox olar...
- Əlbəttə, olur.
- Bəzi kişilər də var ki, məşhur qadınla birgə olub tanınmaq məqsədi güdürlər.
- Elələrinə lazımı cavab verirəm. Amma nə yalan danışım kişilərin məni bəyənməsi xoşuma gəlir, onlarla görüşməyi sevirəm.
- Ən bəyənmədiyin kişi tipi…
- Bahalı maşını olan bəzi adamlar var ki, həqiqətən çox zəngindirlər. Zarafat belə etmirlər, özlərini çox ciddi aparırlar. Bu tipləri bəyənmirəm. Kişi çox danışmamalıdır. Ətrafda çox danışan, mütəmadi olaraq özündən bəhs edən kişilər görürəm. Ətim ürpənir.
- Sevgili yaxşıdır, yoxsa ər?
- Sevgili. Həyat yoldaşı ilə yola gedə bilmirəm mən. Amma uşaq istəyən üçün evlənmək məntiqlidir.
- Səncə, məşhurlar öz istəklərini həyata keçirməlidirlər, yoxsa gənclərə nümunə olmaq üçün çalışmalıdırlar?
- Biz təkcə aktrisa deyilik axı. Şou aləmi deyilən bir dünyaya həyatımızı satırıq. Fikirlərimizi, saç kəsimimizi, geyimimizi, bir sözlə, hər şeyi satırıq. İnsanlar bizdən nümunə götürürlər. Məsələn, əvvəllər Sezen Aksu saçını kəsdirirdi, bacılarım səhəri gün eyni saç kəsimində gəzirdilər. Əlbəttə, göz qabağında olan insan atdığı addımlara az olsa diqqət etməlidir.
Mənbə: Tabloid.az


Şərhlər: 7
Baxılıb: 6802
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
evli.mutlu.cocuklu
Xoşum gəlmir bu xanımdan
15 noyabr 2016 19:34
# 7
BARBI
Beyenmirem bu xanimi.Amma aktrisaligi cox gucludur
14 noyabr 2016 22:57
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
YalniZ-ArZu
Sitat: vipbetul
xosuma gelmir
14 noyabr 2016 20:53
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Cindrella
Mehsurlardan numuneler cox goturulur.Onlar heyati rolundan asilidir.Kimdense neden asili olmaq.Men hec vaxt bunu qebul etmerem.
14 noyabr 2016 20:39
# 4
Dilaycan
"Ask qirmizi' filmini super oynayib..
14 noyabr 2016 20:37
# 3
Heyat gozel olsaydi dogulduqda aglamazdiq.Heyat temiz olsaydi oldukde yuyulmazdiq.
vipbetul
xosuma gelmir
14 noyabr 2016 20:19
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
duymecik
Beyendiyim aktrisadi
14 noyabr 2016 19:57
# 1
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz